Icma.az
close
up
RU
Partiya sədri: “İlham Əliyev dediyi hər sözü yerinə yetirir”

Partiya sədri: “İlham Əliyev dediyi hər sözü yerinə yetirir”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Zənnimcə, İkinci Qarabağ müharibəsindəki Qələbəmiz həm siyasi, həm də xarakterli çox böyük layları yerindən oynadıb. 

Yəqin ki, bir çoxları bizim uğurumuzu təkrar etmək istərdi, amma bu, heç kimə müyəssər olmayıb”. Bu sözləri Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib. 

Dövlətimizin başçısı qeyd edib: 

“Ümidvaram ki, bu gün hələ də döyüşən tərəflər anlayacaqlar ki, müharibə bir ölkə və yaxud insanın başına gələcək ən pis şeydir. Mən bunu tam məsuliyyətlə deyirəm. Bu, ən pis sayılmalıdır. Ən yaxşı isə sülhdür. Amma sülh olması üçün güclü olmalısan, beləliklə, bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”. 

Qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbə bir çox ölkələrin diqqətini çəkdi. Müasir texnologiyalardan istifadə, dəqiq strateji planlama və xalq-ordu-Prezident birliyi bu qələbənin əsas amilləri idi. 

Azərbaycan nümunəsi bir sıra münaqişəli bölgələr üçün model kimi təqdim olundu. Bəzi ölkələr bu uğuru təkrarlamaq istəsə də, eyni nəticəni əldə edə bilmədilər. Çünki hərbi güc təkbaşına yetərli deyil, siyasi iradə, milli birlik və strateji müttəfiqlik də vacibdir. Azərbaycanın qələbəsi həm də informasiya müharibəsində üstünlük nümunəsi idi. 

Regionda dəyişən geosiyasi şərtlər də bu qələbənin təsirini artırdı. Digər ölkələr bu nümunəni izləsələr də, eyni şəraiti və hazırlığı təmin edə bilmədilər. Azərbaycan isə təkcə hərbi sahədə deyil, diplomatik arenada da qələbəsini möhkəmləndirdi. Bu, onu Cənubi Qafqazda əsas söz sahibi dövlətə çevirdi. 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin yerli telekanallara müsahibəsi çox müxtəlif istiqamətdə mesajlarla zəngin idi: 

“Dövlət başçısı olduqca mühüm mesajlar verdi. Prezidentin çıxışlarında diqqətçəkən məqamlardan biri də torpaqların işğaldan azad edilməsində Azərbaycan nümunəsi oldu. Azərbaycan Ordusunun cəmi 44 günə torpaqlarını işğaldan azad etməsi dünyada xüsusi diqqətlə izlənilən, qeyd olunan və dəyərləndirilən hadisədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi möhtəşəm Zəfər əldə etdi. 

Ona görə də bəzi ölkələr də bizi özlərinə nümunə götürmək istəyirlər. Çünki son 100 ilin praktikasında münaqişənin həll olunmasına yeganə nail olan ölkə Azərbaycan, dövlət başççısı isə İlham Əliyevdir. Bunu dünyanın hər yerində yüksək səviyyədə qeyd edirlər”. 

Partiya sədri onu da əlavə edib ki, zaman-zaman Ukrayna, Moldova, Gürcüstan kimi ölkələr Azərbaycan nümunəsindən istifadə etmək istədiklərinə dair fikirlər səsləndirir: 

“Lakin bunu edə bilmirlər. Çünki bu, olduqca mürəkkəb bir prosesdir. Ona görə də indiyə kimi hansısa ölkə müharibə meydanında Azərbaycanın praktikasını təkrarlaya bilməyib. Biz Prezident İlham Əliyevin çox unikal bir taktikaları sayəsində bu Zəfərə nail oldu. 

Bu çoxvektorlu hadisə olduğu üçün təkrarlaması həddindən artıq çətindir. Hesab edirəm ki, gələcəkdə də hansısa ölkələr münaqişələrini həll etmək üçün Azərbaycan modelindən istifadəyə can atacaqlar”. 

Partiya sədri vurğulayıb ki, Prezidentin Zəngəzur dəhlizi ilə bağlı mövqeyi də hamıya məlumdur: 

“Dövlətimizin başçısı hər fürsətdə Zəngəzur dəhlizinin açılacağını deyir. Vaxtilə cənab Prezident torpaqlarımızın işğaldan azad olunması ilə bağlı da eyni mövqeni sərgiləyirdi. Nəticədə, bu gün işğal altında qalan heç bir ərazimiz yoxdur. 

Yəni İlham Əliyev dediyi hər sözü yerinə yetirir. Prezident İlham Əliyev yerli telekanallara müsahibəsi zamanı bu məsələyə də toxundu və Zəngəzur dəhlizinin istənilən vasitələrlə açılacağını vurğuladı. Həm Zəngəzur dəhlizinin, həm də Araz dəhlizi Azərbaycan və dünya üçün həddindən artıq səmərəli layihələr olacaq”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Prezident İlham Əliyev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Yanvar 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri