Icma.az
close
up
RU
Parisdə qalmaqal: Makronun ətrafı çirkli pulların yuyulmasında iştirak edib?

Parisdə qalmaqal: Makronun ətrafı çirkli pulların yuyulmasında iştirak edib?

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Fransa hakimiyyəti, rusiyalı milyarder Süleyman Kerimovun iştirakı ilə ehtimal olunan çirkli pul yuma sxemi ilə bağlı araşdırmaya başlayıb, bu isə Fransa Prezident Emmanuel Makronun ətrafı ilə mümkün əlaqələr barədə suallar doğurub.
Demokrat.az
Trend-ə istinadən xəbər verir ki, martın 27-də Fransa İqtisadiyyat və Maliyyə Nazirliyində istintaq çərçivəsində axtarış aparılıb. Bu, Rusiyadan gələn vəsaitlərin yuyulmasında istifadə edildiyi iddia edilən daşınmaz əmlak əməliyyatları ilə bağlı məhkəmə araşdırmasının bir hissəsi olub. İstintaqın mərkəzində Fransa Rivyerasında yerləşən və dəyəri 38 milyon avrodan çox olan villalar dayanır. Prokurorluğun məlumatına görə, bu əmlaklar həqiqi sahibini – sanksiya altında olan Süleyman Kerimovu gizlətmək məqsədilə saxta şəxslərin adına rəsmiləşdirilib.
Xüsusi diqqət, 2019-cu ildə Kerimov və Fransa hakimiyyəti arasında imzalanmış vergi razılaşmasına yönəlib. İstintaq, həmin zaman danışıqlara qanunsuz təsirin olub-olmadığını araşdırır. KİV-də yayılan məlumatlar isə bu məsələnin Makronun ən yaxın ətrafı ilə əlaqəli ola biləcəyini göstərir.
Kerimov 2014-cü ildən bəri Fransa hüquq-mühafizə orqanlarının diqqət mərkəzindədir. Buna səbəb onun şübhəli maliyyə fəaliyyətləri, o cümlədən Antib şəhərində dəyəri 127 milyon avro olan bir villanın alış qiymətinin bilərəkdən aşağı göstərilməsi olub. Onun 2017-ci ildə Nitsada həbsi Fransa və Rusiya arasında diplomatik gərginliyə səbəb olmuşdu, lakin sonradan ittihamlar ləğv edilmişdi.
Yeni ortaya çıxan faktlar fonunda prokurorluq işi yenidən nəzərdən keçirir. Müşahidəçilər isə araşdırmanın yüksək vəzifəli məmurlara və ya Fransa prezidentinin yaxın ətrafına təsir edib-etməyəcəyini diqqətlə izləyir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Mart 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri