Icma.az
close
up
RU
Parlamentari: Zəfərimizi etibarsızlaşdırmaq istəyənlər “5 ci kolon” rolunda çıxış edirlər

Parlamentari: Zəfərimizi etibarsızlaşdırmaq istəyənlər “5 ci kolon” rolunda çıxış edirlər

Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qarabağ qələbəsini gözdən salmaq istəyənlər Azərbaycanın düşmənlərinə xidmət edir


Vətən müharibəsindən əvvəl Azərbaycan ordusunun Qarabağı azad etməyə qadir olmadığını iddia edənlər 2020-ci il 44 günlük müharibəsindən sonra qazanılan qələbəni istehza ilə qarşıladılar. AXCP, Müsavat rəhbərləri və digər şəxslər Qarabağda müvəqqəti sülhməramlıların yerləşdirilməsini “Qarabağın itirilməsi” kimi təqdim edərək qələbəni yox saymağa, etibarsızlaşdırmağa çalışdılar. Bu, sosial şəbəkə paylaşımlarında və müsahibələrdən seçilmiş fraqmentlərdə özünü göstərdi. Bu qüvvələr daim xəyanətkâr mövqedə dayanmışlar. Məhz onlar “5-ci kolon” rolunu oynayaraq ölkəni xaosa və qarşıdurmaya sürükləmək, dövləti zəiflətmək, nəticədə Qarabağın azad olunmasına mane olmaq kimi ssenarilərin tərkib hissəsi olublar.


Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Sherg.az-a deyib ki, 8 noyabr Zəfəri Azərbaycan tarixinin müstəsna mühüm hadisələrindən biri, son 200 illik tariximizdə isə xalqımızın əzmi, dövlətimizin qüdrətinin inikasını dolğun əks etdirən ən şanlı səhifəmizdir:

"Məhz Zəfərimizlə Azərbaycan cənab İlham Əliyevin liderliyində erməni faşizminə, son yüz ildə Ermənistana havadarlıq edən iri güclərə qalib gəlməklə regionun tarixi inkişaf konsepsiyasını dəyişdi. 

Lakin Vətən müharibəsindən öncə antimilli ünsürlər Azərbaycan Ordusunun nəinki Qarabağı azad etməyə, ümumiyyətlə, müharibəyə qadir olmadığını iddia edir, bununla da əslində cəmiyyətdə milli ruhu qırmağa çalışırdılar. Məqsəd isə aydın idi. Onlar Azərbaycanın növbəti hərbi məğlubiyyətinə yenidən hakimiyyəti zəbt etmək üçün imkan kimi baxırdılar. Lakin qələbə ilə bu tezisləri fiaskoya uğrayan AXCP, Müsavat funksionerlərinin növbəti arqumenti Xankəndinin separatçıların nəzarətində qalması, o cümlədən Qarabağda müvəqqəti sülhməramlıların yerləşdirilməsi ətrafında şou yaratmaq oldu. Situasiyanı “Qarabağın itirilməsi” kimi təqdim edən bu ünsürlər ölkəmizin qələbəsini etibarsızlaşdırmağa çalışdılar və bu bir daha onların “5-ci kolon” rolunu oynayaraq ölkəni xaosa və qarşıdurmaya sürükləmək, dövləti zəiflətmək niyyətlərini ortaya qoydu. Azərbaycan xalqı reallığı dəyərləndirməyi bacarır və məhz xalqımızın dəstəyi ilə 17 il ərzində Prezident İlham Əliyev Heydər Əliyev siyasi kursuna sadiq qalaraq, özünün hər addımı ilə bizi böyük Zəfərə daha da yaxınlaşdırdı. Azərbaycan regionun hərbi-siyasi gücünə çevrilərək dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşacaq ordu, 1200 adda hərbi təyinatlı məhsul istehsal edən nəhəng müdafiə sənayesi infrastrukturu yaratmağa nail oldu. Cənab İlham Əliyev tərəfindən Ümummilli Liderin azərbaycançılıq fəlsəfəsinin milli nüvə olaraq müəyyən edilməsi, sistemli sosial və siyasi tədbirlərin qanunauyğun nəticəsi kimi yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik, ən əsası isə qələbəyə köklənmiş gənc nəsil formalaşdırılması bu proqnozları puç etdi. Nəticədə, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. 2023-cü il sentyabrın 19-da isə İlham Əliyev lokal xarakterli antiterror tədbirləri ilə problemə nöqtə qoydu".


Deputat qeyd edib ki, İkinci Qarabağ müharibəsində işğala son qoymaqla, 2023-cü il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsinin təsis olunması ilə ərazi bütövlüyümüzü, sentyabrın 19-u isə suverenliyimizi tam bərpa etməklə İlham Əliyev Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan geosiyasi reallıq yaratdı:

"Məhz bu reallıq Bakıya prosesləri Vaşinqton mərhələsinə qədər inkişaf etdirməyə, Cənubi Qafqaz kimi mürəkkəb regionun tarixində ilk dəfə de-fakto sülhün bərqərar olunmasına imkan yaratdı. Bu gün artıq 60 mindən çox insanın 30 il işğal və təcavüzə məruz qalmış, indi isə ən müasir standartlarla yenidən qurulmuş Qarabağ və Şərqi Zəngəzura ləyaqətli qayıdışı təmin olunub. Lakin unutmamalıyıq ki, qalibiyyət tarixin təbii axarında qorunmur, xüsusən cari region reallığında qələbənin nəticələrinin qorunması yalnız Heydər Əliyev siyasi kursunun davamlılığından birbaşa asılıdır".


Aynur Babazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 Noyabr 2025 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see209

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see186

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see167

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see157

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see137

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see135

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri