Icma.az
close
up
RU
Paşinyan sülh müqaviləsini yalnız bir şərtlə imzalayacaq Nədən qorxurmuş?

Paşinyan sülh müqaviləsini yalnız bir şərtlə imzalayacaq Nədən qorxurmuş?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını bəyan etsə də, hələ də konstitusiyasından Azərbaycana qarşı ərazi iddiası bəndini çıxarmayıb. Bu isə sülh sazişinin imzalanmasına maneə törətməkdədir. Ermənilərin daxildə və xaricdə revanşist çağırışlar etməsi, bu çağırışlara uyğun davranışların sərgilənməsi, əslində, Nikol Paşinyan iqtidarının maraqlarına xidmət edir. Bu taktika, vaxt udmağa və mesaj verməyə yönəlmiş bir addım kimi görünür. Yəni sülh sazişi imzalanıb, konstitusiya dəyişikliyi olacağı təqdirdə, ölkənin qarışacağını və xaos yaranacağını düşünür.

Bütün bu gedişatlar nədən xəbər verir? Paşinyan hökumətinin davranışları sülh prosesi baxımından nə dərəcədə inandırıcıdır və ya qarşı tərəfi manipulyasiya etməyə yönəlmiş bir strategiyadır?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Mustafayev deyib ki, Ermənistanın bu günkü mövqeyi birmənalı deyil:

“Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasında və Türkiyə ilə münasibətlərin nizama salınmasında maraqlı görünür. Lakin, digər tərəfdən, ölkə konstitusiyasından Azərbaycan və Türkiyəyə qarşı olan ərazi iddialarının çıxarılması istiqamətində heç bir addım atmır. Bu vəziyyət, əsasən, Ermənistanın daxilindəki siyasi konyunktura ilə bağlıdır. Paşinyan hesab edir ki, bu addımları atarsa, hakimiyyətdən getmə riski ilə üzləşəcək.

Əli Mustafayev

Ehtimallardan biri də Paşinyan iqtidarının, digər üçüncü qüvvələrin təzyiqi altında hərəkət etməsi ilə bağlıdır. Dünyada baş verən hadisələrin və onların gələcək təsirlərinin, sülh müqaviləsinin imzalanmasını bir qədər ləngitməsinə səbəb ola biləcəyini düşünürlər. Yeni dünya düzəninin qurulması ilə Ermənistanın yerinin müəyyənləşdirilməsi məqsədi güdülür.

Ermənistanda növbədənkənar seçkilərin keçirilməsi ehtimalı da yüksəkdir. Nikol Paşinyan, əgər seçkilərdə növbəti dəfə qalib gələrsə, konstitusiya dəyişiklikləri istiqamətində daha cəsarətli addımlar atmağa hazır ola bilər. Lakin, Paşinyan yaxşı bilir ki, erməni faşizmi belə bir dəyişiklikləri ona bağışlamaz. Bu səbəbdən ehtiyatlı davranmağa davam edir”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Aprel 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri