Icma.az
close
up
RU
Paraflanmış sülh sazişi fonunda 10 Noyabr bəyanatı qüvvədən düşür?

Paraflanmış sülh sazişi fonunda 10 Noyabr bəyanatı qüvvədən düşür?

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişi artıq münaqişənin yekun həllini və iki dövlət arasında münasibətlərin tam normallaşmasını nəzərdə tutur. Bu saziş, beynəlxalq hüququn fundamental prinsiplərinə, xüsusilə ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanır. Bu baxımdan, sülh sazişi qüvvəyə mindikdən sonra 10 Noyabr Üçtərəfli Bəyanatında əks olunmuş müvəqqəti öhdəliklər praktik və hüquqi əsasını itirirmi? Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və regionda separatçılıq faktoru mövcud deyil. Dolayısı ilə, 10 Noyabr bəyanatında nəzərdə tutulan məsələlərin böyük hissəsi ya yerinə yetirilib, ya da praktiki aktuallığını itirib. Belə olan halda, bəyanatdan çıxmaq üçün xüsusi hüquqi mexanizm tələb olunurmu və bu, necə olmalıdır? Çünki bu bəyanat parlamentlərdə də ratifikasiya edilməyib.

Mövzunu Oxu.Az-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişi, 10 Noyabr Üçtərəfli Bəyanatından fərqli olaraq, beynəlxalq hüququn fundamental prinsiplərinə, xüsusilə də dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına əsaslanaraq münasibətlərin tam normallaşdırılmasını hədəfləyir:

"Amma bununla yanaşı, dövlətlər arasında imzalanan bu və ya digər sənədin, onun necə adlandırılmasından asılı olmayaraq, parlamentdə ratifikasiya edilməsi, yaxud yerli qanunvericiliyə uyğun olaraq, digər hüquqi prosedurdan keçməsi, yalnız o halda baş verir ki, bu barədə imzalanmış sənəddə xüsusi qeyd olsun. Yəni qeyd olunsun ki, saziş, bəyannamə və hər hansı bir ad daşıyan sənəd "yalnız ratifikasiya edildikdən sonra qüvvəyə minir".

Xatırladım ki, nə 10 Noyabr bəyanatında, nə də Vaşinqtonda imzalanan bəyanatda belə bir göstəriş qeyd edilməyib. Doğrudur, müqavilələr haqqında Vyana Konvensiyasının 2-ci maddəsində "ratifikasiya", "qəbuletmə", "təsdiqetmə" və "qoşulma" ifadələri yer alır, amma onların imperativ şəkildə bütün müqavilələrə tətbiqindən söz açılmır. Müqavilələr haqqında Konvensiyanın 2-ci maddəsinin 1-ci hissəsinin "a" bəndində qeyd olunur ki, "müqavilə" dedikdə dövlətlər arasında yazılı formada bağlanılan və beynəlxalq hüquqla tənzimlənən, bir sənəddə və ya öz arasında əlaqəli olan iki və ya daha çox sənəddə əks olunmasından və konkret adından asılı olmayaraq, beynəlxalq razılaşma başa düşülür. Göründüyü kimi, burada qeyd olunmayıb ki, dövlətlər arasında imzalanmış sənəd, yalnız ratifikasiya edildikdə dövlətlərarası müqavilə sayılır".

"Onu da qeyd edim ki, beynəlxalq razılaşmaların ratifikasiya edilməsi məsələsinə beynəlxalq hüquq üzrə nüfuzlu mütəxəssislərin baxışlarında ziddiyyətlər var. Məsələn, beynəlxalq hüquq üzrə dünyanın nüfuzlu universitetlərində dərs vəsaiti kimi tədris olunan bir neçə kitabın müəllifi Entoni Austun "Müasir müqavilə hüququ və təcrübəsi" (Modern Treaty Law and Practice) kitabında qeyd edir ki, ratifikasiyadan kənar sənədlər "siyasi öhdəlik" (political commitment) xarakteri daşıyır və beynəlxalq müqavilə ilə eyniləşdirilə bilməz. Amma bütün bu yanaşmalara baxmayaraq, Müqavilələr haqqında Konvensiyada dövlətlər arasında imzalanmış sənədlərin ratifikasiya edilməsinin məcburiliyi barədə heç bir ifadə yer almayıb", - deyə müsahibimiz vurğulayıb.

Parlamentari əlavə edib ki, Azərbaycan Respublikasının Konstitusiyasında yalnız dövlət başçısının müraciəti əsasında Milli Məclisin razılığı ilə müharibə elan edilməsi və sülh bağlanılması ilə bağlı imperativ göstəriş var:

"Bu isə o deməkdir ki, paraflanmış sülh müqaviləsinin formal imzalanmasından sonra, sənəd parlamentdə ratifikasiya edilməlidir və təbii ki, bununla bağlı yekun sənəddə müvafiq müddəa da yer almalıdır".

"Zənnimcə, burada 10 noyabr 2020-ci ilə bəyanatının hüquqi statusundan daha çox onun öz əhəmiyyətini itirməsi müzakirə olunmalıdır. Məlum olduğu kimi, sözügedən bəyanat müharibədən sonrakı mərhələdə konkret məsələlərin həllinə yönəlmişdi: hərbi əməliyyatların dayandırılması, qoşunların müəyyən mövqelərdə yerləşdirilməsi, erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması, Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində müvəqqəti yerləşdirilməsi, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin bərpası. Ötən müddət ərzində bu bəndlərin əksəriyyəti ya icra olunub, ya da obyektiv əsasını itirib. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunub, separatizmə son qoyulub, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarılıb. Beləliklə, sənədin normativ funksiyası faktiki olaraq sıradan çıxıb", - deyə Mirzəbəyli diqqətə çatdırıb.

Deputat onu da qeyd edib ki, Vyana Konvensiyasının 30-cu maddəsinə əsasən, eyni predmet üzrə sonrakı müqavilə əvvəlki sənəddən üstün hüquqi qüvvəyə malikdir:

"Bu baxımdan, yeni saziş qüvvəyə mindikdən sonra 10 Noyabr bəyanatı avtomatik olaraq praktik əhəmiyyətini itirəcək. Bəyanatdan formal "çıxış" məsələsinə gəldikdə, burada xüsusi hüquqi mexanizm tələb olunmur. Çünki 10 Noyabr bəyanatı Konvensiyanın 54-56-cı maddələrində nəzərdə tutulan denonsasiya prosedurlarına tabe deyil. Dövlət sadəcə diplomatik nota və ya siyasi bəyanat vasitəsilə bu sənədin tarixi funksiyasını yerinə yetirdiyini və artıq hüquqi qüvvəsinin qalmadığını elan edə bilər. Bu yanaşma hüquqi baxımdan da legitimdir. Bununla yanaşı, düşünürəm ki, Vaşinqtonda imzalanan sənədlərdən sonra 10 Noyabr bəyanatı öz əhəmiyyətini itirib. Paraflanmış sülh sazişi Azərbaycan-Ermənistan münasibətlərinin uzunmüddətli və hüquqi baxımdan sabit əsasını formalaşdırır. Qənaətimə görə, yekun sülh sazişi imzalandıqdan və kommunikasiyaların açılması ilə bağlı yekun prosedurlar başa çatdırıldıqdan sonra, hazırda formal xarakter daşıyan 10 Noyabr bəyanatı qüvvədən düşmüş sayılacaq".

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://oxu.az
archiveBu xəbər 29 Avqust 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see185

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see152

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri