Paşinyanın katolikosla bağlı planı və regionda sülh: Ermənilərin iddia etdiyi həvarinin məzarı Azərbaycan ərazisindədir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Ermənistanın baş naziri Nikol Paşinyan 10 yepiskopla Erməni Apostol Kilsəsinin islahatları üçün "yol xəritəsi" imzalayıb. İslahat proqramına əsasən, kilsənin qanunsuz rəhbərinin vəzifədən uzaqlaşdırılması, yerli hakimiyyət orqanının təyin edilməsi, yeni nizamnamənin qəbul edilməsi və sonradan bütün ermənilərin katolikosunun seçilməsi tələb olunur.
Bəs bu prosesin hansı müsbət və ya mənfi tərəfləri ola bilər? Xüsusən də bu amili normallaşma gündəliyi kontekstində həm Azərbaycan-Ermənistan münasibətləri, həm də revanşistlərin təzyiqi ehtimalı fonunda necə dəyərləndirmək olar?
Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədrinin müavini Hikmət Babaoğlu bildirib ki, seçkiöncəsi Paşinyanın siyasi komandasının qarşısında dayanan əsas strateji məsələlərdən biri baş nazirə qarşı olan kilsənin neytrallaşdırılmasıdır:
"Əgər Paşinyan buna nail olarsa, seçkidə qalib gəlmək və ya ən azı minimal səs çoxluğu əldə etmək imkanını təmin edə bilər. Bu da Paşinyanın hakimiyyətdə qalmasının təminatına çevrilə bilər. Ona görə də artıq Paşinyan kilsə ilə rəqabətdə qələbəni öz lehinə təmin etmək məsələsini taleyin ümidinə buraxmaq istəmir. Çünki o anlayır ki, kilsəni məğlub etmək seçkidə qələbə qazanmaq deməkdir. Bu səbəbdən də sistemli şəkildə, ardıcıl olaraq və həm də Erməni Apostol Kilsəsinin müəyyən ənənələrinə uyğun şəkildə bu prosesi həyata keçirməyə çalışır. Bu məqsədlə koordinasiya şurası yaradılır, yol xəritəsi tərtib edilir və addım-addım irəliləməyə cəhd göstərilir".
"Paşinyan bu proseslərdə nə dərəcədə uğurlu ola biləcək - mənə elə gəlir ki, bir qədər çətin olsa da, bu, mümkündür. Çünki hazırda bu yol xəritəsi Paşinyanı hakimiyyətdə görmək istəyən güc mərkəzləri tərəfindən də, çox güman ki, dəstəklənəcək", - deyə deputat vurğulayıb.
Müsahibimiz baş verən hadisələri Ermənistan-Azərbaycan münasibətləri kontekstində qiymətləndirərkən prosesin bu şəkildə davam etməsinin sülhə də müsbət təsir göstərə biləcəyini əlavə edib:
"Yəni sülhə qarşı ən radikal mövqe həmişə kilsədən gəlib. Azərbaycan torpaqlarının işğalı siyasəti kilsə tərəfindən müəyyənləşdirilib, eyni zamanda, azərbaycanlılara qarşı ən qəddar cinayətlərin törədilməsi də kilsənin xeyir-duası ilə baş verib. Biz dəfələrlə görmüşük ki, kilsə üzvləri və erməni keşişlər Azərbaycan əleyhinə döyüşlərdə iştirak edərək ən qəddar əməllərə imza atıblar. Ona görə də əslində, Erməni Apostol Kilsəsi adlanan bu qurumun nə apostolluqla, nə də həvarilərlə bir əlaqəsi var, bu ad, sadəcə, bir iddiadır. Əslində, ermənilərin iddia etdiyi apostol - həvari Qriqorinin məzarı bu gün Azərbaycandadır, Beyləqan şəhərində yerləşir. Biz ona Cərcis peyğəmbər deyirik. Buna görə də bu gün Erməni Apostol Kilsəsi deyilən qurumun qriqoriliyə də heç bir dəxli yoxdur. Bu kilsə, sadəcə olaraq, daşnaklardan ibarət, keşiş paltarı geymiş radikal bir təşkilatdır. Mən düşünürəm ki, bu kilsənin sıradan çıxarılması sülhə də müəyyən töhfələr verə bilər".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 05 Yanvar 2026 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















