Icma.az
close
up
RU
“PAŞA Bank” işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə dəstəyini davam etdirir

“PAŞA Bank” işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsinə dəstəyini davam etdirir

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu il Bank Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) daha iki xüsusi təlim keçmiş minaaxtaran iti ianə edib. Belçika Malinuası cinsinə məxsus, “İnam” və “Ümid” adları verilmiş itlər beynəlxalq standartlara uyğun xüsusi təlim proqramını uğurla tamamlayıb və yaxın günlərdə Füzuli rayonunda minalardan təmizləmə əməliyyatlarında iştirak edəcəklər.
İdarə Heyətinin sədri, baş icraçı direktor Cavid Quliyevin sözlərinə görə, “PAŞA Bank” ölkəmizin aparıcı korporativ bankı olaraq yalnız iqtisadiyyatın inkişafına töhfə verən maliyyə xidmətləri ilə deyil, həm də cəmiyyətimiz üçün strateji əhəmiyyət daşıyan sosial layihələrə dəstək göstərməklə fəxr edir.
“İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi, yenidən canlanaraq inkişaf və tərəqqi ilə çiçəklənməsi mühüm addımdır. İnanırıq ki, məsuliyyətli korporativ vətəndaş kimi reallaşdırdığımız bu təşəbbüs Azərbaycanın daha təhlükəsiz, dayanıqlı və rifahlı gələcəyinin qurulmasına töhfə verəcək”, - deyə, C.Quliyev bildirib.
ANAMA-nın İdarə Heyəti sədrinin müavini Samir Poladov “PAŞA Bank”ın humanitar minatəmizləmə fəaliyyətinə verdiyi dəstəyin xüsusi əhəmiyyətini vurğulayıb.
“İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı istiqamətində görülən humanitar minatəmizləmə fəaliyyətinə verdiyi dəstəyə görə “PAŞA Bank”a minnətdarıq. Bu prosesdə minaaxtaran itlərin tətbiqi ən səmərəli üsullardan biridir”, - deyə, S.Poladov qeyd edib.
Xatırladaq ki, “PAŞA Bank” həmçinin 2021-ci ildə ANAMA və ABŞ-ın Marşal İrsi İnstitutu (MLI) arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində Azərbaycana xüsusi təlim keçmiş 30 minaaxtaran itin gətirilməsinə də töhfə verib.
AzVision.az
Qalereya
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azvision.az
archiveBu xəbər 25 Avqust 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri