Icma.az
close
up
RU
Paşinyan 907 ci düzəlişin ləğvinə çağırış edəcəkmi? Bizə sülh nağılları yox, real addım lazımdır!

Paşinyan 907 ci düzəlişin ləğvinə çağırış edəcəkmi? Bizə sülh nağılları yox, real addım lazımdır!

Hurriyyet saytına istinadən Icma.az xəbər verir.

Bu gün Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyası öz işinə başlayır. Məlumata görə, 193 üzv dövlətin dövlət və hökumət başçılarını, xarici işlər nazirlərini və digər yüksəkvəzifəli rəsmiləri bir araya gətirən tədbir sentyabrın 22-dən 28-dək keçiriləcək. Azərbaycandan da Baş Assambleyada nümayəndə heyətinin iştirak edəcəyi açıqlanıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə artıq Nyu-Yorka yola düşüb. Sosial şəbəkədə bu barədə paylaşım edən Paşinyandan sonra baş nazirin mətbuat katibi Melanya Harutyunyan bildirib ki, hökumət rəhbəri sentyabrın 22–25-də Amerika Birləşmiş Ştatlarında işgüzar səfərdə olacaq. Paşinyan Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının işində iştirak edəcək, BMT BA 81-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxış edəcək, görüşlər keçirəcək.

Öz işləridir, hara gedirlər, kiminlə görüşürlər. Amma bizə aid olan bir mövzudan bəhs etmək istəyirik. Güman ki, Nikol Paşinyan BMT kürsüsündən Azərbaycanla əldə edilmiş tarixi sülhlə bağlı da gəlişigözəl sözlər deyəcək. Hərçənd bu kürsü üzlər görüb, vaxt var idi Ermənistanın eks-prezidentləri, Qarabağ caniləri Şuşanın işğalında iştirak etdiklərini həyasızcasına beynəlxalq tribunalardan dilə gətirirdilər və onlara kimsə bir söz demirdi. Elə 6 il əvvəl Azərbaycan Prezidentinin BMT Baş Assambleyasına çağırışı nəzərə alınsaydı, 44 günlük müharibə də baş verməyə bilərdi...

İstərdik ki, Paşinyan bu dəfə yenə də sülh nağılları danışmasın. Ölkəsindəki revanşistlərin həyasızlığını, Azərbaycan kəndi Kərkidə “bağ” salmalarını görməzdən gələn Nikol Paşinyan elə zənn etməsin ki, nağılları ilə bizi inandıra biləcək. Qoy Paşinyan BMT tribunasından ABŞ-yə çağırış etsin ki, Azərbaycan Ermənistanı blokadada saxlamır, ona görə də Azərbaycana qarşı əsassız olaraq qəbul edilmiş 907-ci düzəlişi ləğv edin!!! Bu sanksiya qərarının qəbul edildiyi ölkədə belə bir çağırış edilməsi həm ədalətli olar, həm məntiqli, həm də Paşinyanın doğrudan da sülh tərəfdarı olduğunu nümayiş etdirərdi.

907-ci düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığı müdafiə aktı”na əlavə edilən və ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktıdır. Ölkəmizə qarşı bu sanksiya erməni lobbisinin təşəbbüsü və konqresmenlərin çirkli pullarla ələ alınması nəticəsində qəbul olunmuşdu. Həmin ədalətsiz qərara görə Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet ölkəsi olub.

Yalnız 2001-ci ildən etibarən hər il ABŞ prezidentləri tərəfindən tətbiqi dayandırılan 907-ci düzəliş düz 34 il əvvəl, Azərbaycanın müstəqilliyini bərpasının 1-ci ildönümü münasibətilə ABŞ Konqresinin ölkəmizə “təbriki” idi. Təsəvvür edin, Ermənistan Azərbaycanın Qarabağ bölgəsində işğal və terroru davam etdirir, yüz minlərlə azərbaycanlı Qərbi Azərbaycandan, Ermənistandan qovulub, 1 milyon qaçqın-köçkün ölkənin digər ərazilərinə səpələnib, çadır düşərgələrində acınacaqlı vəziyyət hökm sürür, amma ABŞ cəmi 1 il əvvəl sovet tanklarının, imperiya əsgərlərinin qarşısına çıxıb, “Azadlıq” hayqıran dinc insanların qanını tökənlərə, Azərbaycana qarşı cinayətlər törədən erməni faşizminə deyil, Azərbaycana qarşı sanksiya tətbiq edir! Bundan sonra əlbəttə ki, indi tülkü libasına bürünmüş Levon Ter-Petrosyan daha geniş ərazilərin işğalına komanda verəcəkdi, Xocalıda törədilən soyqırım və ondan sonrakı cinayətlərdə də ABŞ konqresmenlərinin “töhfəsi” olub. Bütün bunları, ölkəmizə qarşı törədilən dəhşətli cinayətləri və bu cinayətkarlara ortaq olanları unutmayacağıq!

Azərbaycan sülhün tərəfdarıdır və elə 2025-ci ilin 8 avqustunda Prezident Trampın iştirakı – şahidliyi ilə Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin görüşü – razılaşması da məhz rəsmi Bakının sülhməramlı mövqeyinin məntiqi nəticəsidir. Ermənistanın baş naziri Nikol Paşinyan bu mövqeyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dəfələrlə təşəkkürünü bildirib. Ötən ilin payızından başlayaraq Azərbaycan Ermənistana daşınan yüklər, o cümlədən taxıl üçün tranzit yolunu açdığını elan edib. 2026-cı ilin sentyabr tarixinə olan rəsmi məlumatlara əsasən, Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana daşınan və Azərbaycandan ixrac olunan yüklərin həcmi aşağıdakı kimidir.

Rusiyadan Azərbaycan vasitəsilə Ermənistana tranzit yüklər:

Taxıl (buğda və arpa): 60 min tona yaxın.

Gübrə: 9 min tondan çox.

Propan: 1 414 ton.

Kömür (antrasit): 1 114 ton.

Taxta: 608 ton.

Alüminium: 133 ton.

Azərbaycandan Ermənistana birbaşa ixrac olunan neft məhsulları:

Dizel yanacağı: 17 min tona yaxın.

Aİ-92 və Aİ-95 benzini: 5 min tona yaxın

Azərbaycanın Ermənistana ixracı 17 milyon 603,76 min dollar olub. Ermənistandan Azərbaycana idxalın həcmi isə 960 dollar təşkil edib. Bilirik, Paşinyan bu siyahını dilə gətirməz. Amma Azərbaycan nümayəndə heyəti nədən sənəd şəklində Baş Assambleyada yaymasın, yaxud elə ABŞ Konqresi, Senatı, Dövlət Departamentinə göndərməsin?..Blokada beləmi olur? 1992-ci ildə əvvəlcə senator Con Makkeyn tərəfindən, sonra isə senator Con Kerri və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqresmen Veyn Ovens tərəfindən Konqresə təklif edilən, Azərbaycan tərəfindən guya Dağlıq Qarabağın “işğalı”nın (?!! - red.) və Ermənistana qarşı blokadasının (?!!. - red.) dayandırılması məqsədilə qəbul olunan 907-ci düzəliş nəticəsində gənc Azərbaycan Respublikası postsovet məkanında ABŞ hökumətinin yardımından kənarda saxlanılan yeganə ölkə olub. Bu əsassız qərar həm də ABŞ Konqresinin ermənipərəst mövqeyi ilə hesablaşan Avropa ölkələrinin də Azərbaycandan məsafə saxlamasına səbəb olub. O illərdə senator olan Cozef Bayden prezidentliyi dövründə də 907-ci düzəlişin donunu açmışdı.

11 sentyabr 2001-ci il  hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Senatı 24 oktyabr 2001-ci ildə akta ABŞ prezidentinə 907-ci düzəlişin tətbiqindən imtina etmək imkanını təmin edən düzəlişi qəbul edib. Həmin tarixdən etibarən ABŞ prezidentləri düzəlişin tətbiqindən imtina etsələr də, 2023-cü ildə qəbul edilən “Ermənistanı müdafiə aktı” çərçivəsində 2024-2025-ci illərdə ABŞ prezidentinin bu aktın tətbiqini dayandırmaq səlahiyyəti də ləğv edilmişdi. Zəruri xatırlatma: Baydenin senator olduğu 1992-ci ildə Azərbaycan ordusunun Ağdərəni işğaldan azad etməsinə cavab olaraq erməni işğalını dəstəkləyən sənəd qəbul olunmuşdusa, 2023-cü ildə prezident Bayden Azərbaycanın Qarabağda apardığı bir günlük antiterror əməliyyatını həzm edə bilmədiyi üçün 907-nin yenidən tətbiqinə icazə vermişdi.

Təsəvvür edin, ölkəmizə qarşı qəbul edilən sanksiya qərarında “Prezident Azərbaycan Hökumətinin Ermənistana və Dağlıq Qarabağa qarşı blokadasının və digər güc tətbiqin aradan qaldırılması üçün addımların atdığını müəyyən etməsə və bu haqda Konqresə məruzə etməsə, Azərbaycan Hökumətinə ABŞ tərəfindən bu və ya digər qanunlarla nəzərdə tutulmuş yardım göstərilə bilməz” yazılıb. Paşinyan “Qarabağ Azərbaycandır”, deyir, amma ABŞ Konqresinin qondarma qərarı hələ də ləğv edilməyib. Üstəlik, ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edilir. Trampdan sonra ABŞ-nin başına gələcək şəxsin yenidən baydenvari davranmayacağına kimsə təminat verə bilməz. Ermənistan bölgədə dayanıqlı sülh, normal əməkdaşlıq etmək istəyirsə, onu dəstəkləyən anti-Azərbaycan çevrələrə, “bizdən əl çəkin, sakit yaşayaq!” deməlidir! Amma demir, nə ABŞ Konqresinə, nə Fransa XİN-ə...

Düzdür, 8 avqust 2025-ci ildə Azərbaycan, ABŞ, Ermənistan liderlərinin üçtərəfli görüşü zamanı 907-ci düzəlişin tətbiqinin ABŞ prezidenti tərəfindən növbəti dəfə dayandırıldığı elan edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azadlığa Dəstək Aktının 907-ci maddəsinin ləğv müddətinin uzadılması haqqında memorandumla bağlı təşəkkürünü bu şəkildə ifadə etmişdi:

“Möhtərəm Prezident Donald Tramp, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması barədə memorandumu şəxsi qeydiniz və xoş sözlərinizlə birlikdə mənə xatirə hədiyyəsi olaraq göndərdiyiniz üçün Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Bu diqqətəlayiq jesti yüksək qiymətləndirir və ona böyük ehtiram bəsləyirəm”.

Amma onu da xatırladaq ki, Prezident bu ilin əvvəlində ABŞ nümayəndə heyətini qəbul edərkən “Azadlığa Dəstək Aktı”na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bügünkü inkişafının mahiyyətinə uyğun olmadığını demişdi. İlham Əliyev ABŞ prezidenti tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində Konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb.

Üstündən xeyli keçib, amma faktiki olaraq bu qanunsuz akt birdəfəlik ləğv edilməyib. Nikol Paşinyan 8 avqust razılaşmalarının birinci ildönümündə etiraf etdi ki, Azərbaycan blokadada-filanda deyil, Azərbaycandan alınan benzin hesabına Ermənistanın yanacaq problemini həll etmək mümkün olub, inhisarçılığa zərbə vurulub. Bundan sonra 907-nin dondurulmuş vəziyyətdə saxlanılması belə, yumşaq desək, ayıbdır!

Blokadada saxlanılan Naxçıvan Muxtar Respublikasıdır, Ermənistan yox! Azərbaycanın bu bölgəsinin əhalisi azı 34 ildir əziyyətlər çəkir, yalnız hava nəqliyyatına möhtac qalıb, yaxud da digər ölkələrin ərazisindən keçməklə Azərbaycanın əsas hissəsinə gəlirlər.

Deməli, 907-ci düzəliş Ermənistana qarşı qəbul edilməli idi! Amma sadəlövh deyilik, bunu gözləmirik də. Heç olmasa Azərbaycanın başının üstündən asılmış “Damokl qılıncı” birdəfəlik götürülsün! Bu ədalətsizliyin aradan qaldırılmasında Paşinyan da Azərbaycanın səsinə səs verməlidir! Bizə sülh nağılları yox, real addımların atılması lazımdır! Əks təqdirdə, “Real Ermənistan” da olmayacaq, unutmasınlar...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Sentyabr 2026 07:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see347

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see331

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see331

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see311

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see308

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see294

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see257

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see251

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see240

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see226

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see217

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see205

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see200

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see197

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see188

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see186

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see184

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see182

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see176

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri