Partizani də debüt edən azərbaycanlı: Klubda daimi oynasam, yəqin ki, milliyə dəvət ediləcəm
Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Albaniyanın “Partizani” klubunun futbolçusu Vüsal İsgəndərli Sportal.az saytına açıqlama verib.
O, komandasının ölkə çempionatının ilk turunda “Vora”ya qalib gəldikləri oyunu şərh edib:
“Yeni mövsümə yaxşı hazırlaşmışdıq. Bildiyiniz kimi, bizim avrokuboklardakı çıxışımız erkən yekunlaşdı. Bütün fikrimiz çempionata hazırlaşmaq idi. Rəqibimiz yaxşı komandadır. Amma şadam ki, qalib gəlməyi bacardıq. Təbii ki, mən də komandamın uğuru üçün sona qədər mübarizə apardım. Çempionata qələbə ilə başlamaq çox sevindirici hal idi. Albaniyada ilk deyil deyil ki, oynayıram. Lakin “Partizani”də yeniyəm və adaptasiya prosesi də uğurla keçdi”.
İsgəndərli, Azərbaycan millisində oynamaq istədiyini də söyləyib: “Partizani”də oynayaraq, Azərbaycan millisinə dəvət edilmək olar. Klubda daimi oynasam, yəqin ki, milliyə dəvət ediləcəm. Azərbaycan millisindən dəvət gələrsə, buna görə çox sevinərəm”.
Mirbağırağa
saytlarin hazirlanmasi

