Paşinyan Prezident Əliyevin açıqlamalarına reaksiya verdi “Saziş imzalamağa hazırıq...” AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin sülh danışıqlarına maneə olan məsələlər barədə fikirlərinə münasibət bildirib. Paşinyan iddia edib ki, İrəvan sülh strategiyasına sadiq qalacaq.
“Biz bundan sonra da sərhədlərin demarkasiyası, sülh müqaviləsinin mətninin razılaşdırılması, “Sülh yollarının kəsişməsi” layihəsinin həyata keçirilməsi, humanitar məsələlər, o cümlədən itkin düşənlərin taleyinə aydınlıq gətirilməsinə diqqətimizi davam etdirəcəyik” - deyə, o, bildirib.
Paşinyan bildirib ki, sülh müqaviləsinin razılaşdırılmamış iki maddəsi ilə bağlı həll yolları təklif ediblər və Azərbaycan müsbət cavab verəcəyi təqdirdə saziş imzalamağa hazırdırlar.
Prezident İlham Əliyevin “Zəngəzur dəhlizinin açılmalıdır və açılacaq, nə qədər tez başa düşsələr, bir o qədər yaxşıdır” bəyanatı ilə bağlı isə Paşinyan konkret fikir bildirməkdən yayınıb. Yenə iddia edib ki, Ermənistan Arazdəyən (Yerasx)-Sədərək-Ordubad-Meğri-Zəngilan dəmir yolunun açılmasına çalışır.
“Biz Azərbaycanın müsbət cavabını gözləyirik, bundan sonra saziş kağız üzərində yazılacaq və biz dəmir yolunun özümüzə aid hissələrinin tikintisinə başlayacağıq” - deyə, Paşinyan qeyd edib.
Ancaq Zəngəzur dəhlizinin açılmasına dair üzərinə götürdüyü öhdəliyi isə xatırlamaq istəməyib.
Paşinyan təsdiqləyib ki, yanvarda sərhədin demarkasiyası komissiyalarının iclası planlaşdırılır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 08 Yanvar 2025 16:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















