Papuaşvili: İnsanlara daş və “molotov kokteyllər” atmaq avropalıların dinc nümayiş adlandırdığı şeylərdir
Report.az saytına istinadən Icma.az xəbər verir.
İnsanlara daş, “molotov kokteyllər” atmaq, pirotexniki vasitələrdən insanlara qarşı istifadə etmək avropalıların sülh və dinc nümayiş adlandırdığı şeylərdir.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.
O, Avropa siyasətçilərinə Gürcüstandakı etiraz aksiyalarında baş verən zorakılığı necə adlandırırlarsa, öz ölkələrində də eyni "dincliyi" arzulayıb.
“Qoy Gürcüstan televiziyasını açsınlar, onlar Rustaveli prospektində baş verənləri, etirazçıların polisə necə hücum etdiklrni, bəzilərinin pirotexnika ilə atəş açılmasını hansısa zarafat kimi adlandırdığını, 140 polisin xəsarət aldığını izləsinlər. Daş, “Molotov kokteylləri” insanlara atmaq, pirotexniki vasitərlərdən istifasdə etmək, o cümlədən birinci kanalın operatoruna qarşı istifadə edilməsi – bütün bunlar avropalıların sülh və dinc nümayiş adlandırdığı şeylərdir. Bu, utancdır”, – deyə parlament sədri vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 06 Dekabr 2024 13:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















