Paşinyan bunu qanuniləşdirmək istəyir, Bakı qəbul etməyəcək Sabiq nazir
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
“Beləliklə, baş nazir Nikol Paşinyan Ermənistanda “dördüncü respublikanın” yaradılmasına başlandığını elan etdi: birinci, Ararat və ya İrəvan Respublikası 1918-1920; ikinci, Ermənistan SSR 1920-1991; üçüncü Ermənistan Respublikası 1991-indiki”.
Turkustan.az xəbər verir ki, bunu Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
T.Zülfüqarov bildirib ki, həm adı, həm də xüsusiyyətləri ilə təəccüblü şəkildə “Üçüncü Reyx”i xatırladan “üçüncü respublika” Ermənistan dövlətçilik forması təkcə nömrələnməsinə görə deyil, eyni zamanda yarandığı dövrdə qonşu Azərbaycan ərazisinin bir hissəsinin birləşdirilməsini və Türkiyənin bir hissəsinə iddialarını elan etməsi ilə də bənzəyirdi.
“Üçüncü respublika ideologiya olaraq faşizmin erməni formasını – Çeraxkonizmi (Nejdizmi) seçmişdi.
İndi Paşinyan birtərəfli olaraq, “üçüncü respublikanın” ərazi iddialarından qanunvericilik yolu ilə imtina etmədən, ikinci respublikanın sərhədlərini, yəni kommunist müstəmləkə hakimiyyətinin qərarlarını qanuniləşdirmək istəyir. 2020-ci ildə “Ermənistan Üçüncü Reyxi”nin təslim olmasından sonra Paşinyanın qondarma “Dördüncü Respublika”sı Bakının Sovet Kommunist hakimiyyətinin Azərbaycana qarşı işğalçı, cinayətkar siyasətinin nəticələrini tanımasını istəyir. Üstəlik, bu, məğlub olmuş “Ermənistan Üçüncü Reyxinin” ilhaqçı hüquqi əsaslarından imtina etmək demək deyil.
Mənim bir sualım var? Paşinyan həqiqətən də buna razı olacağımızı düşünürmü?”./Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 21 Avqust 2026 10:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















