Icma.az
close
up
RU
Paşinyan təkbaşına hökumət qura bilərsə, səfərin baş tutma ehtimalı var AÇIQLAMA

Paşinyan təkbaşına hökumət qura bilərsə, səfərin baş tutma ehtimalı var AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Prezident İlham Əliyev və türkiyəli həmkarı Ərdoğanın İrəvana səfərinin baş tutması üçün öncə Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasına ehtiyac var. Daha sonra həm Azərbaycan, həm Türkiyə Ermənistanla diplomatik münasibətləri bərqərar etməlidir".

Bu fikirləri Redaktor.az-a politoloq Natiq Miri Azərbaycan Prezidenti İlham Əliyev və türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın 2026-cı ilin yazında İrəvana Avropa Siyasi Birliyinin sammitində iştirak üçün səfər edəcəkləri haqqında mətbuatda yayılan iddialardan danışarkən bildirdi.

Onun sözlərinə görə, münasibətlər qurulmadan belə bir səfərin olması çox mürəkkəb və çətin görsənir:

"Çünki yekun sülh müqaviləsi ortada yoxdur, Ermənistan hələ də düşmən ölkə kimi sayılır. O baxımdan sülh müqaviləsinin imzalanmasına ehtiyac var ki, Ermənistan düşmən siyahısından çıxarılsın. Bu, Azərbaycan və Türkiyə tərəfindən Ermənistan üçün böyük bir jest olardı. Çünki bu, açıq şəkildə sülhün və barışığın rəsmi olaraq etirafı, təzahürü demək idi. Ancaq bunun üçün Ermənistanın da konkret addımlar atmasına ehtiyac var. Bu da sülh müqaviləsinin imzalanması məsələsidir ki, bunun da əsas şərti Azərbaycan və Türkiyəyə olan ərazi iddialarının konstitusiyadan çıxarılmasıdır. Əlbəttə ki, bu Ermənistanda bəzi hakimiyyətyönlü siyasi partiyaların arzusu kimi görsənə bilər. Hətta ictimai rəydə bunu legitimləşdirmək üçün belə bir fikir, ictimai rəy də yaradıla bilər".

Onun sözlərinə görə, Avropa Siyasi Birliyinin tədbirində iştirak etmək üçün bütün diplomatik hüquq ənənələrini pozmaq da indiki vəziyyətdə o qədər münasib deyil:

"Çünki Ermənistanın konkret üzərinə götürdüyü öhdəlik var. Şifahi də olsa, bu Amerika Birləşmiş Ştatlarının paytaxtında 8 avqustda baş verib. Ancaq istisna hallar da var. Ola bilsin ki, Ermənistan rəhbərliyi iddia edildiyi kimi 2026-cı il iyun ayında deyil, daha tez növbədənkənar parlament seçkiləri keçirsin. Bu da Paşinyanın qələbəsi ilə başa çatsa, Azərbaycan və Türkiyə rəhbərliyi səviyyəsində Ermənistana səfər ola bilər. Azərbaycan onu da anlayır ki, belə bir barışığın üfüqdə görünməsi, erməni ictimaiyyətinin bu sülhü qəbul etməsi üçün belə bir səfər Nikol Paşinyan üçün böyük bir mükafat olardı. Çünki 2021-ci ildə növbədənkənar parlament seçkilərində xalq məğlub dövlət başçısına səsini sülh vədinə görə verdi. Növbədənkənar seçkilər keçirilərsə və Nikol Paşinyan təkbaşına hökumət qura bilərsə, yalnız bu kontekstdə belə bir səfərin baş tutma ehtimalı var".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Sentyabr 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri