Icma.az
close
up
RU
Parlamentlərin dayanıqlı şəhər inkişafında rolu mövzusunda WUF13 ə həsr olunmuş beynəlxalq tədbir keçirilib

Parlamentlərin dayanıqlı şəhər inkişafında rolu mövzusunda WUF13 ə həsr olunmuş beynəlxalq tədbir keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 3 fevral, AZƏRTAC

Dünyanın 30 ölkəsindən 32 parlament üzvünün iştirakı ilə WUF13-ə həsr olunmuş “Parlamentlərin dayanıqlı şəhərlərin inkişafında və davamlı şəhərsalmanın təşviqində rolu” mövzusunda beynəlxalq onlayn tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi iştirakçıları WUF13-ün əsas məqsədləri və proqramı barədə məlumatlandırmaq və WUF13-də parlamentlərin iştirakının təşviqinə töhfə vermək olub.

Tədbir Azərbaycan Respublikası Milli Məclisinin və Qlobal Parlamentari Akademiyasının (GCAP) üzvü Pərvanə Vəliyevanın təşəbbüsü, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq çərçivəsində baş tutub. Tədbirdə parlament üzvləri ilə yanaşı UN-Habitat və digər ixtisaslaşmış agentliklərinin nümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən deputat Pərvanə Vəliyeva xarici həmkarlarına təşəbbüsü dəstəkləyərək WUF13-ə həsr olunmuş iclasda iştirak etdiklərinə görə təşəkkür edib. Açılışda xüsusi qonaq qismində Dominika Birliyinin Ətraf Mühit, Kəndlərin Müasirləşdirilməsi və Kalinago İcmasının İnkişafı naziri Kozier Frederik çıxış edərək, kiçik ada dövlətlərinin urbanizasiya təcrübələrindən, mövcud çağırışlardan və Dominika parlamentinin tikinti normaları, zonalaşdırma qanunları və planlaşdırma sistemlərində gördüyü işlərdən danışıb.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən WUF13 haqda təqdimat edilib, Azərbaycanın WUF13 çərçivəsində irəli sürdüyü yeni təşəbbüslər, ilk dəfə olaraq ölkə və hökumət başçılarının iştirakı ilə Zirvə Görüşünün təşkili olunacağı haqda məlumat verilib, şəhərsalma forumlarında parlament diplomatiyasının əhəmiyyəti vurğulanıb.

Müzakirələrdə iştirak edən xarici deputatlar Azərbaycanın WUF13-ə ev sahibliyini, eləcə də zəngin şəhərsalma təcrübəsini yüksək qiymətləndirərək, WUF13 Milli Koordinatoruna birgə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Biz, 30 ölkəni təmsil edən parlament üzvləri olaraq qəbul edirik ki, şəhərlər bu günün ən aktual qlobal çağırışlarının mərkəzində dayanır və eyni zamanda onların həllinin əsas açar nöqtəsidir. Sürətli urbanizasiya, iqlim riskləri, bərabərsizlik, məcburi köçkünlük və dərinləşən qlobal yaşayış yeri böhranı əlaqələndirilmiş siyasi liderlik, qanunvericilik fəaliyyəti və davamlı investisiyalar tələb edir. Biz bir daha təsdiqləyirik ki, parlamentlər qlobal şəhər öhdəliklərinin milli qanunlara, siyasətlərə və maliyyələşmə mexanizmlərinə çevrilməsində həlledici rol oynayır. Biz WUF13-ün ev sahibi kimi Azərbaycan Respublikasına güclü dəstəyimizi ifadə edirik, Azərbaycanın dayanıqlı urbanizasiya üzrə qlobal dialoqu irəli aparmaq öhdəliyini və şəhərləri dayanıqlığın, sülhün və inklüziv inkişafın hərəkətverici qüvvəsi kimi təqdim edilməsi istiqamətində fəaliyyətini alqışlayırıq”.

Qeyd edək ki, parlamentarilər Ümumdünya Şəhərsalma Forumlarının əsas iştirakçı qruplarından biridir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2026 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see247

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see218

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see204

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see174

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see168

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri