Icma.az
close
up
RU
Paşinyanın partiyası ilk məğlubiyyətini alıb Ölkənin ikinci şəhəri nəzarətdən çıxdı...

Paşinyanın partiyası ilk məğlubiyyətini alıb Ölkənin ikinci şəhəri nəzarətdən çıxdı...

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası martın 30-da ölkənin ikinci ən böyük şəhəri Gümrüdə keçirilən bələdiyyə seçkilərində ən çox səs toplamasına baxmayaraq, şəhərə nəzarəti itirmək riski ilə üzləşib.

“AzPolitika” erməni meiasına istinadla xəbər verir ki, seçicilər şəhər merini təyin etmək səlahiyyətinə malik yeni yerli şuranı seçmək üçün səs veriblər. Analitiklər bu seçkini Paşinyanın populyarlığının vacib bir sınağı olaraq qiymətləndirir.

Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK), demək olar, bütün səsvermə nəticələrinin hesablandığını bildirib. İqtidarda olan "Vətəndaş müqaviləsi" partiyası səslərin 36.8 faizi toplayıb və buna görə də şurada mütləq çoxluğu əldə edə bilməyib. Onun ehtimal müttəfiqi - Qərbyönümlü "Avroalyans" bloku da şurada təmsil olunmaq üçün tələb olunan 6 faizlik səs həddini keçə bilməyib.

Ermənistan Kommunist Partiyası və onun merliyə namizədi Vardan Qukasyan 20.7 faiz səs toplayaraq ikinci yeri tutub. Onu müxalif parlament üzvü Martun Qriqoryanın rəhbərlik etdiyi "Bizim şəhər" bloku izləyib, bu blok təxminən 15.9 faiz səs toplayıb. Tanınmış televiziya prodüseri Ruben Mxitaryan və iş adamı Karen Simonyanın başçılıq etdiyi digər iki müxalifət qrupu da, müvafiq olaraq, 7.9 faiz və 6.2 faiz səs toplayaraq yeni şəhər şurasında təmsil olunacaq.

Beləliklə, dörd müxalifət namizədinin şuradakı 33 yerdən azı 18-ni qazanacağı proqnozlaşdırılır ki, bu da onları Gümrü meri vəzifəsinə ortaq namizəd təyin etmək imkanı verir.

1999-2012-ci illərdə şəhərə rəhbərlik etmiş Qukasyan gərgin seçki kampaniyası zamanı digər müxalifət qüvvələrindən daha çox səs toplayacağı təqdirdə bələdiyyə sədri seçilməli olduğunu bildirib.

"Vətəndaş müqaviləsi" partiyasının yüksək vəzifəli üzvü Vahe Qalumyan etiraf edib ki, hakim partiya yeni şəhər şurasına nəzarət etməyəcək. Ancaq onun sözlərinə görə, partiyanın seçki fəaliyyəti məğlubiyyət hesab edilə bilməz.

Paşinyanın partiyası 2021-ci ildə keçirilmiş əvvəlki yerli seçkilərdə də qalib gələ bilməyib. Ötən ilin sonlarında Gümrünü idarə edən yerli blokun qeyri-rəsmi liderinə qarşı qaldırılan cinayət işindən sonra "Vətəndaş müqaviləsi" partiyası şəhərin bələdiyyə administrasiyasına nəzarəti ələ keçirib.

Paşinyanın partiyası bazar günü İrəvanın qərbindəki böyük icmada keçirilən yerli seçkilərdə də sarsıdıcı məğlubiyyətlə üzləşib. Doqquz kənddən ibarət icmada müxalifətdə olan "Aprelu Yerkir" partiyasının rəhbərlik etdiyi yerli blok 56 faizdən çox səs toplayıb.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:138
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 31 Mart 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see729

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see217

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see193

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see167

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see146

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see138

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see128

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see128

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see128

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see126

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see125

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri