Icma.az
close
up
RU
Paşinyan yeni din xadimi axtarışında Onun məqsədi başqadır...

Paşinyan yeni din xadimi axtarışında Onun məqsədi başqadır...

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Paşinyan deyib ki, erməni kilsəsinə yeni katolikos seçilməlidir. Onun sözlərinə görə, mövcud qüvvələr kilsəni "işğal" edib.

Maraqlıdır, Paşinyan niyə yeni katolikos seçilməsinə səy göstərir? Kilsənin üzərində Rusiyanın təsiri varmı, yoxsa başqa amillər rol oynayır?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Nikol Paşinyanın erməni kilsəsində yeni katolikos seçilməsinə dair çağırışı sıradan bir bəyanat deyil.

Onun sözlərinə görə, bu çıxış həm Ermənistanın daxili siyasi həyatında, həm də regiondakı geosiyasi münasibətlər sistemində mühüm mesaj daşıyır

“Paşinyan bir müddətdir ki, erməni kilsəsini “işğal olunmuş” qurum kimi təqdim edir və onun siyasi rəqibləri – xüsusilə Köçəryan-Sarkisyan dönəminin qalıqları ilə sıx əlaqədə olduğunu iddia edir. Bu yanaşma, Paşinyanın kilsəyə qarşı apardığı ideoloji və siyasi mübarizənin açıq mərhələyə keçdiyini göstərir.

Erməni Apostol Kilsəsi yalnız dini bir qurum deyil – o, tarixi baxımdan milli kimliyin daşıyıcısı və siyasi təsir aləti olub. Müstəqillikdən sonrakı illərdə, xüsusən də Robert Köçəryan və Serj Sarkisyan hakimiyyətləri dövründə kilsə elitanın bir hissəsi kimi fəaliyyət göstərib. Paşinyanın siyasi kursu isə bu köhnə elita ilə sistemli ziddiyyət üzərində qurulub. Bu səbəbdən də mövcud katolikos II Qareginin və onun rəhbərlik etdiyi strukturların Paşinyanın “yeni Ermənistan” vizyonuna uyğun gəlmədiyi düşünülür”.

Z.Qarayeva nəzərə çatdırıb ki, burada mühüm amillərdən biri də erməni kilsəsinin Rusiya ilə olan tarixi və institusional bağlarıdır:

“Rusiya Pravoslav Kilsəsi ilə sıx münasibətlər, Kremlə yaxın mövqelər və siyasi paralellər mövcuddur. Ermənistanın özündə də kilsə uzun illərdir ki, Rusiya yönümlü siyasi dairələrlə paralel hərəkət edib. Bu gün Paşinyan administrasiyası Ermənistandakı Rusiya təsir dairələrini zəiflətməyə çalışdığı üçün, kilsənin mövcud strukturu ilə toqquşması həm ideoloji, həm də geosiyasi xarakter daşıyır. Kilsə məsələsində Paşinyanın durumu həm də daxili legitimlik uğrunda aparılan mübarizənin bir hissəsidir. Yeni siyasi elita yalnız parlamentdə və hökumətdə deyil, cəmiyyətin ideoloji dayaqlarında da təsir imkanlarını genişləndirmək istəyir. Kilsə bu baxımdan həm simvolik, həm də praktik əhəmiyyət daşıyır. Paşinyanın çağırışı da bu kontekstdə kilsə daxilindəki təsir qruplarının yenidən qurulması və daha çox dövlətə loyal ruhani təbəqənin formalaşdırılması cəhdi kimi qiymətləndirilə bilər”.

Politoloq qeyd edib ki, qlobal kontekstdə isə bu mübarizə postsovet məkanında getdikcə açıq xarakter alan “ideoloji kontur müharibəsi”nin tərkib hissəsidir:

“Ukraynada pravoslav kilsəsinin parçalanması, Gürcüstanda pravoslav ruhanilərlə hökumət arasında ziddiyyətlər və indi də Ermənistanda katolikos ətrafında yaşananlar bu tendensiyanın regional təzahürləridir. Kremlin yumşaq güc vasitələri kimi istifadə etdiyi dini institutların zəiflədilməsi, Qərbə inteqrasiya proseslərinin önünü açmaq üçün vacib addım kimi təqdim olunur.

Nəticə etibarilə, Paşinyanın katolikosla bağlı çağırışı sırf dini deyil, çoxölçülü siyasi və geosiyasi məqsədlər güdən bir addımdır. Bu gediş Ermənistan cəmiyyətində kilsənin daxilində parçalanmaya, dini-siyasi qütbləşməyə və Ermənistan–Rusiya münasibətlərində yeni gərginlik mərhələsinə səbəb ola bilər. Eyni zamanda, bu proses Paşinyanın ölkədə nəzarəti dərinləşdirmək və onun siyasi rəqiblərinin ənənəvi dayaqlarını zəiflətmək planının bir hissəsi kimi də dəyərləndirilə bilər”.

Firuzə Əliyeva 
Sfera.az 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://sfera.az
archiveBu xəbər 10 İyun 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see294

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see290

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see280

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see267

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see260

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see256

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see243

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see231

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see224

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see217

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see212

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see212

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see211

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see208

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see203

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see194

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see194

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see183

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see178

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri