Icma.az
close
up
RU
Əmək və sosial siyasət komitəsi beş məsələni parlamentin plenar iclasına tövsiyə edib AZƏRTAC

Əmək və sosial siyasət komitəsi beş məsələni parlamentin plenar iclasına tövsiyə edib AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 28 noyabr, AZƏRTAC

Noyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Musa Quliyev gündəliyə büdcə zərfində olan beş qanun layihəsinin daxil edildiyini deyib. Bildirilib ki, bunlar “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihələridir.

Musa Quliyev Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial sahədə görülən işlər, bu sahənin həmişə diqqət mərkəzində saxlanılması, vətəndaşların sosial rifahının yüksəldilməsi üçün həyata keçirilən tədbirlər və icra edilən dövlət proqramları barədə danışıb. O bildirib ki, gələn ilin dövlət büdcəsində sosial xərclər 17 milyard manat nəzərdə tutulur ki, bu da dövlət büdcəsinin 41 faizi deməkdir. Qeyd edilib ki, son 5 ildə sosial sahədə aparılmış dərin islahatlar nəticəsində böyük uğurlar əldə edilib. Ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə 4 böyük sosial islahatlar zərfi qəbul edilib. Bu sosial islahatlar zərfinin illik xərci 7 milyard manat təşkil edir və 4 milyon vətəndaşımız hər il bu islahatlar zərfindən bəhrələnir.

Musa Quliyevin sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsi imkan verir ki, əmək pensiyalarının orta aylıq məbləği gələn ildə 535 manata, yaşa görə pensiyanın orta aylıq məbləği isə 571 manata çatdırılsın. Büdcədə sosial müavinətlər üçün 198 milyon manat ayrılıb ki, bu da cari ildəkindən çoxdur. 2025-ci il üzrə DSMF-nin büdcəsi artaraq 7,7 milyard manat proqnozlaşdırılır. Bu, cari ilin büdcəsinə nisbətən 10,5 faiz çoxdur.

Sonra “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verən komitə sədri diqqətə çatdırıb ki, 2025-ci ildə fondun büdcəsi 261 milyon manat nəzərdə tutulur, bu da cari ildəkindən 9,5 faiz çoxdur.

O bildirib ki, Azərbaycanda 2025-ci il üçün yaşayış minimumu və 2025-ci il üçün ehtiyac meyarının həddi bərabər olmaqla ölkə üzrə 285 manat təşkil edəcək.

Komitə sədri çıxışında Azərbaycanda özünəməşğulluq proqramlarının uğurla icrası, yeni iş yerlərinin açılması, həyata keçirilən aktiv məşğulluq tədbirləri, əhalinin pensiya təminatı barədə də fikirlərini açıqlayıb.

Sonra gündəliyin beşinci məsələsi olan “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin ikinci oxunuşu barədə məlumat verən Musa Quliyev bildirib ki, bu qanun layihəsi Vergi Məcəlləsinə uyğunlaşdırma məqsədilə hazırlanıb. Belə ki, Vergi Məcəlləsinə əsasən, vergi ödəyiciləri Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi ləğv edildikdə, yaxud vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə həmin Məcəllədə göstərilən ümumi müddətlərdən gec olmamaq şərti ilə 30 gün müddətində ödəmə mənbəyində tutulan vergilər barədə vergi orqanına bəyannamə verməyə borcludurlar.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib ki, bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əhalinin məşğulluğu, aztəminatlı ailələr, şəhid ailələri, müharibə veteranları hər zaman dövlətimizin diqqət mərkəzində olub. Eyni zamanda, artıq dövlətimizin başçısı tərəfindən 5-ci sosial islahat zərfi barədə anons verilib. Büdcədə bu islahatların həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti nəzərdə tutulub.

Nazir müavini qeyd edib ki, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində işlər davam etdirilir. Ötən müddətdə əmək müqavilələrinin sayı ölkə üzrə 47 faiz artıb. Bu gün tam əminliklə deyə bilərik ki, ölkədə əməkhaqqı fondu 3 dəfəyədək artıb. Minimum əməkhaqqı 2,7 dəfə, orta aylıq əməkhaqqı 82 faiz yüksəlib. Sosial ödənişlərlə bağlı islahatlar da ardıcıl xarakter daşıyır. Bununla yanaşı, əmək pensiyaları sahəsində də islahatlar həyata keçirilib. Minimum pensiya 2,5 dəfə, orta aylıq pensiya 2,4 dəfə, yaşa görə orta aylıq pensiya 2,3 dəfə artıb.

Nazir müavini ünvanlı dövlət sosial yardımı, əlilliyin təyinatı, məşğulluq, “DOST” modelinin tətbiqi, xidmətlərin elektronlaşdırılması, işsiz şəxslərin özünəməşğulluğu, şəhid ailələrinin, müharibə əlillərinin hüquqlarının təminatı, mənzillərin, avtomobillərin paylanılması və digər istiqamətlərdə görülmüş işlərdən danışıb.

Anar Əliyev qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 2025-ci il üzrə 7,7 milyard manat proqnozlaşdırılır. Bu da 2024-cü ilə nisbətən 727 milyon manat (və ya 10,5 faiz) çoxdur. İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi isə 260,7 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 9,5 faiz çoxdur.

Nazir müavini bildirib ki, bu gün əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi üçün hökumət tərəfindən bütün zəruri tədbirlər həyata keçirilir.

İclasda çıxış edən Hesablama Palatasının auditoru Vəfa Mütəllimova diqqətə çatdırıb ki, Palatanın qənaətinə görə büdcədə nəzərdə tutulmuş tədbirlər ölkə Prezidentinin müəyyən etdiyi hədəflərin əldə edilməsinə istiqamətlənib. Büdcədə nəzərdə tutulmuş vəsait bu hədəflərə nail olunması üçün kifayət qədər maliyyə ehtiyatı yaradır.

Daha sonra məsələlərin müzakirəsi zamanı çıxış edən komitə üzvləri büdcə zərfinə daxil olan bu qanun layihələri barədə fikirlərini bildiriblər, qeyd və təkliflərini səsləndiriblər. Nazir müavini Anar Əliyev qaldırılan məsələlərə münasibət bildirdikdən sonra gündəlikdəki 5 məsələnin hamısı ikinci oxunuşda parlamentin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri