Icma.az
close
up
RU
Parisdə Ermənistanın təcavüzünün qurbanı olmuş azərbaycanlı jurnalistlərə həsr edilmiş sərgi açılıb

Parisdə Ermənistanın təcavüzünün qurbanı olmuş azərbaycanlı jurnalistlərə həsr edilmiş sərgi açılıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Paris, 14 iyul, AZƏRTAC

Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində “Baku Network” Analitik Mərkəzinin təşkilatçılığı və Azərbaycanın Fransadakı Səfirliyinin dəstəyi ilə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində xidməti vəzifələrini yerinə yetirərkən şəhid olmuş 14 jurnalistin fotoşəkillərindən ibarət sərgi təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında çıxış edən səfirliyin müşaviri Nigar Hüseynova 1980-ci illərin sonlarından etibarən Ermənistanın Azərbaycana qarşı açıq ərazi iddiaları, eləcə də elan olunmamış müharibəsi ilə üzləşməsindən danışıb.

Münaqişə qurbanları arasında mətbuat nümayəndələrinin olduğunu vurğulayan diplomat 1991-ci ildə erməni qüvvələri tərəfindən vəhşicəsinə öldürülən, ilk şəhid jurnalist Salatın Əsgərova, 1991-ci ildə Azərbaycanın yüksək rütbəli nazirlərini daşıyan və Qarabağ səmasında terror aktına məruz qalan helikopterdə həlak olmuş Osman Mirzəyev, Alı Mustafayev və Fəxrəddin Şahbazovu, Xocalı soyqırımının dünya mətbuatında tanıdılmasında rolu olan, 1992-ci ildə Ağdamda çəkiliş zamanı şəhid olan Çingiz Mustafayevdən danışıb. O, 2021-ci ildə Kəlbəcərdə AZƏRTAC və AZTV əməkdaşları Məhərrəm İbrahimov və Sirac Abışovun erməni minalarının qurbanı olduqlarını bildirərək, Azərbaycanlıların bu gün də mina təhlükəsi altında yaşadıqlarını vurğulayıb.

Böhran zamanı informasiyanın həyati əhəmiyyətini vurğulayan N.Hüseynova, bu cəsarətli jurnalistlərin öz həyatlarını riskə ataraq cəmiyyəti regionda baş verən hadisələrlə məlumatlandırmaq kimi vəzifəni yerinə yetirdiyini bildirib. Onların bu vəzifələri internetin və sosial şəbəkənin mövcud olmadığı, informasiyanı bugünkü kimi sürətlə yaymaq imkanının olmadığı bir dövrdə, Azərbaycan üzərində informasiya blokadasının yaradıldığı çətin şəraitdə yerinə yetirildiyini əlavə edib.

N.Hüseynova Ermənistan və Azərbaycan arasında hazırki normallaşma prosesinə toxunaraq, Azərbaycan torpaqlarının işğalına son qoyan və regionda yeni səhifə açan 2020-ci ilin 44 günlük müharibəsindən sonra tərəflərin məhz Azərbaycanın təşəbbüsü ilə sülh gündəliyinə başladığını qeyd edib.

Sonra “Baku Network” Analitik Mərkəzinin sədri Elçin Ağacanov, “La Gazette du Caucase” qəzetinin baş redaktoru J.M.Brön və “Trend” İnformasiya Agentliyinin direktor müavini Sahil Kərimli çıxış ediblər. Natiqlər Azərbaycanın azad edilmiş ərazilərində erməni minalarının yaratdığı problemlərdən, fransız jurnalistlərə Qarabağ reallıqlarını yaymaqda yaradılan maneələrdən, Qarabağ müharibəsi zamanı fransız jurnalistlərin İkinci Qarabağ müharibəsi zamanı hazırladıqları reportajların Fransada yayımlanması ilə bağlı qarşılaşdıqları çətinliklərdən, fransız mediasının dezinformasiya yaymasından danışıblar. Onlar erməni lobbisinin təsiri altında olan fransız mediasının Qarabağ müharibəsindəki reallıqları təhrif etməsinə təəssüflərini bildiriblər. Fransız jurnalistlərinin reportajlarının silindiyi, onların yayılmasına qadağan qoyulduğu, bəzi jurnalistlərin bölgəyə getməsinə maneələr yaradıldığı, hətta Qarabağla bağlı reallıqları deyən jurnalistlərin təzyiqə məruz qaldıqları qeyd olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 İyul 2025 03:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see188

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see182

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see164

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see163

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see151

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see148

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see145

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri