Icma.az
close
up
RU
PAŞINYAN NİYƏ QADINLARI BAŞINA TOPLAYIR? Güc strukturlarına da zərif cinsin nümayəndələri təyin edilir AzPolitika onlayn siyasiictimai qəzet

PAŞINYAN NİYƏ QADINLARI BAŞINA TOPLAYIR? Güc strukturlarına da zərif cinsin nümayəndələri təyin edilir AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistan hökumətində istefalar ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır. Yüksək çinli məmurlar-hansı ki, onların əksəriyyətini Baş nazir Nikol Paşinyanla uzun illərin dostluq münasibətləri bağlayır, istefaya göndərilməsinin səbəblərini açıqlamırlar. Artıq hökumət postlarına təyinatlar da həyata keçirilir.

Politoloq Fərhad Məmmədov Paşinyanın məmurları və Ali Məhkəmənin rəhbərini avtoritar qaydada vəzifələrindən uzaqlaşdırmasına müqavimətin olmamasına diqqət çəkir. Bildirir ki, bu amil Ermənistanın güc piramidasında hər şeyin Baş nazirə necə bağlı olduğunu nümayiş etdirir.

Politoloq “Bu qədər məmur niyə işdən çıxarıldı” “Vəzifələrini yerinə yetirə bilmirdilər” “Onların fəaliyyətində qanun pozuntuları varmı” suallarının cavabsız qaldığını qeyd edir: “Daxili İşlər Nazirliyinə rəhbər təyinatından sonra Ermənistan hökumətində maraqlı mənzərə yaranır. İqtidarın qadın tərkibi əhəmiyyətli dərəcədə artır:

- Janna Andreasyan - təhsil, elm, mədəniyyət və idman naziri

- Anna Vardapetyan - Ermənistanın Baş prokuroru

- Kristinne Qriqoryan - Xarici Kəşfiyyat Xidmətinin rəhbəri

- Srbuhi Galyan - ədliyyə naziri

- Arpin Sarkisyan - daxili işlər naziri.

Digər vakant yerləri kimin tutacağı hələ tam bəlli deyil...”

Ekspert vurğulayır ki, qadınlar Qərbə, xüsusən də ABŞ-yə maraqlı olan mövqeləri tuturlar. Onun sözlərinə görə, ABŞ və Aİ-ni maraqlandıran və Qərbin islahatlara sponsorluq etdiyi sahələr rəhbərliyində qadınların göründüyü yerdir. “Bütün bunlar ABŞ-nin Ermənistandakı səfirinin də görkəmli nümayəndəsi olduğu Bayden administrasiyasının təbliğ etdiyi sol-liberal qarışıqlığa nə dərəcədə uyğundur”, - o sual edir.

Politoloq deyir ki, polis sistemində islahatlar, xidmətin nazirliyə çevrilməsi, logistika və struktur islahatları - hamısı ABŞ səfirliyinin iştirakı və göstərişi ilə olub.

“Beləliklə, Paşinyanın qərarının motivləri həm daxili, həm də xarici siyasətin prioriteti (ABŞ və Fransa) kontekstindədir. Nə olursa-olsun, Paşinyanın güc strukturu və komanası bir siqnal aldılar ki, şəxsi sədaqət və fəaliyyətin nəticələri vəzifənin saxlanmasına zəmanət ola bilməz. Siz başa düşməlisiniz ki, Ermənistan məmur, onun ailələləri və ətrafı ilə əlaqədən kənarda qalan kiçik bir ölkədir... Məsələn, Gümrü merinin vəzifəsindən uzaqlaşdırılmasından sonra onun oğlu, Ermənistanın İraqdakı səfiri dərhal geri çağırıldı... Məmurların "yarpaq tökümü"nü anlamaq üçün təyinatları izləyəcəyik. Bu, bizə "yarpaq tökümü"ndə maraqlı olanların niyyətini anlamağa kömək edəcək”, - F.Məmmədov qeyd edib.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Noyabr 2024 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see280

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see234

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see204

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see183

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see175

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see164

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see147

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see146

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see146

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see143

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri