Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

® “PAŞA Qrup” şirkətləri son 3 ayda hansı sosiyal layihələri həyata keçiriblər? AZƏRTAC

® “PAŞA Qrup” şirkətləri son 3 ayda hansı sosiyal layihələri həyata keçiriblər? AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Ölkənin ən böyük şirkətlər qrupundan olan “PAŞA Qrup” ölkə, əməkdaşlar və cəmiyyət qarşısında öz məsuliyyətini anlayır və müvafiq qaydada davranmağa çalışır. Şirkət öz sosial fəaliyyətinə böyük diqqət ayırır və bu fəaliyyətini cəmiyyət üçün yaratdığı əsas dəyərlərdən biri olaraq görür. Qrupun Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətləri çoxşaxəlidir və uşaqlara, xüsusən də aztəminatlı ailələrdən olan uşaqlara dəstək sözügedən fəaliyyətlərin mühüm hissəsini təşkil edir.

Belə ki, davamlı olaraq KSM layihələri reallaşdıran “PAŞA Holding” sentyabr ayında ənənəvi olaraq yeni tədris ili ərəfəsində regionlarda yaşayan aztəminatlı ailələrin şagird adı qazanacaq övladlarına məktəbli dəstinin hədiyyə edilməsi ilə bağlı "Birincilər" layihəsini həyata keçirib. Sosial Xidmət Agentliyinin dəstəyi ilə Bakı, Abşeron-Xızı, Dağlıq -Şirvan, Şirvan-Salyan, Mərkəzi-Aran, Qarabağ, Gəncə-Daşkəsən, Şəki-Zaqatala, Lənkəran-Astara, Mil-Muğan, Quba-Xaçmaz, Qazax-Tovuz rayonunda, eləcə də Naxçıvan Muxtar Respublikasında baş tutmuş xeyriyyə tədbirləri çərçivəsində 11600-dan çox uşağa məktəbli forması dəsti və dərs ləvazimatları, eləcə də məktəbli çantaları təqdim edilib. Ötən ildən etibarən cari layihə çərçivəsində məktəbli ləvazimatları, həmçinin şəhid övladlarına da təqdim edilir.

Bundan əlavə, bu müddət ərzində “Birgə və Sağlam” İctimai Birliyinin təşəbbüsü ilə “PAŞA Holding”in, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, KOBİA, SOCAR və “Trendyol Azərbaycan”ın dəstəyi ilə ilk inklüziv kafe fəaliyyətə başlayıb. Sözügedən təşəbbüsün məqsədi əlilliyi olan gənc şəxslərin işlə təmin olunmasını dəstəkləmək və onların cəmiyyətə inteqrasiyasını təşviq etməkdir. Üzeyir Hacıbəyli küçəsi 57 ünvanında yerləşən “Kashalata” kafesində ümumilikdə 20 gənc çalışır, onlardan 10-u fiziki məhdudiyyətli şəxslərdir.

Qeyd edək ki, “PAŞA Holding”in törəmə şirkətləri də öz sosial fəaliyyətlərinə böyük diqqət ayırır. Belə ki, Kapital Bank korporativ sosial məsuliyyət sahəsində daha bir addım ataraq həssas qrupdan olan qızların təhsilinə dəstək göstərmək məqsədi ilə yeni təqaüd proqramına start verib. Proqram bir müddət öncə “Kapital Bank” və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanan memorandum çərçivəsində həyata keçiriləcək.

Ölkənin birinci korporativ bankı, “PAŞA Bank” isə ADA Universiteti və ADA Universiteti Fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Günü Münasibətilə internat tipli məktəblərdə görüşlər keçirib. Layihənin ilk təşəbbüsü əlamətdar günə - 3 Dekabr - Beynəlxalq Əlillər Gününə təsadüf edib. Bu münasibətlə 1 nömrəli ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbində və 11 nömrəli inteqrasiya təlimli internat məktəbində təhsil alan 100-dək şagirdlə görüş keçirilib. 11 nömrəli məktəbdə təhsil alan 6-11 yaşlı şagirdlərin yaradıcı düşüncə tərzini ortaya çıxarmaq, onların özlərini daha səlis şəkildə ifadə etmələrinə dəstək olmaq üçün rəssamlar tərəfindən xüsusi təlim, eləcə də psixoloqların iştirakı ilə xüsusi sessiyalar təşkil edilib. Onlara pis vərdişlərdən uzaq durmağın vacibliyindən, özünə və cəmiyyətə fayda vermək üçün öz üzərlərində çalışmağın və təhsilə, peşəyə yiyələnməyin əhəmiyyətindən bəhs edilib.

Bu dönəm ərzində “PAŞA Sığorta” "Məktəbli" könüllü sağlamlıq sığortasının təşviqi məqsədilə 6-15 yaş arası məktəblilər üçün xüsusi rəsm müsabiqəsi həyata keçirib. Müsabiqədə iştirak üçün 100-dən artıq məktəbli müraciət edib. Uşaqlar mövzuya uyğun olaraq çəkdikləri rəsm əsərlərini “PAŞA Sığorta” şirkətinə göndərib, münsiflər heyəti tərəfindən dəyərləndirilən rəsm əsərləri sərgidə nümayiş edilmək üçün seçilib. Seçilən rəsm əsərlərinin nümayiş edildiyi sərgiyə 30 uşaq valideynləri ilə birlikdə dəvət olunub və hər birində 3 qalib olmaqla 2 fərqli yaş kateqoriyası üzrə qaliblər müəyyən edilib. Sərgi zamanı uşaqlar fərqli oyunlar oynayıb, əyləncəli zaman keçirib və sonda onlara müxtəlif hədiyyələr təqdim edilib.

Bundan əlavə, bir müddət öncə “PAŞA Həyat” Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində "Mərhəmətli Olmağa Tələsin" layihəsinə sponsorluq edib. Layihə çərçivəsində soyuq qış aylarında isti geyimlərə ehtiyacı olan uşaqlara müxtəlif isti geyimlər təqdim olunub. Bu təşəbbüs aztəminatlı uşaqlara dəstək üçün nəzərdə tutulub.

Qeyd edək ki, dekabr ayında “Bravo” marketlər şəbəkəsi sosial qayğıya ehtiyacı olan uşaqların arzularını gerçəkləşdirmək məqsədilə "ASAN Könüllüləri" Təşkilatının dəstəyi ilə "ASAN Məktub" sosial proqramının birgə əməkdaşlığı ilə “Bir qəlbi də sən isit” aksiyasını həyata keçirir. Belə ki, uşaqların arzularını yazdıqları “ASAN Məktub”lar 20 Yanvar və Koroğlu metro stansiyaları yaxınlığındakı “Bravo” hipermarketlərdə quraşdırılan "Yeni İl" stendlərində yerləşdirilib. Qeyd edək ki, “Bravo” hiperlərə yaxınlaşaraq həmin məktublarla tanış ola və uşaqların arzularını həyata keçirməkdə köməklik göstərə bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Dekabr 2024 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see486

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see391

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see382

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see325

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see293

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see292

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see286

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see209

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see201

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see177

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see167

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see166

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see166

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see158

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see154

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see140

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see138

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see135

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see131

Azərbaycanda idmançı qadın ərini döydü, məhkəmə uzaqlaşdırma qərarı çıxardı

02 Dekabr 2025 10:13see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri