Icma.az
close
up
RU
Paşinyan komandasında böyük dəyişiklik? Nə baş verir? KONKRET

Paşinyan komandasında böyük dəyişiklik? Nə baş verir? KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ermənistan parlamentində baş verən dəyişikliklər seçkilərdən sonra siyasi strukturun yenilənməsinin göstəricisidir. Belə kadr dəyişiklikləri adətən seçkilərdən sonra daha çox müşahidə olunur.
Bununla yanaşı, regiondakı reallıqlar da dəyişir. Ermənistanın xarici siyasət strategiyasında və daxili siyasi proseslərində baş verən yenilənmələr göstərir ki, hakimiyyət strukturlarında yerdəyişmə prosesi artıq başlayıb.
Alen Simonyanın parlament sədri vəzifəsinə yenidən irəli sürülməməsi bu yenilənmə prosesinin nəticələrindən biri ola bilər”.

Bu fikirləri siyasi şərhçi Elmir Səftərov KONKRET.az-a açıqlamasında səsləndirib:

Elmir Səftərov

“Artıq region ölkələri ilə münasibətlərdə baş verən dəyişikliklər də bu qərarın mahiyyətini anlamağa kömək edir.
Bəllidir ki, Alen Simonyan hakim komandanın Rusiyaya qarşı ən sərt bəyanatlar verən simalarından biri idi. Lakin nəzərə almaq lazımdır ki, o, baş nazir Nikol Paşinyana ən yaxın şəxslərdən biri idi və səsləndirdiyi mövqelər daha çox Ermənistanın dövlət siyasətini əks etdirirdi. Buna görə də A. Simonyanın çıxışlarını şəxsi mövqe kimi deyil, hökumətin siyasi xəttinin ifadəsi kimi qiymətləndirmək daha doğru olar”.

E.Səftərov qeyd edir ki, Ermənistan hazırda bir tərəfdən Avropa və ümumilikdə Qərblə münasibətlərini inkişaf etdirməyə, digər tərəfdən isə Rusiya ilə əlaqələrdə balansı qorumağa çalışır.

“Bu isə İrəvan üzərində müəyyən siyasi təzyiq yaradır. Bəzən belə təsəvvür yarana bilər ki, hakimiyyət daxilində Rusiyaya münasibətdə fikir ayrılığı var. Lakin mövcud faktlar Paşinyan komandasında ciddi parçalanmanın olduğunu göstərmir. A.Simonyanın Rusiyaya yönəlik sərt ritorikası da hökumətin ümumi siyasi kursunun tərkib hissəsi idi.
Rusiyanın tənqid olunması Ermənistanın rəsmi siyasətindən irəli gəlirdi. Ona görə də A.Simonyanla
N.Paşinyan arasında bu məsələyə görə hər hansı ziddiyyətin yarandığını düşünmürəm. Ayrı-ayrı məsələlərdə Nikol Paşinyan daha ehtiyatlı mövqe nümayiş etdirsə də, bu, strateji xəttin dəyişməsi anlamına gəlmir”.

Siyasi şərhçi vurğulayır ki, diqqət çəkən məqamlardan biri də Alen Simonyanın yerinə Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyanın irəli sürülməsidir.

“Bu, Ermənistanın xarici siyasətində yeni prioritetlərin formalaşdığı barədə müəyyən ehtimallar yaradır. R.Rubinyan parlament sədri seçildikdən sonra əsas fəaliyyətini qanunverici orqanda davam etdirəcək. Bununla belə, onun Türkiyə ilə normallaşma prosesində əsas fiqurlardan biri olması hakimiyyətin regionda sülh və dialoq gündəmini ön plana çıxarmaq istədiyini göstərən siyasi mesaj kimi də qiymətləndirilə bilər. Lakin Ermənistan elə bir dövlətdir ki, onun üçün bir-birinə əks qütbdə yer alan dövlətlər də ortaq məxrəcə gəlirlər. Ona görə də Ermənistanın regional davranışlarının nə qədər səmimi olub-olmadığını yaxın illərdə daha aydın görəcəyik”.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 İyul 2026 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri