Icma.az
close
up
RU
Paşinyan bölgədə əməkdaşlıq istəyirsə, Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir Günay Ağamalı

Paşinyan bölgədə əməkdaşlıq istəyirsə, Zəngəzur dəhlizinin açılmasına razılıq verməlidir Günay Ağamalı

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Türkiyədə səfərdə olub. İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdə regional inkişafdan və davamlı dialoqun əhəmiyyətindən danışılıb.

Qeyd edək ki, Türkiyə Zəngəzur dəhlizinin açılmasında marağı olan ölkələrdən biridir. Bu səbəbdən iki ölkə liderinin görüşündən sonra Paşinyanın Zəngəzur dəhlizinin açılmasına razılıq verməsi mümkündürmü?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirdi ki, Paşinyanın Türkiyəyə səfəri regionda sabitlik və əməkdaşlıq mövzusunda dialoq görüntüsü yaratsa da, bu prosesin real nəticələrə gətirib çıxarması üçün ilk növbədə Ermənistan tərəfi səmimi mövqe sərgiləməlidir.

"Təəssüf ki, Ermənistan rəhbərliyinin indiyədək nümayiş etdirdiyi mövqe ikili standartlar üzərində qurulub – bir tərəfdən sülh çağırışları edilir, digər tərəfdən isə regionda əməkdaşlığı və inteqrasiyanı təmin edəcək əsas layihələr, o cümlədən Zəngəzur dəhlizinin açılması müxtəlif bəhanələrlə əngəllənir.

Paşinyan bu səfərdə regional əməkdaşlıqdan danışsa da, real əməkdaşlığın təməlini təşkil edən kommunikasiyaların açılması məsələsində konkret və açıq mövqe ortaya qoymur, əvəzində özlərinin iqtisadi perspektivləri olmayan kommunikasiya lahiyələrini alternativ varinant kimi təqdim edir. Təbii ki, Zəngəzur dəhlizi ümumi kontekstdə Orta Dəhlizin mühüm bir komponenti olduğu üçün bu təşəbbüsün reallaşmasına əngəl olmaq istəyən qüvvələr də İrəvan üzərində müxtəlif təsiredici metodlar tətbiq edirlər. Lakin Ermənistan rəhbərliyi situativ vədlərə aldanmayaraq anlamalıdır ki, regionda uzunmüddətli sülh və tərəqqi yalnız real addımlar, üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsi ilə mümkündür".

Millət vəkili qeyd etdi ki, Zəngəzur dəhlizi bütün regionun maraqlarına xidmət edən layihədir.

"Bu dəhlizin açılması regionda iqtisadi inteqrasiyanı gücləndirəcək, yeni nəqliyyat bağlantıları yaradacaq və təhlükəsizlik mühitini möhkəmləndirəcək. Ermənistanın isə bu prosesə süni əngəllər yaratmaq cəhdləri, əslində, özünü təcrid vəziyyətində saxlamaq siyasətinin davamıdır.

Əgər Paşinyan doğrudan da bölgədə sabitlik və əməkdaşlıq istəyirsə, artıq konkret qərarlar verməli və Zəngəzur dəhlizinin açılmasına razılıq göstərməlidir. Əks halda, sülh və inkişaf haqqında söylənilən fikirlər yalnız siyasi imitasiya kimi qalacaq", - deyə Günay Ağamalı vurğuladı.

Xədicə BAXIŞLI
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 İyun 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see193

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see148

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see137

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri