Icma.az
close
up
RU
Paşinyan parlamenti təcili toplayır: Konstitusiya dəyişir

Paşinyan parlamenti təcili toplayır: Konstitusiya dəyişir

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ermənistan parlamentinin əvvəlki tərkibinin səlahiyyət müddəti başa çatmamış təcili sessiyası çağırılıb.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan hökuməti belə bir təşəbbüslə çıxış edib. 

“Ermənistan Respublikası Konstitusiyasının 100-cü maddəsinə və “Milli Məclisin Reqlamenti haqqında” Konstitusiya Qanununun 44-cü maddəsinə uyğun olaraq, hökumətin təşəbbüsü ilə 2 iyul saat 11:00-da müəyyən edilmiş gündəliklə Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq”, - deyə məlumatda deyilir.

Baş nazir Nikol Paşinyanın bu addımı Ermənistan ictimaiyyəti və müxalifət üçün siyasi sürpriz olub. Çünki növbədənkənar iclasın gündəliyinə 43 məsələnin daxil edildiyi bildirilsə də, müzakirə olunacaq mövzular hələ açıqlanmır. 

Hazırkı tərkibdə üçdə iki səs çoxluğu hakim “Vətəndaş Müqaviləsi” partiyasına malik olduğundan Nikol Paşinyan bu imkandan istifadə edərək bir sıra qərarların qəbuluna çalışa bilər.

Söhbət “Vətəndaş Müqaviləsi” partiyasının təşəbbüsü ilə Ermənistan Seçki Məcəlləsinə və “Referendum haqqında” Qanuna dəyişikliklərin edilməsindən gedir.

Hələ fəaliyyət müddəti başa çatmamış parlamentdə konstitusion çoxluq Paşinyan hakimiyyətinə məxsusdur. Yeni tərkibdə isə hakim partiyanın 64 mandat əldə etməsi Paşinyanı bu şansdan məhrum edib.

Ona görə də Paşinyan qanunvericiliyi sadələşdirməklə  yeni konstitusiyanın qəbuluna nail olmağa çalışır.

Qeyd edək ki, yeni təkliflərə görə, son 183 gün ərzində Ermənistan ərazisində yaşayan bütün vətəndaşlar seçkilərdə və referendumlarda səs vermək hüququna malikdir.

Müxalifət isə hesab edir ki, bununla xaricdə yaşayan yarım milyon erməni referendum prosesindən kənarda saxlanacaq və Paşinyan ali qanunu dəyişə biləcək. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan parlament

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 İyun 2026 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri