Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan hökuməti ölkənin Xarici İşlər Nazirliyi vasitəsilə Bakıda həbsdə saxlanılan Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend ilə görüş təşkil etməyə hazır olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə hökumət NEWS.am-ın yazılı sorğusuna cavabında məlumat yayıb.
Artıq Zonabend ilə əlaqə saxlanıldığı və görüşün təşkili üçün ona əlaqə məlumatlarının ötürüldüyü bildirilir.
Qeyd edək ki, iyulun 8-də Zonabend Ermənistan Baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edərək, qadınlardan ibarət beynəlxalq humanitar nümayəndə heyətinin tərkibində Bakıya səfər etmək niyyətində olduğunu bildirib. Təşəbbüsün humanitar xarakter daşıdığı vurğulanıb. Məqsəd Bakıda həbsdə saxlanılan Ermənistan vətəndaşlarını ziyarət etmək, onlara ailələrindən məktublar, şəkillər və icazə verilmiş digər şəxsi əşyaları çatdırmaqdır. Zonabendin daha əvvəl təşkilati dəstək üçün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya müraciət etdiyi qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 07 Avqust 2026 14:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















