Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Paşinyan kilsə savaşında yeni toqquşma

Paşinyan kilsə savaşında yeni toqquşma

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

İrəvan ümumi yurisdiksiya məhkəməsi “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisi, eyni zamanda, “Taşir” xeyriyyə fondunun rəhbəri Samvel Karapetyanın iki ay müddətinə həbs edilməsinə qərar verib.

Bu barədə onun vəkili Armen Feroyan məhkəmə binası qarşısında jurnalistlərə bildirib. Vəkil məhkəmənin qərarını “absurdun zirvəsi” adlandırıb. Əlavə edib ki, müdafiə tərəfi qərardan apellyasiya şikayəti vermək və Karapetyanın qanuni hüquqları uğrunda mübarizə aparmaq niyyətindədir. Onun sözlərinə görə, Karapetyan zərrə qədər əsas olmadan həbs edilib: “Bu məntiqlə hər kəs həbs oluna bilər”.

Qərarın qəbulundan sonra oliqarx “Armavir” cəzaçəkmə müəssisəsinə aparılıb. Qeyd edək ki, biznesmen hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur. Həbsdən az sonra “Taşir” qrupunun mətbuat xidməti S.Karapetyanın açıqlamasını yayıb. İş adamı bu günlərdə ona verilən dəstəyə görə erməni xalqına minnətdarlığını bildirib: “Təəssüf ki, məhkəmə hüquqi dövlət, qanunun aliliyinin olması ümidi ilə yaşayan xalqımıza parlaq örnək oldu. Sübut etdi ki, o, hələ də müstəqil, ədalət naminə, göstərişsiz fəaliyyət göstərmək iqtidarında deyil. Bütün həyatım boyu uğurlarımla yanaşı, çox çətinliklərim də olub, amma ruhum heç vaxt təslim olmayıb. Onlar məni qanunsuz həbslə, uydurma ittihamlarla sıxışdıra, qəbul etdiyim prinsiplərdən yayındıra bilməzlər”. S.Karapetyan bundan sonra da həmişə erməni xalqının, Erməni Apostol Kilsəsinin (EAK) yanında olacağını bildirib.

Ermənistanda və Rusiyada bir sıra ictimai-siyasi təşkilatlar, qurumlar, şəxslər, ocümlədən mədəniyyət və incəsənət xadimləri bu həbsə etiraz edirlər. Sözsüz ki, Karapetyanı dəstəkləyənlərin önündə EAK gəlir. Ancaq həbsə bəraət qazandıranlar da var. Parlamentin sədri Alen Simonyan onlardan biridir. O, S.Karapetyanla bağlı hadisələri mediadan öyrəndiyini bildirib. Simonyan Karapetyanın evində axtarış aparılması ilə Paşinyanın ruhanilərə və onların xeyriyyəçilərinə ünvanlanmış statusları arasında əlaqə görmədiyini vurğulayıb: “Heç kim səbəbsiz saxlanılmır. Deməli, o, həmin məşhur zarafatdakı kimi, nəsə var... Amma bu suala hüquq-mühafizə orqanlarının əməkdaşları cavab verməlidir”.

Bu arada Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanın işdən çıxarılması da diqqəti cəlb edir. Məlumata görə, Abazyan MTX-nin S.Karapetyanı həbs etməkdən imtina etdiyi üçün işdən çıxarılıb. “Hraparak” qəzeti yazır ki, Abazyan Karapetyanın evində “maskalı şou” təşkil etmək istəməyib: “Armen Abazyan Samvel Karapetyanın evinin həyətində “maskalı şou” təşkil etməkdən, onu asfalt üstünə sərməkdən və həbs etməkdən imtina edib. Nəticədə işini itirib”. Üstəlik, qəzetin yazdığına görə, Abazyan elə həmin gecə MTX-nin əmri yerinə yetirmədiyi vaxt işdən çıxarılıb, sadəcə, fərman səhəri gün dərc edilib: “Abazyanın yerinə onun müavini Andranik Simonyan müvəqqəti icraçı təyin edilib və o, tezliklə bu vəzifədə təsdiqlənəcək. O, MTX sistemini dəhşətə salacaq”.

Qeyd olunur ki, A.Simonyan MTX-yə qoşulmazdan əvvəl hakim olub, Ali Məhkəmə Şurasının keçmiş sədri Ruben Vardazaryana qarşı ifadə verib və bunun əsasında tutduğu vəzifədən azad edilib. Sonra Simonyan MTX-də Paşinyanın “gözü və qulağı” olmaqla birbaşa Ermənistanın baş nazirinin rəhbərliyi altında çalışıb, onun göstərişlərini icra edib.

Qəzetin yazdığına görə, Paşinyan Abazyanın verdiyi məlumatları Simonyanla tez-tez dəqiqləşdirir və ya eyni vaxtda ona göstərişlər verir, beləliklə, sistemdə ikihakimiyyətlilik yaradırmış. Bəzi məlumatlara görə, o, həm də məhkəmə sisteminin kuratoru rolunu oynayır.

Qeyd edək ki, A.Abazyan 2020-ci il noyabrın 8-dən MTX-nin rəhbəri postunu tuturdu. 2024-cü ilin yanvarında yenidən bu vəzifəyə təyin edilmişdi. Ermənistanda “Milli təhlükəsizlik orqanlarında xidmət haqqında” qanuna edilən dəyişikliklərə və 2015-ci il konstitusiyasının tələblərinə uyğun olaraq, MTX rəhbərini prezident deyil, baş nazir təyin edir.

Abazyanın istefasından sonra – iyunun 19-dan başlayaraq İkinci Qarabağ müharibəsində itkin düşən əsgərlərin yaxınları İrəvanın Baqramyan prospektini parlament binasının qarşısında bağlayıblar. Polis onların qarşısını almağa çalışıb və vəziyyət gərginləşib. İtkin düşmüş hərbçi Sarkis Qukasyanın əmisi Arsen Qukasyan zorla küçədən çıxarılıb. Valideynlərdən biri qışqırıb: “Məni burax, mənim oğlum səndən pis idi? Onun boyu iki metr idi, indi isə o, yoxdur”. İtkin düşənlərin anaları küçənin ortasında yerə oturublar. Polis sonda küçəni qismən açmağa müvəffəq olub.

“Baqramyan 26” teleqram kanalı yazır ki, Paşinyan iki həftə əvvəl itkin düşmüş əsgərlərin yaxınları ilə görüşdüyünü və onun qarşısında konkret 5 məsələ qaldırıldığını, növbəti görüşün düz iki ay sonra baş tutacağına dair razılığa gəlindiyini və baş nazirin bu suallara cavab verəcəyini bildirib. Baş nazir bütün müvafiq göstərişləri verdiyini deyib və vurğulayıb ki, Milli Təhlükəsizlik Xidməti direktorunun istefası heç nəyi dəyişmir və heç nəyi dəyişə bilməz.

***

Bütövlükdə, Ermənistanda qonşu ölkə xalqının milli kimliyinin əsas institutlarından biri – EAK tərəfindən 44 günlük müharibədə məğlubiyyətdən sonra başladılan daxili siyasi böhran indi təlatüm mərhələsinə qədəm qoyur. Yada salaq ki, 2020-ci ilin payızında Azərbaycan torpaqlarının azad edilməsindən sonra II Qareginin dəfələrlə N.Paşinyan hökumətini istefaya çağırması iki qüvvə arasında kəskin qarşıdurmanın başlanğıcı oldu. Bütün proqnozların əksinə olaraq, Paşinyan “sağ qalmağı” bacardı: hakim “Mülki müqavilə” partiyası 2021-ci ildə parlamentdəki yerlərin əksəriyyətini qazandı. Ancaq EAK döyüşsüz təslim olmaq fikrində deyildi. Nəticədə 2024-cü ilin mayında fəallaşaraq keşiş Baqrat Qalstanyanı “cəbhə xəttinə” atdı. Amma keşişin küçə etirazları uğurlu alınmadı: reytinqlərin aşağı düşməsinə baxmayaraq, Paşinyanın komandası revanşistlərlə müqayisədə hələ də kifayət qədər güclü mövqeyə malik idi. Son günlərdə isə Hayastanda siyasi vəziyyət daxili qarşıdurmalar, həbslər, rusiyayönlü qüvvələrin fəallaşması ilə müşayiət olunan ciddi dəyişikliklərə məruz qalıb. Əlbəttə, əsas hadisələr Paşinyanın EAK-ı kəskin tənqid etməsi, MTX rəhbəri Armen Abazyanın istefası (yeri gəlmişkən qeyd edək ki, Abazyan Paşinyanın hakimiyyəti dövründə MTX-nin dəyişdirilən dördüncü rəhbəridir–S.H.) və rusiyalı biznesmen S.Karapetyanın həbsidir.

Situasiyanı şərh edən “BBC” müxbiri Qriqor Atanesyan bildirib ki, Karapetyana qarşı cinayət işi siyasi mübarizənin elementidir. Ermənistanda növbəti seçkilər 2026-cı ilin iyununda keçiriləcək, lakin müxalifət partiyaları hakimiyyət üçün xüsusi təhlükə yaratmır. Onlar daim bir-biri ilə konfliktdədirlər, geniş dəstəyə malik deyillər və ölkənin əvvəlki (və qeyri-populyar) liderləri ilə əlaqələrinə görə nüfuzdan düşürlər. Bu şəraitdə EAK hökuməti mühafizəkar mövqedən tənqid edərək, müxalifətin səsinə çevrilir: “Çoxları hakim partiyanın kilsə rəhbərliyinə qarşı başlatdığı kampaniyanı EAK-ın siyasi fəaliyyəti ilə əlaqələndirir. Kilsə dövlətdən ayrı olsa da, baş nazir bütün ermənilərin katolikosu II Qareginin istefasını tələb edir.

Paşinyan 2018-ci ildə kütləvi etiraz dalğası ilə hakimiyyətə gəldi və ölkədəki oliqarxları “aradan qaldıracağını” və monopoliyaya son qoyacağını vəd etdi. Amma, əslində, yeni hökuməti dəstəkləyən iri biznesmenlər öz bizneslərini saxlaya bildilər – hətta bəziləri yeni hakim partiyadan deputat seçildilər. Müxalifətə himayədarlıq edən erməni “Rokfeller”ləri axtarışlar və cinayət işi ilə üzləşiblər. Karapetyan siyasətdən kənarda qaldı və monopoliyaya – “Ermənistan elektrik şəbəkələri”nə nəzarəti saxlaya bildi. Lakin bütün bu illər ərzində o, EAK-ın ən böyük xeyriyyəçisi olub, dünyəvi və kilsə hakimiyyətləri arasında münaqişədən kənarda qala bilməyib”.

Bütün bu proseslər göstərir ki, Ermənistanda kilsə ilə dövlət arasında tarazlıq artıq pozulub. Qərbyönümlü, populist siyasi kursla hərəkət edən Paşinyan iqtidarı hakimiyyəti daha çox institusional güclərin zəiflədilməsi üzərində qurmağa çalışır. Xarici təsirlərə açıq olan diaspor və rusiyayönlü dairələrin prosesə aktiv müdaxiləsi fonunda vəziyyət daha da mürəkkəbləşir. Məhz bu kontekstdə S.Karapetyan kimi fiqurların hədəfə alınması təsadüfi deyil. Bu, həm iqtisadi, həm də ideoloji simvolların susdurulması anlamına gəlir. Karapetyanın simasında Paşinyan həm diasporun, həm kilsənin, həm də Rusiyanın nüfuz imkanlarına zərbə endirmək niyyətindədir. Ancaq bu zərbələrin effektli olub-olmayacağı hələ bəlli deyil. Çünki EAK-ın təkcə Ermənistanda deyil, həm də xaricdə – xüsusən ABŞ və Fransadakı erməni icmaları arasında böyük nüfuzu var. Eyni zamanda, katolikos II Qareginin istefası tələbi daxildəki revanşist dairələri daha da radikallaşdıra bilər. Ermənistanın qarşıdakı bir ili dərinləşən sosial-siyasi parçalanma, elita içindəki hesablaşmalar və diaspor-daxil siyasət mübarizəsi ilə yadda qalacaq. Bu fonda Paşinyanın əsas “silahı” yenə də idarəolunan xaos və populist ritorika ola bilər. Lakin dövlətin dini institutlarla qarşıdurmaya girməsi heç vaxt uzunmüddətli siyasi dividend gətirməyib. Əksinə, bu, nəinki hökuməti, həm də bütövlükdə, dövləti zəif salan amilə çevrilə bilər.

Fərhad MƏMMƏDOV,
politoloq

– Paşinyan bir sutka ərzində Rusiyanın zəngin ermənisi Samvel Karapetyanın həbsinə göstəriş verdi, səhər isə Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Armen Abazyanı işdən çıxardı. Kilsə əleyhinə kampaniya başlayandan sonra Paşinyan xeyli gərgin durumdadır. Bu iki hadisə Ermənistan baş nazirinin nə qədər aqressiv davranmağa başladığını nümayiş etdirir.

Samvel Karapetyanın evi ətrafında baş verən hadisələr və onun həbsi çox sürətlə inkişaf etdi. Prosesdə iki güc strukturu – Milli Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi iştirak edib. Ehtimal edilir ki, MTX rəhbəri Paşinyanın tapşırığını yerinə yetirməkdən imtina edib, bu səbəbdən işini itirib. Armen Abazyan milli təhlükəsizlik sistemindən idi. Onun yerinə “desantçı”, yəni sistemdən olmayan şəxs – Andranik Simonyan gətirildi. Demək olar ki, Ermənistanın bütün hüquq-mühafizə orqanları artıq Paşinyanın əlindədir. Ümumiyyətlə, Paşinyan riskə meyilli adamdır. Rusiyanın zəngin ermənisini, “Ermənistan elektrik şəbəkələri”nin sahibini həbs etmək, Türkiyəyə səfər ərəfəsində isə MTX rəhbərini işdən çıxarmaq riskli addımlardır.

Karapetyanın hakimiyyətin ələ keçirilməsinə açıq çağırışda ittiham olunaraq həbs edilməsi sıradan bir hadisə deyil. Onu Ermənistan baş nazirinin qəzəbinə səbəb olan çıxışlarına görə həbs etdilər. Cənubi Qafqazda “demokratiya çırağı” adlandırılan ölkənin baş naziri bir adamın həbsinə göstəriş verməklə Ermənistandakı “demokratiya”nın səviyyəsini aydın nümayiş etdirdi. Avropalılar isə gur səslə deyirlər ki, Paşinyan hakimiyyətini “demokratik olduğuna görə” dəstəkləyirlər. Görək, onlar indi nə deyəcəklər.

Səxavət HƏMİD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:245
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyun 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri