Parlament sədri: “Avropa Demokratiyaya Yardım Fondu” Gürcüstanda hansı sahəni maliyyələşdirdiyini dərhal açıqlamalıdır
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tbilisi, 6 fevral, AZƏRTAC
“Avropa Demokratiyaya Yardım Fondu” (The European Endowment for Democracy - EED) Gürcüstanda hansı sahələri maliyyələşdirdiyi və nə qədər maliyyə ayırdığını dərhal açıqlamalıdır.
AZƏRTAC xəbər verir ki, belə bir bəyanatla Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili çıxış edib.
Onun sözlərinə görə, EED-in fəaliyyəti, xüsusən də Gürcüstana ayırdığı maliyyə vəsaitləri ilə bağlı dərhal ictimaiyyətə məlumat verilməlidir. Papuaşvili qeyd edib ki, ABŞ-ın yeni administrasiyasının Amerika xalqının pullarını pisniyyətli siyasi məqsədlər üçün istifadə etməsindən sonra ictimaiyyətin bu fondun fəaliyyəti ilə bağlı qanuni marağı artıb. O, həmçinin “Avropa Demokratiyaya Yardım Fondu”nun əvvəlki qalmaqallarda iştirakını da vurğulayıb.
Parlamentin sədri deyib ki, xarici yardım adı ilə xərclənən vəsaitlərin şəffaflığı seçim deyil, öhdəlikdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 06 Fevral 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















