Icma.az
close
up
RU
Partiya sədrlərinin yay tətili: Baba evini ziyarət edən, istirahət üçün pulu olmayan KİMLƏRDİ...

Partiya sədrlərinin yay tətili: Baba evini ziyarət edən, istirahət üçün pulu olmayan KİMLƏRDİ...

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yay mövsümü hər kəs üçün fasilə, istirahət imkanı yaradır. Siyasi partiya rəhbərləri də bu fürsətdən istifadə edərək tətil planları quranlar siyahısındadır. Onlardan kimi yerli bölgələrə üz tutur, kimi xaricə səyahət edir, kimisi isə istirahəti təxirə salaraq iş tempini davam etdirir.

Modern.az mövzu ilə bağlı siyasi partiya sədrləri arasında sorğu keçirib. Partiya rəhbərlərinnin yay aylarında tətilə yanaşması, seçdikləri məkanlar və şəxsi istirahət anlayışları ilə bağlı maraqlı mənzərə ortaya çıxıb.
Azad Vətən Partiyasının rəhbəri Akif Nağı: Torpaqlarımız işğal altında olanda istirahət haqqında düşünmürdük. Həm də yayda demək olar ki, indiyədək istirahət etməmişəm. Çünki rayonlarımızın da işğal tarixlərinin xeyli hissəsi yay aylarına düşürdü. Xüsusilə də iyul-avqust aylarında Ağdam, Füzuli, Cəbrayıl, Qubadlının işğal günləri ilə bağlı yürüşlər, anım tədbirləri keçirilirdi. İnsan bədəni təbii ki, müəyyən müddət dincəlməlidir, bütün dünyada da yayılan ənənə var ki, bu əsasən yay aylarında olur. Biz hələlik partiyada gündəlik işlərimizlə məşğuluq, yaxın günlərdə isə Şəki və Bərdəyə səfərimiz gözlənilir. Orada partiya üzvlərimizlə görüşlərimiz olacaq, böyük ehtimalla yaxın rayonlarda olan nümayəndələr də dəvət olunacaq. Partiyalar dövlətin aparıcı institutudur, bu baxımdan üzərimizə düşən vəzifələri icra etmək əsas prioritetdir. Artıq çox insan istirahət üçün Qarabağ bölgəsinə gedir, bizim də bir neçə dəfə, həm partiya xətti ilə, həm də Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin təşkilatçılığı ilə işğaldan azad olunan ərazilərə səfərlərimiz olub. Demək olar ki, Qubadlı və Kəlbəcər istisna Qarabağın hər yerinə olmuşuq. Şuşaya və Ağdama da fərdi səfərlərim olub. Ora bir neçə günlük getmək belə, ən yaxşı istirahətə bərabərdir.
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev: 5-6 gün Şabran İstirahət Mərkəzində, 1 gün də Ağdamda oldum. Bakıda dənizə gedirik, rayonları gəzirik, həm də işdəyik. Milli Məclisdən məzuniyyətdə olsaq da, mən partiya sədri kimi burada işimin başında oluram. Sentyabrın sonu partiya qurultayının keçirilməyi nəzərdə tutulur, ona hazırlaşırıq. Hər bir halda bütün insanların işləmək hüquqi olduğu kimi, istirahət hüququ da var və ondan istifadə etməlidir. Bəzən bizdə istirahətə gedənlərə qəribə baxırlar, amma sadə insanlarında tutmuş, partiya rəhbərlərinə, deputatlara, media işçilərinə qədər hamı istirahət etməlidir. Bu normal insan üçün lazım olan xüsusiyyətlərdən biridir.

Real Partiyasının sədri Natiq Cəfərli: Yay tətilində avqust ayının sonlarında ailəmlə bir neçə günlük Şuşaya getməyi planlaşdırıram. Hazırda bir az işlərimiz var deyə istirahətə çox zaman ayıra bilmirəm. Gürcüstanda baba evimiz də var, çox vaxt dincəlmək üçün ora da gedirik. Hazırda da müəyyən işlərlə əlaqədər Gürcüstandayam - artıq bir neçə gündür ki, buradayam.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev: Bizim elə bir imkanımız yoxdur ki, başqaları kimi xarici ölkələrə gedib istirahət edək. Amma doğma Qarabağda imkan olsa 4-5 gün Laçında və digər rayonlarda havamızı dəyişmək istəyərik. Amma imkanımız yoxdur, son zamanlarda da müalicəmlə məşğulam. Başqalarının xaricdə hər şeyi var, onlar istirahət edə bilər, təəssüf ki, biz həyatımızda bunlara nail ola bilməmişik. İmkanım olmadığı üçün Azərbaycandan kənara çıxa bilməyəcəm.

Gələcək Azərbaycan Partiyasının rəhbəri Ağasif Şakiroğlu: Vətənimizin hər yeri şəxsən mənim üçün gözəldir, cənnətdir. İnsan harada hüzur tapırsa orada da istirahət edə bilər və edir də. Şəxsən mən ailəmlə bərabər Bakıdayam. İstirahət etməyə də zamanım yoxdur. Elə işimin başının üzərində dayanmaq mənim üçün ən gözəl istirahətdir.

Ağ Partiya sədri Tural Abbaslı: Xarici ölkələrin əksəriyyətində insanlar yayda da, qışda da tətilə çıxır. Bu həm insanların iş məhsuldarlığını artırır, həm də ailələrinə vaxt ayırmağa kömək edir. Amma Azərbaycanda istirahət anlayışı birbaşa madiyyata bağlı məsələdir. Hətta insanlar bir çox hallarda məzuniyyətə çıxmır ki, maaşından müxtəlif kəsintilər olacaq. O maaşla da nəinki istirahət, heç ailə saxlamaq olmur. Ona görə də, Azərbaycanda istirahət nisbi məsələdir. Kimin əlavə gəliri, pulu varsa hər fəsil ona istirahətdir. Mən isə hələ ki, partiyadayam və buradakı iş siyasi aktivlikdən çox aslıdır. Bizim standart qrafikimiz yoxdur, siyasət nə qədər varsa, partiyada da bir o qədər iş var. İstirahət üçün ayrıca vaxt ayırmamışam, amma özümün, yoldaşımın və ya dostlarımın rayonlarının birində 4-5 günlük qalmağı düşünürəm. Uzaq başı belə istirahə edəcəm. Yoxsa xüsusilə Türkiyəyə gedəcəm, Baliyə gedəcəm desəm yalan olar (gülür).

Ədalət Partiyasının sədri Mütəllim Rəhimov: Təəsüf ki, bu yay istirahət etmək üçün xüsusi vaxt ayıra bilməyəcəm. Həm rəsmi işlədiyim müəssisədə, eyni zamanda partiyada işlərin çoxluğu ucbatından istirahət etməyim mümkün olmayacaq. Xüsusilə, partiyada yeni sədr seçilməyim bir sıra vacib məsələlərin həllini tələb edir. Bunları isə yubatmaq olmaz. Ona görə də partiya işləri məzuniyyətə çıxmağıma imkan vermir. Amma bununla belə çox istərdim ki, övladlarımla birlikdə heç olmasa 1-2 günlük Qarabağa səfər edim. Azad edilmiş torpaqlarımızda qəhrəmanlarımızı yad etmək, həm də övladlarıma həmin yerləri göstərmək çox yaxşı olardı. İlk fürsətdə bunu dəyərləndirməyə çalışacam.

“Ana vətən” Partiyasının rəhbəri Fəzail Ağamalı: Mən bu yay istirahətimi Bakıda keçirdim. Bir neçə gündür ki, Oğuza gəlmişəm. Bura nisbətən sərin, gözəl yerdir. Turizm üçün olduqca əlverişli məkandır. Burada istirahətimi davam etdirmək istəyirəm. Düşünürəm ki, 15-20 gün burada qala biləcəm. Keçirdiyim istirahət yorğunluğumu aradan qaldıracaq, mənə əlavə enerji verə biləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Avqust 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri