Icma.az
close
up
RU
“Parla” təqaüd və inkişaf proqramına müraciətlər başlayıb

“Parla” təqaüd və inkişaf proqramına müraciətlər başlayıb

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 sentyabr, AZƏRTAC

Təhsilin İnkişafı Fondu və “NEQSOL Holding” tərəfindən tələbə qızların təhsil və şəxsi inkişafına dəstək məqsədilə həyata keçirilən “Parla” təqaüd və inkişaf proqramına müraciətlər başlayıb.

Fonddan AZƏRTAC-a verilən məlumata görə, proqram çərçivəsində seçiləcək 50 tələbə qıza aylıq 200 manat təqaüd veriləcək. Bununla yanaşı, iştirakçılar peşəkar və şəxsi inkişaflarına töhfə verəcək müxtəlif imkanlardan yararlanacaqlar. Proqram iştirakçıları təcrübə, mentorluq və təlimlərə, həmçinin “NEQSOL Academy” və “LinkedIn Learning” platformaları vasitəsilə dünyanın aparıcı universitetlərinin tədris proqramlarına çıxış əldə edəcəklər.

Proqramın davamlılığının təmin olunması, məzunlar arasında peşəkar əlaqələrin möhkəmləndirilməsi, bilik və təcrübə mübadiləsinin təşviqi, eləcə də onların şəxsi və peşəkar inkişafının dəstəklənməsi məqsədilə “Parla” Məzunlar İcması yaradılıb. İcmanın yaradılması proqram iştirakçıları üçün məzun olduqdan sonrakı dövrdə də inkişaf, əməkdaşlıq və şəbəkələşmə imkanlarının davamlı şəkildə dəstəklənməsinə xidmət edir. İcma çərçivəsində müxtəlif təlimlər, mentorluq görüşləri, peşəkar inkişaf sessiyaları və şəbəkələşmə tədbirləri keçirilir.

Növbəti mərhələyə keçən namizədlər müsahibəyə dəvət olunurlar. Müsahibə zamanı namizədlərin məqsədləri, sosial vəziyyəti, tələbəlik fəaliyyəti və digər meyarlar nəzərə alınır.

Yekun seçim zamanı müsahibədə göstərilən nəticə əsas götürülür.

Proqram çərçivəsində müəyyən edilmiş ixtisasların siyahısı ilə buradan tanış olmaq mümkündür.

Müraciət tarixi oktyabrın 4-də başa çatacaq.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun digər təqaüd proqramlarından yararlanmış şəxslər “Parla” proqramına müraciət edə bilməzlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:161
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2026 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri