Icma.az
close
up
RU
Menu

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Parlament nəzarəti şəffaflığın əsas təminatıdır ŞƏRH EDİLDİ

Parlament nəzarəti şəffaflığın əsas təminatıdır ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az portalına istinadən.

"Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası iclasında səsləndirilən təşəbbüslər institusional idarəetmə baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Korrupsiya risklərinin idarə olunması üzrə yeni mexanizmlərin tətbiqi, nəticəəsaslı monitorinq sisteminin yaradılması və vətəndaş cəmiyyətinin prosesə daha fəal cəlb olunması əslində yalnız inzibati deyil, həm də siyasi iradənin gücləndirilməsi anlamına gəlir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizə yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmamalıdır: "Əsas məsələ sistemli risklərin əvvəlcədən müəyyən edilməsi, qərar qəbuletmə proseslərində şəffaflığın təmin olunması və ictimai hesabatlılığın institusional çərçivəyə salınmasıdır. Bu baxımdan nəticəəsaslı monitorinq sisteminin tətbiqi xüsusi əhəmiyyət daşıyır. Əgər dövlət qurumlarının fəaliyyəti konkret indikatorlar, ölçülə bilən nəticələr və açıq hesabat mexanizmləri üzərindən qiymətləndirilərsə, bu, formal yox, real nəzarət mühiti formalaşdıracaq. Parlament nəzarətinə gəldikdə isə, burada əsas rol Azərbaycan Respublikasının Milli Məclisi üzərinə düşür. Parlament nəzarəti bir neçə istiqamətdə həyata keçirilə bilər. Birincisi, illik və rüblük hesabatların dinlənilməsi və açıq müzakirəsi. Əgər Komissiya və digər icraedici qurumlar fəaliyyətlərinə dair konkret statistika, risk xəritələri və nəticə göstəriciləri təqdim edərsə, deputatlar həmin məlumatları təhlil edərək effektivliklə bağlı siyasi və hüquqi qiymət verə bilərlər.

İkincisi, sahəvi komitələr vasitəsilə tematik dinləmələrin keçirilməsi. Məsələn, dövlət satınalmaları, yerli icra hakimiyyətlərinin fəaliyyəti, sosial proqramların icrası kimi daha çox korrupsiya riski olan sahələr üzrə ayrıca monitorinq mexanizmlərinin tətbiqi parlament səviyyəsində prioritet istiqamətə çevrilə bilər. Üçüncüsü, normativ-hüquqi bazanın təkmilləşdirilməsi. Korrupsiya risklərinin idarə olunması mexanizmləri effektiv işləməsi üçün hüquqi boşluqlar aradan qaldırılmalıdır. Parlament bu baxımdan maraqlar toqquşması, aktivlərin bəyan edilməsi, dövlət qulluqçularının etik davranış kodeksi kimi sahələrdə daha sərt və dəqiq tənzimləmələr qəbul edə bilər.

Vətəndaş cəmiyyətinin prosesə cəlb olunması isə parlament nəzarətini gücləndirən əlavə alətdir. QHT-lərin, media nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə ictimai dinləmələrin təşkili həm şəffaflığı artırır, həm də siyasi məsuliyyəti gücləndirir. Bu, xüsusilə açıq məlumat bazalarının yaradılması və dövlət xərclərinin rəqəmsal platformalar üzərindən izlənməsi ilə daha effektiv ola bilər.

Yaxın dövr üçün prioritetlərə gəldikdə, bir neçə əsas istiqamət ön plana çıxır:

– Rəqəmsallaşmanın dərinləşdirilməsi və insan faktorunun minimuma endirilməsi;

– Dövlət satınalmalarında tam elektronlaşdırma və açıq reyestr sistemi;

– Yerli icra strukturlarında daxili audit mexanizmlərinin gücləndirilməsi;

– Nəticəəsaslı idarəetmənin büdcə planlaşdırılması ilə inteqrasiyası;

– İctimai nəzarət mexanizmlərinin institusional çərçivəyə salınması.

Əgər parlament nəzarəti formal hesabat dinləmələri ilə məhdudlaşmayıb real qiymətləndirmə və məsuliyyət mexanizmləri ilə müşayiət olunarsa, bu yeniliklər dövlət qurumlarında şəffaflığın artmasına və korrupsiya hallarının real azalmasına ciddi təsir göstərə bilər. Əks halda isə mexanizmlər kağız üzərində qalmaq riski daşıyacaq.

Sonda qeyd etmək vacibdir ki, korrupsiyaya qarşı mübarizə yalnız inzibati tədbir deyil, siyasi sistemin legitimliyini gücləndirən strateji prosesdir. Parlament nəzarətinin gücləndirilməsi bu prosesin davamlı və dayanıqlı olmasının əsas təminatlarından biridir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Fevral 2026 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see342

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see291

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see278

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see271

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see268

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see244

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see240

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see232

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see227

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see222

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see222

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see220

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see211

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see203

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see197

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see182

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see173

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see173

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see173

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri