Papuaşvili : "Korrupsiya ilə məşğul olan insanlardan dərs almaq istəmirik"
Bakupost portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakupost.az -ın xəbərinə görə, bu sözləri Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili "İmedi" telekanalının efirində deyib.
"Biz seçki kampaniyası zamanı birbaşa kənardan maliyyələşmənin şahidi olduq. Oktyabrın 20-də qeyri-hökumət təşkilatları tərəfindən "Gürcü arzusu" əleyhinə təşkil edilən izdihamlı mitinq də, digərləri kimi, Avropa İttifaqının hesabına maliyyələşdirilib. Bu aksiyaya xərclənən pulların Avropaya, onun dəyərlərinə və bizim səylərimizə nə aidiyyəti var? Gördüklərimiz arasında siyasətçilər var ki, onların keçmişi "yenidənqurma" ilə bağlıdır. Biz bəzi postsovet siyasətçilərini, xüsusən də Baltikyanı ölkələrdən olan siyasətçiləri görürük və düşünürəm ki, uzun müddət Moskvanı və onun necə "böyük qardaş" rolunu oynadığını müşahidə etmişik, indi isə onlar özləri bu rolu oynamağa cəhd edirlər. Bu baş verməyəcək. Biz siyasi korrupsiya ilə məşğul olan insanlardan dərs almaq istəmirik", - deyə Papuaşvili bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 21 Noyabr 2024 13:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















