Paşinyan: Heç kim indi sual vermir ki, Köçəryanda milyardlar haradandır KONKRET
Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin sabiq prezidenti Robert Köçəryanın həbsini şərh edərək onun korrupsiya sxemlərini açıqlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri cümə axşamı hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.
“İndi heç kim sual vermir: Robert Köçəryanda bu milyardlar haradandır? O deyir: “Biz bizneslə məşğul olmuşuq”. Kimi aldadırlar? Yəni onlar belə uğurlu iş adamlarıdır, biz isə ümumiyyətlə heç kimdən heç nə müsadirə edə bilmərik? Bəs onların “Toyota İrəvan”da şəxsi payının olması – bu biznes fəaliyyətidir?! İrəvanın mərkəzində torpaqları qəsb edib onları alış qiymətindən 20-30 dəfə baha satmaq biznesdir?!”, – Paşinyan deyib.
O, həmçinin qeyd edib ki, korrupsiya sxemlərinin ləğvi əhəmiyyətli məsələdir.
“Həm Robert Köçəryan, həm Serj Sarqsyan, həm də Qaqik Tsarukyan öz qanuni pensiyaları və qanuni gəlirləri ilə yaşamalıdırlar. Qanunsuz yolla əldə edilənlər isə qəpiyinə qədər dövlətə və onun xalqına qaytarılmalıdır! Başqa variant yoxdur. Əgər bu baş verməzsə, bu o deməkdir ki, yeni inqilab baş verməlidir”, – Paşinyan vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 27 Avqust 2026 13:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















