Icma.az
close
up
RU
Paşinyandan Moskva və Tehranı DƏLİ edəcək addım Daha iki türk dövləti...

Paşinyandan Moskva və Tehranı DƏLİ edəcək addım Daha iki türk dövləti...

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan Qazaxıstan və Qırğızıstanın Azərbaycanın əsas hissəsini Ermənistan ərazisi vasitəsilə Naxçıvanla birləşdirməsi nəzərdə tutulan Zəngəzur dəhlizi layihəsində səhmdarlar olmasını təklif edib. Musavat.com bildirir ki, İrəvanın təklifinə görə, Qazaxıstan və Qırğızıstan ABŞ-la birgə layihədə Ermənistanın payının 5 faizini ala bilər. Əvvəlcə Ermənistan TRIPP (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”) kimi tanınan layihənin 26 faizinə sahib olacaqdı.

Bildirilir ki, məsələ Ermənistanın Baş naziri Nikol Paşinyanla Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında telefon danışığı zamanı müzakirə olunub. Təklif reallaşarsa, Qazaxıstan və Qırğızıstan təkcə yeni nəqliyyat marşrutunun iştirakçıları deyil, həm də səhmdarları ola bilərlər. Söhbət zamanı Paşinyan və Tokayev Ermənistanın dəmir yollarının nəzarətinin Qazaxıstana verilməsi imkanlarını da müzakirə ediblər. Telefon danışığından sonra Tokayev oktyabr ayında Ermənistana rəsmi səfər etmək niyyətini təsdiqləyib. Qırğızıstanın layihədə potensial iştirakı, ilk növbədə, Avrasiya daxilində nəqliyyat və ticarət əlaqələrinin genişləndirilməsi baxımından maraq doğurur.

Lakin Qırğızıstanın layihədə səhmdar olmaq barədə razılığı ilə bağlı hələlik rəsmi məlumat verilməyib. Zəngəzur dəhlizi layihəsi ABŞ-ın vasitəçiliyi ilə həyata keçirilir və Ermənistan ərazisindən keçən və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək nəqliyyat dəhlizinin yaradılmasını nəzərdə tutur. Bu marşrut Fars körfəzi ilə Qara dəniz ölkələri arasında dəmir yolu əlaqələrini aça biləcək daha geniş nəqliyyat şəbəkəsinin bir hissəsi kimi qəbul edilir.

Layihə, infrastrukturu 99 ilə qədər idarə etmək üçün müstəsna hüquqa malik olacaq ABŞ şirkəti tərəfindən həyata keçiriləcək. Qeyd edək ki, Rusiya və İran da dəhlizdən pay istəyir. Lakin Ermənistan öz payından iki türk ölkəsinə ayırmaq niyyətindədir. Azərbaycan, Türkiyə və Özbəkistanı da xatırlasaq, TRİPP layihəsi de-fakto “Turan yolu”na çevrilir...
Bu, Moskva və Tehranın koordinasiyalı şəkildə “Tramp yolu”na qarşı təxribat hazırlamasına gətirib çıxara bilərmi? Türk dövlətlərinin dəhlizdə iştirakı bizim üçün nə vəd edir?
Hüquqşünas, beynəlxalq məsələlər üzrə ekspert Sahib Məmmədov Musavat.com-a bununla bağlı maraqlı açıqlamalar verib: “Biz dəfələrlə qeyd etmişik ki, Paşinyan bəyanatlardan real işə keçməlidir. Həm sülh proseslərinin dərinləşdirilməsi istiqamətində, həm kommunikasiyaların açılması və bərpası işində, həm də sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində. Təbii ki, həm də “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”də nəzərdə tutulan digər məsələlərlə bağlı. Təəssüf ki, Paşinyan və hökuməti hələlik yalnız arxasında real fəaliyyət olmayan açıqlamalar verməkdə davam edir. Hələ ortada real bir iş yoxdur, heç Zəngəzur yolunun layihəsi və smetası tərtib edilməyib, tikintini aparacaq şirkət də bildiyim qədər müəyyən edilməyib. Yəni açıqlama verilir ki, TRIPP layihəsinin icrası üçün dəmir yolu infrastrukturu üzrə mühəndis-axtarış, tədqiqat işləri gedir. Hətta təxmini xərclər barədə də açıqlamalar verilib, amma ortada real sənədin olması barədə heç bir məlumat yoxdur”.

Ekspertin fikrincə, ona görə də Paşinyanın Qazaxıstan və Qırğızıstana TRİPP layihəsinin səhmdarı olmaq təklifi daha çox səs-küy yaratmağa oxşayır, nəinki, real təklifə: “Ola bilər layihə reallaşarsa, Ermənistan öz payının bir hissəsini başqa ölkələrlə və ya şirkətlərə təklif edə bilər. Amma hələ ortada real layihə yoxdur. Ona görə də buna Paşinyanın növbəti hiyləsi və ya Rusiyaya əks-təsir göstərmək cəhdi kimi baxıram”.

Sahib Məmmədov qeyd edib ki, son həbslərdən sonra Rusiyanın Ermənistana qarşı təzyiqləri artırması ehtimalı var: “Yəqin ki, Paşinyan özlüyündə Rusiyaya əks təsir göstərir, hətta Ermənistan dəmir yollarının operatorluğunun Rusiya Dəmir Yollarından alınaraq Qazaxıstana verilməsini təklif edir. Qazaxıstan çətin ki, Rusiyanın operator olduğu dəmir yollarının Qazaxıstanın idarəçiliyinə verilməsinə razı olsun. Fikrimcə, bu, Qazaxıstan üçün nə siyasi, nə də iqtisadi baxımdan əlverişli təklifdir. Ola bilər ki, Paşinyan özlüyündə KTMT və Avrasiya İqtisadi Birliyi ölkələri arasında təfriqə və qarşıdurma yaratmaq istəyir. Amma Qazaxıstanın nə də Qırğızıstanın belə provokasiyalara gedəcəyi inandırıcı deyil. Amma TRİPP layihəsinin reallaşacağı təqdirdə, Paşinyanın təklifi ciddi olarsa, ona bəlkə razılıq verilə bilər. Əslində, əvvəllər həmin ərazidə mövcud olan dəmir yolları Azərbaycan Dəmiryol İdarəsinə məxsus olub. Belədə niyə elə səhmləri Azərbaycana təklif etmir?! Ola da bilər ki, Paşinyan TRİPP layihəsini bir qədər də ləngitmək üçün qəsdən belə manevrlər edir. Bilir ki, belə təkliflər Rusiyanın və İranın müqaviməti ilə üzləşəcək”.

Ekspert hesab edir ki, Paşinyan yaxın gələcəkdə seçim etməli olacaq: “Bu, həm Rusiya ilə bağlı münasibətlərlə bağlı olan seçimdir, həm də Azərbaycanla başladığı sülh prosesinə sadiq olmasını nümayiş etirməklə bağlıdır. 2028-ci ilin sonuna Zəngəzur yolu - dəhliz üzrə ən azı dəmir yol xətti - hazır olmalı idi. Görünən budur ki, layihənin icrasına 2027-ci ildə də başlanılması sual altındadır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Avqust 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri