Icma.az
close
up
RU
Paşinyan katolikos II Qareginə qarşı hazırkı prinsipial mövqeyini axıra qədər qətiyyətlə davam etdirməlidir

Paşinyan katolikos II Qareginə qarşı hazırkı prinsipial mövqeyini axıra qədər qətiyyətlə davam etdirməlidir

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Ermənistanın Baş naziri Nikol Paşinyan Facebook hesabında paylaşdığı videoda olduqca aktual mövzuya toxunub, keşişləri siyasiləşməkdə ittiham edib və bütün ermənilərin katalikosu II Qareginin kilsəni siyasi partiyaya çevirdiyini bildirib. O, kilsənin siyasi partiyaya çevrilməsinin qəbuledilməz olduğunu vurğulayıb. Paşinyan haqlıdır, bu gün erməni kilsəsi dini mərkəzi yox, həqiqətən də məhz radikal siyasi təşkilatı xatırladır. Ancaq Paşinyan bir həqiqəti də başa düşməlidir ki, kilsənin siyasi partiyaya, ideoloji təxribat mərkəzinə, terror yuvasına çevrilməsi yalnız son dövrlərin təzahürü deyil. Bu mənada Erməni Apostol Kilsəsinin siyasi partiyaya çevrilməsini təkcə II Qareginin adıyla bağlamaq düzgün olmazdı.
Məsələ burasındadır ki, Eçmiədzin (Üç müədzin) artıq 200 ilə yaxındır ki, öz ilkin təyinatından uzaqlaşaraq siyasi təsisata və şər yuvasına çevrilib. Daha doğrusu, çeviriblər. Bu, çar Rusiyasının Cənubi Qafqazla bağlı geosiyasi hədəflərinin əsas tərkib hissələrindən biri idi. Erməni kilsəsi Cənubi Qafqazda Türk-İslam faktorunun zəiflədilməsi və Türk dünyasının parçalanması prosesində çarizmin maşası rolunda çıxış edib. Türklüyə qarşı milli ədavət zəminində nifrət, azərbaycanafobiya xarakterli irqçilik təbliğatları da məhz kilsə vasitəsilə zaman-zaman həyata keçirilib. Başqa sözlə desək, erməni kilsəsi "dini qurum" adı altında maskalanaraq, əsl həqiqətdə isə çarizmin Cənubi Qafqazda "Parçala və hökm sür" siyasətinin həyata keçirilməsində əsas rol oynayıb.
Bu siyasət müəyyən korrektələrlə bu gün də davam edir. Belə ki, Erməni Apostol Kilsəsi məhz Kremlin diktəsi ilə 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Nikol Paşinyana qarşı açıq şəkildə müxalif mövqeyə keçib. Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və yekun sülhün əldə edilməsinə mane olmaq üçün kilsənin bütün resursları işə salınıb və son vaxtlar bütün radikal keşişlər hərəkətə gətirilib. II Qaregin isə bu prosesdə sadəcə icraçı fiqurdur. Erməni kilsəsinin faktiki siyasi partiyaya çevrilməsi II Qareginin öz ağlının məhsulu deyil. Qaregin məhz Kremlin tapşırıqlarını yerinə yetirərək sülhə qarşı çıxışlar edir. Tarixən də həmişə belə olub. Son 200 ildə erməni katolikosları qeydsiz-şərtsiz olaraq məhz Kreml tərəfindən təyin olunublar və bilavasitə onun siyasi-ideoloji xəttini həyata keçiriblər.
Ona görə də Nikol Paşinyan sülh prosesinə mane olan qüvvələri tam olaraq neytrallaşdırmaq, zərərsizləşdirmək istəyirsə, ilk növbədə məhz kilsənin depolitizasiyasını (siyasətsizləşdirmə) və denasifikasiyasını (radikal millətçilikdən təmizləmə) həyata keçirməlidir. Bunun ardınca isə, Erməni Apostol Kilsəsini Rusiyanın təsir dairəsindən uzaqlaşdırmalıdır. Katolikoslara və keşişlərə siyasi çıxışlar etmək yasaq olunmalıdır. Kilsənin funksiyası yalnız və yalnız dini mərasimlərin icra olunmasıyla məhdudlaşdırılmalıdır. Məhz bu cür sərt profilaktik tədbirlər nəticəsində kilsənin davakarlığını cilovlamaq, onun sıravi ermənilərin beyinlərini millətçi-faşizm ideyaları ilə zəhərləməsinin qarşısını almaq mümkündür. Bu baxımdan Paşinyan katolikos II Qareginə qarşı hazırkı prinsipial mövqeyini axıra qədər qətiyyətlə davam etdirməlidir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Dekabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see311

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see215

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see204

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see198

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see191

Meksikada hava limanı yaxınlığında təyyarə qəzaya uğrayıb

16 Dekabr 2025 02:19see190

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see169

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see162

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see155

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see153

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see144

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see142

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see140

“Qarabağ” “Araz Naxçıvan”a qarşı

14 Dekabr 2025 11:06see131

Nazir müavini: Bakı Daşkənd əlaqələri iki ölkə liderinin siyasəti sayəsində möhkəmlənir

14 Dekabr 2025 22:43see128

Toyota yeni superkarını təqdim etdi 2027 ci ildə satışa çıxacaq

15 Dekabr 2025 02:58see125

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

16 Dekabr 2025 05:14see125

“İnter Mayami” dünya çempionu heyətinə qatdı 15 milyona

14 Dekabr 2025 13:18see123

Bu universitetin əməkdaşlarına pul mükafatı verildi KONKRET

15 Dekabr 2025 13:47see122

Premyer Liqa: “Neftçi” “Sumqayıt”la heç heçə etdi

15 Dekabr 2025 21:07see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri