Icma.az
close
up
RU
Paşinyan elan etdi: Bakının narahatlığı anlaşılandır, hazırıq

Paşinyan elan etdi: Bakının narahatlığı anlaşılandır, hazırıq

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“Ermənistanla Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş mətni razılaşdırılıb və danışıqlar başa çatıb. Bu o deməkdir ki, biz sazişin imzalanması üçün müzakirələr mərhələsinə daxil olmuşuq və mən Ermənistan xalqı adından sənədi imzalamağa hazır olduğumu bəyan etmişəm”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, Azərbaycan sazişi imzalanmasını iki məsələ ilə əlaqələndirir və bunlar başadüşüləndir:

“Birincisi, ATƏT-in Minsk qrupunun buraxılmasıdır. Mən dəfələrlə demişəm ki, bu, Ermənistan Respublikası üçün anlaşılan gündəmdir. Əgər biz Qarabağ məsələsi ilə bağlı səhifəni bağlayırıqsa, münaqişə ilə məşğul olan strukturun olmasının nə mənası var? Lakin bu qurumun ləğvi növzusu daha geniş kontekstdə baxılmalı olan məsələdir. Biz əmin olmaq istəyirik ki, strukturdan imtina edildikdən sonra Azıərbaycan ərazisində bağlanan münaqişə daha sonra Ermənistan ərazilərinə keçməyəcək. Məhz bu istiqamətdə narahatlığı aradan qaldırmaq üçün sülh sazişi və ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciət sənədini eyni anda imzalamağı təklif etdik”.

Baş nazir Azərbaycanın Ermənistan Konstitusiyası ilə bağlı tələbinin də anlaşılan olduğunu deyib:

“Bakının növbəti tələbi konstitusiya ilə bağlıdır. Onlar Ermənistan Respublikasının Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu vurğulayırlar. İlk növbədə bu məsələni bir çox ekspertlərin iddia etdiyi kimi bəhanə olaraq deyil, Bakının səmimi narahatlığı kimi dəyərləndirmək lazımdır. Biz özümüz problemin mahiyyətini, siyasi və hüquqi məzmununu vicdanla dərk etməliyik. Bildirməliyik ki, yalnız Ermənistan Respublikasının Konstitusiya Məhkəməsi Konstitusiyasının mətninin rəsmi şərhini verə bilər. 2024-cü ildə Konstitusiya məhkəməsi Azərbaycanla sərhədin demarkasiya və delimitasi prosesi üzrə razılaşdırılmış sənədi araşdırdı və Alma-Ata bəyannaməsinə uyğunluğunu təsdiqlədi. Həmçinin burada Azərbaycan və Ermənistan ərazilərinin SSRİ dövründə olduğu vahidlə tanınması da konstitusiyaya əsasən təsdiqini tapır. Mənimc fikrimcə, yeni Konstitusiya mətnində Müstəqillik Bəyannaməsinə istinad olmamalıdır. Lakin son qərarı verən Ermənistabn xalqı olacaq”.

Qeyd edək ki, sözügedən Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı maddənin olduğu bildirilir. Rəsmi Bakı Konstitusiyanın bəyannaməyə əsaslandığını və Qarabağın işğalı üçün rəsmi əsasın yaradıldığını vurğulayıb. Konstitusiyanın dəyişdirilməsi və Müstəqillik Bəyannaməsinə əsaslanmaması tələb edilir.

Ayşən Mustafa
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 16 Aprel 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri