Icma.az
close
up
RU
Paşinyan Karapetyanın şirkətinin “axırına çıxır” Oliqarxın enerji şirkətinin lisenziyası ləğv ediləcək

Paşinyan Karapetyanın şirkətinin “axırına çıxır” Oliqarxın enerji şirkətinin lisenziyası ləğv ediləcək

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyası (İXTK) milyarder Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” (EEŞ) şirkətinin elektrik enerjisinin paylanması üzrə lisenziyasını ləğv etməyə hazırlaşır.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, məsələ ilə bağlı qərarın layihəsi artıq dərc olunub və onun noyabrın 13-də keçiriləcək iclasda təsdiqlənəcəyi gözlənilir.

Komissiyanın sənədində qeyd olunur ki, EEŞ-in müvəqqəti idarəçisi Romanos Petrosyan 2025-ci ilin yanvarında şirkətin avtomatlaşdırılmış uçot sisteminin sıradan çıxdığı və 2018-ci ildən bəri enerji uçotu ilə bağlı məlumatların silindiyi barədə məlumat təqdim edib.

İXTK şirkətin fəaliyyətində bir neçə ciddi pozuntu aşkar edib. İkinci əsas kimi enerji itkisi və uçotun saxtalaşdırılması göstərilib. “Geğama”, “Arax”, “Qars” və “Debed” filiallarında aparılan yoxlamalar zamanı rəhbərlik tərəfindən işçilərə “elektrik itkisini müəyyən faizlə təmin etmək” barədə göstərişlərin verildiyi bildirilib.

Üçüncü səbəb kimi isə EEŞ-in “Tashir Group” tərkibinə daxil olan digər şirkətlər üçün maliyyə zəmanətləri verməsi göstərilir. Məsələn, “Tashir Capital” ASC “Ardşinbank”dan 7 milyon dollar kredit alarkən onun zəmanətçisi EEŞ olub. Oxşar şəkildə “AMIO Bank”ın “Armholding” ASC-yə verdiyi milyonlarla dollarlıq kreditlərin də təminatçısı EEŞ göstərilib. Komissiyanın qənaətinə görə, bu cür maliyyə əməliyyatları istehlakçılara enerji təchizatını və sistemin təhlükəsizliyini risk altına salıb.

İdarəçi Romanos Petrosyan, həmçinin, şirkətin əvvəlki illərdə komissiyaya saxta hesabatlar təqdim etdiyini, nəticədə elektrik şəbəkəsinin real vəziyyəti, kəsinti və itkilərin həcmi barədə yanlış qiymətləndirmələrin aparıldığını bildirib.

İyul ayında hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının təşəbbüsü ilə energetika haqqında qanuna dəyişikliklər edilib. Yeni dəyişikliklər EEŞ-in “ictimai üstün maraq obyekti” elan edilməsini, şirkətin dəyərinin hesablanmasını və hazırkı sahibinə kompensasiya ödənilməsini nəzərdə tutur. Qərar layihəsinə əsasən, şirkətin idarəçisi vəzifəsində Romanos Petrosyan qalacaq.

Qərardan bir neçə ay əvvəl baş nazir Nikol Paşinyan bəyan etmişdi ki, EEŞ artıq “Tashir” qrupuna məxsus olmayacaq: “Bəzən cərrahi tədbirlər qaçılmaz olur. Onlardan biri EEŞ-in milliləşdirilməsidir. Bu, dayandırıla bilinməyən prosesdir və iki ssenaridən biri ilə sona çatacaq: ya EEŞ tamamilə dövlətin nəzarətində qalmaqla milliləşdiriləcək, ya da səhmlərin əksəriyyəti enerji sektorunda nüfuzlu beynəlxalq idarəçiyə veriləcək. Hər iki halda Ermənistan hökuməti bu həyati infrastruktura strateji nəzarətini saxlayacaq”.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 Noyabr 2025 20:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri