Icma.az
close
up
RU
Parklanma qiymətləri illik olacaq? VACİB AÇIQLAMA KONKRET

Parklanma qiymətləri illik olacaq? VACİB AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat verir.

Bakıda avtomobil sahiblərinin narazılıq mövzusuna çevrilən “park etmə haqqı” məsələsi ilə bağlı yeni təkliflər gündəmə gəlir. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu haqqın aylıq və ya gündəlik deyil, texniki baxış kimi illik ödənişə çevrilməsi təklif olunur. Bəs bu ideya nə dərəcədə realdır?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda “park etmə haqqı”nın aylıq və ya gündəlik deyil, texniki baxış kimi illik ödəniş formasına keçirilməsi hazırda mümkün deyil.

Ekspertin sözlərinə görə, parklanma qiymətləri yerindən asılı olaraq dəyişir və bu səbəbdən illik ödəniş mexanizmini tətbiq etmək çətindir:

“Parklanma fərqli yerlərdə fərqli qiymətədir. İnsan öncədən təxmin edə bilməz ki, ildə nə qədər və harada avtomobilini park edəcək. Ona görə də illik ödənişin müəyyənləşdirilməsi real görünmür.”

Mustafayev qeyd edib ki, park yerlərinin pullu olması bəzi sürücülər tərəfindən narazılıqla qarşılanıb, lakin məqsəd əlavə gəlir toplamaq deyil, boş parklanma yerlərinin təşkilidir.

“Əvvəllər bir vətəndaş avtomobilini səhərdən axşama qədər eyni yerdə saxlayır, qarşılığında qeyri-leqal çalışan şəxsə cüzi məbləğ verirdi. Nəticədə isə başqa bir vətəndaş qısa müddətli iş üçün yer tapa bilmirdi. İndi isə sürücülər düşünür ki, minimum xərclə maşını park etsinlər. Bu da əlavə yerlərin yaranmasına səbəb olur.”

Ekspert əlavə edib ki, bəzi ərazilərdə yer tapmaq çətin olduğu üçün qiymətlər artırılmalıdır:

“Boş olmayan yerlərdə qiymətləri qaldırmaq lazımdır ki, sürücülər çox pul ödəməmək üçün o yerlərdə maşını uzun müddət saxlamasınlar. Bu halda daha çox sürücü üçün yer açılar və parklanma nizamlanar.”

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:202
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 İyul 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see361

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see264

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see250

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see238

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see231

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see228

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see224

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see222

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see216

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see214

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see200

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see190

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see189

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see189

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see187

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see184

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see172

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see172

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri