Icma.az
close
up
RU
Paşinyanın konstitusiya oyunu: Dəyişməkdən başqa yol yoxdur

Paşinyanın konstitusiya oyunu: Dəyişməkdən başqa yol yoxdur

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Ermənistan Respublikasının Konstitusiyasında qonşu ölkələrə ərazi iddiası yoxdur”.

Baş nazir Nikol Paşinyan Ermənistan konstitusiyasının Azərbaycanla sabit sülhə nail olmaq üçün iki əsas maneədən biri olmasına dair bəyanata "X" sosial şəbəkəsində belə cavab verib. 

Qeyd edək ki, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov  Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olduğunu deyib. Diplomat bunun Ermənistanın Müstəqillik Bəyannaməsində də öz əksini tapdığını bildirib.

“Orada Qarabağın Ermənistanın bir hissəsi olduğu qeyd olunur”, - deyə Elnur Məmmədov xüsusilə qeyd edib.

Paşinyan cavabında Ermənistan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarını xatırladıb. 

Ermənistan tərəfi iddia edir ki, həmin qərara görə, Müstəqillik Bəyannaməsinin müddəalarına yalnız konstitusiyanın maddələrində təsbit olunmuş maddələr aiddir. 

Əslində, rəsmi İrəvan Konstitusiya Məhkəməsinin qərarını əsas gətirməklə Müstəqillik Bəyannaməsində Qarabağın Ermənistana birləşdirlməsini nəzərdə tutan bəndin əhəmiyyətini azaltdığını bəyan edir.  Konstitusiya Məhkəməsi preambulanın hüquqi əhəmiyyətini aşağı salaraq Ermənistan hökumətinin Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını şübhə altına almadığına dair verdiyi zəmanəti mahiyyətcə təkrarlayıb. Bəyanatda deyilir ki, 1990-cı il bəyannaməsinə istinad konstitusiyanın maddələrində təsbit edilməyən heç bir prinsip və ya məqsədə şamil edilmir. 

Ermənistan müxalifəti və hüquq ekspertləri isə preambulanın bu şərhini tənqid edərək məhkəməni səlahiyyətlərini aşmaqda ittiham ediblər. Bəziləri Nikol Paşinyanın qeyri-adi qərarının Azərbaycanı ilkin şərtdən imtina etməyə inandırmaq məqsədi daşıdığını deyirlər.

Azərbaycan isə Ermənistan tərəfinin sözügedən qərarını konstitusiya referendumundan yayınmaq məqsədi daşıyan aldadıcı siyasi manevr hesab edir. Rəsmi Bakı Ermənistan konstitusiyasının preambula hissəsində Azərbaycana qarşı ərazi iddialarının qaldığını bildirir. Ona görə də Azərbaycan Ermənistan konstitusiyasına dəyişiklik edilmədən sülh sazişini imzalamayacağını bəyan edir. 

Paşinyan hökuməti isə Konstitusiya Məhkəməsinin qərarı ilə Azərbayacana qarşı ərazi iddialarının aradan qaldırıldığını iddia edir. Yəni, İrəvan Müstəqillik Bəyannaməsinin yalnız Ermənistan Konstitusiyasının maddələrində ifadə edilən  müddəalarının konstitusion qüvvəyə malik olduğunu bildirir. Hətta bir müddət öncə Ermənistan Xarici İşlər Nazirliyinin bununla bağlı verdiyi açıqlamada qeyd edilirdi ki, konstitusiyanın maddələrində yazılmayanları ona aid etmək olmaz. 

Təbii ki, Ermənistan tərəfinin mövqeyində məntiqsizlik aydın görünür. Çünki konstitusiya hər bir dövlətin ali qanunudur. Yəni, hüquqi-normativ xarakter daşımayan hər hansı müddəa konstitusiyada təsbit oluna bilməz. Əgər Ermənistan konstitusiyasının preambula hissəsində Müstəqillik Bəyannaməsinə istinad edilirsə, deməli, bu, Azərbaycana qarşı ərazi iddiasını nəzərdə tutur. Üstəlik, Ermənistan konstitusiyasının həm 1995-ci il, həm də 2015-ci ildə qəbul olunmuş  mətnlərində, eləcə də Konstitusiya Məhkəməsinin 26 sentyabr tarixli qərarından sonra preambula hissəsi eynilik təşkil edir. İşğal dövrünə qüvvədə olan konstitusiyanın maddələrində ayrıca olaraq Azərbaycana qarşı ərazi iddiası təsbit olunmayıb. 

Amma Ermənistan Azərbaycana qarşı ərazi iddialarını və işğalçılıq siyasətini davam etdirib. Bu baxımdan, Paşinyanın iddialarının heç bir siyasi və hüquqi əsası yoxdur. Təcrübə göstərir ki, Ermənistanda müxalifət hakimiyyətə gələcəyi təqdirdə, konstitusiyanın preambula hissəsini bəhanə edərək yenidən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış edə bilər.

Bundan başqa, hər bir ölkənin qanunvericilik sistemi konstitusiyaya uyğun formalaşdırılır. Ermənistanın hüquqi-normativ aktlarında Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Məsələn, Ermənistanın Milli Təhlükəsizlik Strategiyasının 3-cü hissəsi “Dağlıq Qarabağ Respublikası” adlanır. Eyni zamanda, Ermənistanın Hərbi Doktrinasında Qarabağ Ermənistan ərazisi kimi göstərilir. Yaxud Ermənistan Ali Sovetinin 1992-ci il 8 iyul tarixli qərarında qeyd edilir:

“Dağlıq Qarabağı Azərbaycan Respublikasının tərkib hissəsi hesab edən istənilən yerli və beynəlxalq qərar Ermənistan Respublikası üçün qəbuledilməzdir”.

Əgər Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları əks olunmasaydı, bu, ölkənin qanunvericilik bazasına daxil edilə bilməzdi. 

Bu halda, Ermənistan Konstitusiya Məhkəməsi qeyd edilən hüquqi-normativ aktların ölkənin ali qanununa zidd olması ilə əlaqədar  ləğvinə dair qərar verməlidir. Belə bir qərarın olmaması Azərbaycana qarşı ərazi iddialarının, o cümlədən Müstəqillik Bəyannaməsinin mətninin Ermənistan konstitusiyasına uyğun olduğunu göstərir.

Qeyd edək ki, 1995-ci ildə Ermənistanın birinci konstitusiyası qəbul olunanda Levon Ter-Petrosyan hakimiyyəti Müstəqillik Bəyannaməsinə istinad hissəsini ali hüquqi sənədə daxil etməkdən imtina edib. Hakimiyyət bunu milli məsələnin normativ xarakter daşımaması ilə əsaslandırıb. Lakin müxalifətin təzyiqlərindən sonra ekspertlərin iştirakı ilə yaradılmış birgə komissiya Müstəqillik Bəyannaməsinin mətnini konstitusiyaya uyğunlaşdırıb. Yəni, bədnam bəyannaməyə istinad hissəsini preambulaya daxil edib və o, bu gün də həmin redaksiyada hüquqi qüvvəsini saxlayır.        

Müstəqillik Bəyannaməsində Qarabağın  Ermənistana birləşdirilməsinə dair bənd Paşinyanın dediyi kimi, konstitusiyanın müddəaları ilə ziddiyyət təşkil edirsə, deməli, ali qanundan çıxarılmaldır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Ermənistan Paşinyan

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri