Icma.az
close
up
RU
Paşinyan iki referendum arasında qalıb

Paşinyan iki referendum arasında qalıb

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərin gələcəyi Ermənistanda gözlənilən konstitusiya referendumundan asılı ola bilər. 

Həm Nikol Paşinyan hakimiyyətinin, həm də müxalifətin verdiyi bəyanatlar 2026-cı ilin sonuna qədər Ermənistanda yeni konstitusiyanın qəbuluna hazırlıq getdiyini göstərir. Ermənistanın Baş naziri isə konstitusiya mətninin dekabr ayında dərc olunacağını bildirib. 

Lakin iyun ayında keçirilmiş parlament seçkilərində hakim “Vətəndaş Müqaviləsi” Partiyası qalib gəlsə də, konstitusion çoxluğu qazana bilməməsi ümumxalq səsverməsinin keçirilməsinə ciddi maneə yaradıb. Ona görə də Nikol Paşinyan konstitusiyanın dəyişidirilməsində müxalifətin ciddi müqaviməti ilə üzləşib. 

Revanşist düşərgə Ermənistan hakimiyyətini Azərbaycanın siyasi sifarişini yerinə yetirməkdə ittiham edir. Parlamentdəki müxalif “Ermənistan” fraksiyasının rəhbəri Anna Qriqoryan bəyan edib ki, Ermənistanın yeni konstitusiyanın qəbul edilməsi təşəbbüsü Azərbaycanın tələblərinin birbaşa nəticəsidir. 

Anna Qriqoryan bunu hakim “Vətəndaş Müqaviləsi” fraksiyasını Bakının şərtlərini yerinə yetirməkdən ittiham edib. Müxalifətçi deputatın sözlərinə görə, konstitusiya islahatlarını yalnız Ermənistanın daxili gündəliyi kimi təqdim etmək cəhdləri həqiqətə uyğun deyil. 

Qriqoryan iddia edib ki, hakimiyyət tərəfindən başlanan konstitusiya dəyişikliklər məsələsini Ermənistan-Azərbaycan danışıqlar prosesindən və Bakının tələblərindən ayırmaq olmaz. Onun sözlərinə görə, hazırkı hökumət daxili konstitusiya islahatı adı altında Azərbaycanın tələblərini effektiv şəkildə həyata keçirir. 

Qeyd edək ki, rəsmi Bakı Ermənistan konstitusiyasında Azərbaycana ərazi iddialarını nəzərdə tutan Müstəqillik Bəyannaməsinə istinad hissəsinin, yəni preambulanın çıxarılmasını tələb edir. Əks təqdirdə, bu, Azərbaycanın ərazi bütövlütünün və suverenliyinin pozulması deməkdir. 

Eləcə də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair qanunsuz qərara istinadın konstitusiyada saxlanılması hər iki ölkə arasında 2025-ci ilin avqust ayının 8-də paraflanmış sülh sazişinə ziddir. 

Belə olan halda, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilməz. Lakin Ermənistan rəhbərliyi hələ münasib vaxt gözləyən tərəf kimi davranır və referendum məsələsində gözləmə mövqeyi tutur. Amma rəsmi Bakı Ermənistan konstitusiyaya dəyişikliklə bağlı səbrsizlik nümayiş etdirmək fikrində deyil. 

Ermənistanda seçkilər başa çatıb və Nikol Paşinyanın komandası qalib gəlib. Ona görə də yeni konstitusiyanın qəbulu zamanı Azərbaycanın şərtləri nəzərə alınmasa sülh prosesi pozula bilər. Bu da öz növbəsində, Paşinyanın hakimiyyətdən devrilməsində və bölgədə qeyri-sabitliyin yaranmasında maraqlı olan Rusiyanın əlini gücləndirən amildir. 

Moskvanın son vaxtlar Ermənistandan ya Avropa İttifaqı, ya da Avrasiya İqtisadi İttifaqına üzvlüklə bağlı referendum keçirmək tələbi Kremlin Paşinyana təzyiqlərini artırıb. 

Yəni Paşinyan ya Azərbaycanın konstitusiyaya dəyişikliklə bağlı şərtlərini yerinə yetirib regional sabitliyə və sülh müqaviləsinə nail olmalı, ya da Moskvanın referendum tələbini qəbul edib Rusiyanın siyasi “orbit”inə qayıtmalıdır. 

Bu isə sülh prosesinin pozulmasına və revanşist müxalifətin siyasi mövqeyinin güclənməsinə gətirib çıxara bilər. Ermənistanın Avrasiya İqtisadi İttifaqında qalmağa üstünlük verməsi TRIPP layihəsinin və sülh sazişinin Rusiya tərəfindən bloklanması deməkdir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan referendum

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 Avqust 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri