Icma.az
close
up
RU
Paşinyan katalikosun toxunulmazlığına son qoyur

Paşinyan katalikosun toxunulmazlığına son qoyur

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Kilsə siyasi alət mövqeyindən dini inanc statusuna qaytarılır

Ermənistanda kilsə ilə hakimiyyət arasında 2020-ci ilin sonundan başlayan ziddiyyətlər son aylarda daha açıq və kəskin mərhələyə qədəm qoyub. Lakin prosesi diqqətlə izlədikcə, aydın görünür ki, baş nazir Nikol Paşinyan siyasi meydanda təşəbbüsü ələ alıb. O, həm dövlət strukturlarının verdiyi rıçaqları, həm ictimai rəyin dəstəyini, həm də beynəlxalq tərəfdaşların mövqelərini öz xeyrinə yönəldərək kilsə rəhbərliyinə qarşı mübarizədə üstünlük qazanıb. Paşinyanın ardıcıl və nəzarətli addımları fonunda kilsə strukturlarında parçalanma, mövqe anlaşılmazlığı və müqavimət zəifliyi açıq şəkildə hiss olunur. Bu gün Ermənistanda prosesləri diktə edən tərəf kilsə yox, məhz hökumətdir və Paşinyan mövzunu öz siyasi gündəminin bir parçasına çevirərək əvvəlkindən daha güclü situasiya yaradıb.

Bunun ən bariz göstəricisi noyabrın 27-də bir qrup yepiskor və arxiyepiskopun Paşinyanla görüşməsi, iki gün sonra isə həmin din xadimlərinin bütün ermənilərin katolikosu, patriarx II Qaregini istefaya çağıran bəyanat imzalamaları oldu. Aydın görünür ki, kilsə daxilində fikir birliyi mövcud deyil. Dekabrın 7-də isə Ermənistan prezidenti Vaaqn Xaçaturyan, parlament sədri Alen Simonyan, səhiyyə naziri Anait Avanesyan, xarici kəşfiyyat xidmətinin rəhbəri Kristine Qriqoryan, hakim “Mülki müqavilə” fraksiyasının rəhbəri Ayk Koncoryan və iqtidarı təmsil edən deputatlar baş nazir Paşinyanla birlikdə Gümrüdəki Müqəddəs Məryəm ana kilsəsinə gəliblər. Bir müddət öncə Paşinyanla görüşən və katolikos II Qareginə qarşı çıxış edən bir neçə arxierey də liturgiyada iştirak edib. Onların arasında Ararat yeparxiyasının rəhbəri, arxiyepiskop Navasard Kçoyan, Masiatsotn yeparxiyasının rəhbəri, yepiskop Gevork Saroyan, Erməni Apostol Kilsəsinin Baltikyanı ölkələrdəki yeparxiyasının rəhbəri, arxiyepiskop Vazgen Mirzəxanyan, kilsənin Armavir yeparxiyasının rəhbəri, yepiskop Sion Adamyan da olub. Mərasimi Erməni Apostol Kilsəsinin Armavir yeparxiyasının ruhanisi, keşiş Mkrtıç Muşadyan aparıb.

Bu arada N.Paşinyan erməni kilsələrində Ermənistan dövlət bayraqlarının asılmasını təklif edib. O, bu istiqamətdə fikirlərini sosial şəbəkədə canlı yayımda zamanı açıqlayıb. Paşinyan bildirib ki, belə təcrübə bir çox ölkələrdə mövcuddur və bayraq həm girişdə, həm də kilsənin interyerində asıla bilər. O, həmçinin bazar günü ibadətlərindən əvvəl dövlət himninin oxunması təklifini təkrarlayıb. Baş nazirin sözlərinə görə, bu təşəbbüs “ali dövlət”ə istinadla başlayan liturgiyanın mətni ilə uyğun gəlir. Paşinyanın fikrincə, himnin ifası “ali” və “dünyəvi” dövlətlər arasındakı əlaqəni vurğulamalıdır.

Nikol, dünən, həmçinin erməni apostol kilsəsinin “bərpası” üzrə yol xəritəsi təklif edib. O, “Facebook” səhifəsində yazıb: “Ktriç Nersisyanın vəzifədən kənarlaşdırılmasından sonra erməni apostol müqəddəs kilsəsinin bərpası üzrə yol xəritəsi hazırlanıb. Katolikosluğun müvəqqəti rəhbərinin seçilməsi kilsənin qüvvədə olan mexanizmlərin məntiqinə uyğun şəkildə həyata keçirilməlidir. Kilsənin qayda kodeksi qəbul ediləcək. Burada aşağıdakılar əks olunmalıdır:

– EAK ruhanilərinin dürüstlük qaydaları və onların təminat mexanizmləri;

– EAK-ın maliyyə şəffaflığı və onun təminat mexanizmləri;

– EAK-ın apolitik olması zərurəti və onun təminat mexanizmləri;

– EAK fəaliyyətinin Ermənistanın vergi qanunvericiliyinə uyğunluğu və onun təminat mexanizmləri.

Öz növbəsində, Ermənistan Respublikasının qanunvericiliyi zəmanət verəcək ki, EAK fəaliyyətindən əldə edilən və dövlət büdcəsinə ödənilən vergi və rüsumlar tam şəkildə geri qaytarılacaq. Ruhanilər üçün elə sosial təminatlar və onların təminat mexanizmləri müəyyən olunmalıdır ki, onlar yığım pensiya sistemi, gəlir vergisinin qaytarılması, sosial kreditlər və ümumi tibbi sığorta imkanlarından tam şəkildə yararlana bilsinlər”. Paşinyan sonda qeyd edib ki, bütün ermənilərin katolikosunun seçilməsi yeni qayda kodeksinə uyğun həyata keçiriləcək.

***

Eçmiədzin ana taxtının isə dekabrın 10-12-də katolikos II Qareginin rəhbərliyi altında keçirilməsi planlaşdırılan arxiereylər şurasının iclasını təxirə saldığı məlum olub. Bu barədə kilsənin yaydığı bəyanatda bildirilib. Eçmiədzin bunu “ruhanilərə qarşı repressiyalarla” əlaqələndirib. “Ermənistandakı vəziyyəti, xüsusən də ruhanilərə qarşı repressiyaları (həbslər də daxil olmaqla) nəzərə alaraq və yepiskopların xahişinə cavab olaraq, bütün erməni katolikosunun rəhbərliyi altında arxiereylər şurasının iclası müvəqqəti olaraq təxirə salınıb”, – deyə bəyanatda bildirilib. Qeyd edək ki, iclasın çağırılması qərarı II Qareginin təşəbbüsü ilə qəbul edilmişdi. Onu da bildirək ki, arxiereylər şurası xristian kilsəsinin ən qədim idarəetmə qurumlarından biridir və erməni apostol kilsəsinin iyerarxik taxtlarının yepiskoplarını birləşdirir.

Dünən, həmçinin Kilikiya Böyük Evinin katolikosu I Aram yenə də katolikos II Qareginə qahmar çıxıb. O, Kipr Respublikasına səfəri zamanı Ermənistan hakimiyyətini “kilsənin daxili işlərinə qarışmamağa və parçalanma toxumu səpmək cəhdlərindən çəkinməyə” çağırıb. Bəyanatda erməni apostol kilsəsini xarici və daxili təhdidlərdən qorumağın milli prioritet olduğu bildirilib. I Aram qeyd edib ki, son aylarda Eçmiədzin ana taxtı ətrafında baş verən narahatedici hadisələri yaxından izləyir, vəziyyəti sakitləşdirmək və kilsə daxilində parçalanmanın qarşısını almaq üçün tərəflər arasında qarşılıqlı anlaşmanı təşviq etmək üçün müxtəlif vasitələrə əl atır. O hesab edir ki, Ermənistan rəhbərliyi kilsənin, millətin və vətənin məhvinə səbəb ola biləcək konstitusiyaya zidd addımlardan imtina etməlidir. I Aram həmçinin, Eçmiədzin ana taxtına müraciət edərək, katolikos II Qareginin ətrafında birləşməyə və kilsənin göstəriş və prinsiplərinə sadiq qalmağa çağırıb.

***

Beləliklə, aydın olur ki, Ermənistanda kilsə-hakimiyyət qarşıdurması artıq sırf dini müstəvini aşaraq dövlətçilik məsələsinə çevrilib. Son ayların gedişatı göstərir ki, Paşinyan bu prosesdə yalnız müdafiə mövqeyində qalmayıb, əksinə, strateji təşəbbüsü ələ keçirərək kilsənin uzun illər toxunulmaz sayılan səlahiyyətlərini ardıcıl şəkildə məhdudlaşdırmağa nail olub. Paşinyanın atdığı addımların mahiyyəti sadədir: dövlətin dünyəvi xarakterini möhkəmləndirmək, kilsənin siyasi prosesləri diktə etmək imkanlarını minimuma endirmək və ictimai rəyin dəstəyi ilə Eçmiədzinin real təsir gücünü azaltmaq.

Bu gün Ermənistan cəmiyyətində kilsəyə münasibətdə inamsızlıq və yorğunluq açıq görünür. Ruhanilərin korrupsiya və intim qalmaqalları, illərdir davam edən maliyyə şəffaflığı problemi və siyasi proseslərə cəlb olunmaları kilsənin əsl simasını ortaya qoyur. Paşinyanın bayraq və himn təşəbbüsü, kilsənin vergi öhdəliklərinin qanuniləşdirilməsi, ruhanilərin dürüstlük kodeksi və apolitiklik mexanizmlərinin yaradılması ilə bağlı təklifləri sadəcə simvolik addımlar deyil, kilsənin, necə deyərlər, dövlət içində dövlət kimi davranmasına son qoymağa yönəlmiş planlı siyasətdir.

Kilsənin daxilindəki parçalanma, yepiskopların ziddiyyətli mövqeləri və II Qareginə qarşı səslənən çağırışlar Paşinyanın əlini daha da gücləndirir. Bir qrup arxiereyin hökumətlə birlikdə liturgiyada iştirakı isə Eçmiədzinin monolit olmadığını, kilsə daxilində ciddi narazılıq qatının formalaşdığını bildirir. Paşinyanın “kilsənin bərpası üzrə yol xəritəsi” isə açıq şəkildə göstərir ki, o, təkcə mövcud katolikosu deyil, bütün strukturun köhnəlmiş idarəetmə modelini hədəfə alıb. Maliyyə şəffaflığı, apolitiklik, vergi öhdəlikləri, ruhanilərin sosial təminatı və yeni seçki prosedurları kilsəni müstəqil dövlət gücündən çıxarıb, sırf dini institut statusuna qaytarmaq məqsədi daşıyır. Bu isə Eçmiədzin üçün məğlubiyyət kimi görünə bilər, amma dövlət üçün normallaşma deməkdir.

İlyas HÜSEYNOV,
politoloq

Mövcud proseslər göstərir ki, Paşinyan kilsəyə qarşı mübarizədə siyasi üstünlüyü tam şəkildə ələ alıb. Kilsənin zəif tərəflərini – daxili parçalanma, maliyyə qeyri-şəffaflığı və siyasi fəaliyyəti sistemli şəkildə hədəfə alan hökumət bu gün təşəbbüsün yeganə sahibidir. Yol xəritəsi kilsənin dövlət içində paralel institut kimi möhkəmlənməsinə son qoyur və onu sırf dini struktura çevirir. Eçmiədzin isə hələlik strategiya ortaya qoya bilmir, bəyanatlarla kifayətlənir və müdafiə mövqeyi tutmaqla kifayətlənir. Reallıq budur ki, Ermənistanda kilsə-hakimiyyət balansı pozulub və bu balansın yeni istiqamətini Paşinyan müəyyənləşdirir.

Katolikosluğun iclası təxirə salaraq “repressiyalar” bəhanəsinə sığınması da situasiyada kilsənin müdafiə mövqeyində olduğunu göstərir. Halbuki real mənzərə başqa cürdür. Kilsə öz daxili böhranını hökumətin üzərinə atmağa çalışır. II Qaregini müdafiə edən I Aramın çağırışları da effekt vermir, çünki Kilikiya katolikosluğunun nüfuzu yoxdur və Ermənistan daxilində baş verən proseslərə təsir imkanları məhduddur. Bütövlükdə götürdükdə Paşinyanın apardığı xətt dövlətin öz legitim funksiyalarını geri alması kimi qiymətləndirilməlidir.

Səxavət HƏMİD
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2025 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see509

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see461

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see359

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see300

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see296

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see284

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see267

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see244

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see239

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see232

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see228

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see222

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see220

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see215

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see210

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see198

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see194

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see186

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri