Icma.az
close
up
RU
Paşinyan Bakıya “hə” dedi, 200 hərbçi Ermənistana göndərildi Proses qızışır

Paşinyan Bakıya “hə” dedi, 200 hərbçi Ermənistana göndərildi Proses qızışır

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderləri arasında Birgə Bəyannamənin imzalanmasından sonra Rusiyanın Gümrüdə yerləşən 102-ci bazada hərbi kontingentin sayını artırdığına dair məlumatlar yayıldı.

Artıq Federal Təhlükəsizlik Xidmətinin (FTX) 200 əməkdaşının əraziyə yerləşdiyi bildirilir. Maraqlıdır ki, üçtərəfli görüşdən sonra sözügedən bazanın Ermənistandan çıxarıla biləcəyi ilə bağlı müzakirələr aktivləşmişdi.

Rusiya bununla nəyə nail olmağa çalışır? Sülhə maneə yaratmaq üçün sərhəddə təxribata cəhd edə, yaxud Ermənistanın daxilində qarışıqlıq yarada bilərmi?

Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd bildirib ki, Vaşinqtonda imzalanan üçtərəfli bəyanatdan sonra Rusiyanın Ermənistana təzyiq göstərəcəyi gözlənilirdi:

“10 noyabr üçtərəfli bəyanatı ilə bir çox məsələlər öz həllini tapmışdı. Bu bəyanatda Ermənistan ərazisindən keçən Zəngəzur dəhlizinə nəzarətin Rusiyaya verilməsi öhdəliyi nəzərdə tutulurdu. İrəvan bu bəyanatdan imtina etmədiyi halda, ABŞ-la da oxşar öhdəlikləri əks etdirən sənəd imzalayır. Hər iki razılaşmada Azərbaycan üçün üstün məqamlar var idi. Belə ki, iki halda da Azərbaycanın Naxçıvana maneəsiz hərəkəti bərpa olunurdu.

Həmçinin oxuyun:

Bakı və İrəvan Rusiyanın ən çox qorxduğu addımı atacaqmı? – Həyəcanlı gözlənti

Rusiya, ümumilikdə, Bakı ilə İrəvan arasında sülhün əldə edilməsində maraqlı olsa da, dəhliz məsələsində fərqli mövqe sərgiləyir. Bu səbəbdən, Ermənistana təzyiqlərin artması istisna deyil. 102-ci bazanın gücləndirilməsi, Ermənistan müxalifətinin hazırda həbsdə olan nümayəndələri üçün dünyaca məşhur vəkilin bu ölkəyə göndərilməsi də Kremlin prosesi qızışdırmaq niyyətindən xəbər verir. Bu, vəziyyəti daha da çıxılmaz hala sala bilər”.


Səxavət Məmməd

Ekspert bildirib ki, baş nazir Nikol Paşinyanın Vaşinqtonda öhdəsinə götürdüyü məsələləri yerinə yetirib-yetirməyəcəyi də sual altındadır:

“Çünki onun hazırda icra etməli olduğu müəyyən öhdəliklər mövcuddur, konstitusiya dəyişikliyi buna nümunədir. Hələ məsələ ilə bağlı lazımi addımlar belə atmayıb. Ermənistanın dəmir yolları bu gün Rusiyanın nəzarəti altındadır və Paşinyan Kremldən icazə almağa məcburdur.

Rusiya İrəvandakı mövcud hökuməti devirmək üçün də müəyyən addımlar ata bilər. Rəsmi Moskva öz mövqeyini bütün dünyaya nümayiş etdirməyə çalışacaq. Lakin bunun nə dərəcədə uğurlu alınacağı hələ sual altındadır. Ermənistanla yanaşı, bütün regiona təzyiqi artıra bilər. Burada Tehran faktoru da önə çıxacaq. İran Prezidenti Məsud Pezeşkian hər nə qədər müsbət mesajlar versə də, gərginliklər davam edəcək. Bu gün rəsmi Moskvanın İrəvana kifayət qədər təsir gücü mövcuddur”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Avqust 2025 06:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri