Icma.az
close
up
RU
Paşinyanın qarmaqarışıq halı: Rusiya ilə Qərb arasında vurnuxan İrəvan

Paşinyanın qarmaqarışıq halı: Rusiya ilə Qərb arasında vurnuxan İrəvan

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Bəzən hadisələrdən nəticə çıxarmağa yaxınlıqda baş verənlər daha yaxşı yardım edir.

Son zamanlar Gürcüstanda baş verənlər Cənubi Qafqazda maraqlarının təmin olunmasını istəyənlərin qüvvələr nisbətini, onların gücünü, başqa keyfiyyət və kəmiyyət göstəricilərini aşkar etdi.

Məlum oldu ki, heç də hamı 2003-cü ildəki kimi Qərbdən nicat gözləmir. Rusiyameyilli, Moskva ilə əməkdaşlıq tərəfdarı olanlar 21 illə müqayisədə çoxalıb. Bu nə idi? 2008-ci ilin avqustunda Cənubi Osetiya və Abxaziyanın Rusiyanın dəstəyi ilə "müstəqilliklərini" elan etmələri Gürcüstan cəmiyyətində məyusluq yaradıb, eyni zamanda Qərbin etimadını zədələyib. Bu, heç də onların hamısının Rusiyaya meyillənməsi demək deyil. Başqa sözlə, onlar həm Qərbdən, həm də şimaldan eyni məsafədə durmağa üstünlük verib.

Ermənistan da indi oxşar vəziyyətdədir. 2018-ci ilin mayında bu ölkədə qeyri-hökumət təşkilatı liderlərinin və tərəfdarlarının aparıcılığı ilə baş verən hakimiyyət dəyişikliyi də bu ölkə üçün arzu edilən nəticəni vermir.

Ölkənin baş naziri Nikol Paşinyanın açıqlamaları Qərblə şimal arasında vurnuxduğunu göstərir. Son illər İrəvan rəsmilərinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) münasibəti bəhs etdiyimiz məsələyə lakmus kağızı ola bilər.

Bu il noyabrın 25-də Ermənistan nümayəndəsi KTMT-nin Qazaxıstanın paytaxtı Astanada keçirilən zirvə toplantısına qatılmadı. Ancaq orada qəbul ediləcək sənədlərə də etiraz etməyəcəyini bildirdi.

Rusiya Prezidenti Vladimir Putin isə Astanada jurnalistlərə müsahibəsində demişdi ki, Ermənistan təşkilatdan çıxdığını hələ elan etməyib: "Ermənistan KTMT çərçivəsində tam formatda fəaliyyətə qatılacaq".

Nikol Paşinyanın hərbi bloka iradı budur ki, 44 günlük müharibədə KTMT Ermənistana yardım etməyib. Onun da cavabı bir neçə dəfə verilib. Bu dəfə də Putin bir daha bildirib ki, həmin hadisələr zamanı Ermənistana xarici təcavüz yox idi.

Bu onu göstərir ki, rəsmi İrəvanın KTMT ilə münasibətləri korlamaq üçün tutarlı əsası yoxdur. Yaxud bunun üçün Nikol Paşinyanın bu blokda olmaq istəmədiklərini açıq şəkildə bəyan etməyə cürəti çatmır. Hesab edir ki, əsassız fikirlərlə belə əlaqələri kəsə bilər. Daim kənardan tapşırıq gözləmək, təlimat almaq İrəvanı "nala-mıxa" vurmağa məcbur edir.

Rəsmi İrəvan təhlükəsizliklərini Rusiyaya etibar etmədiklərini bildirsə də, ölkə iqtisadiyyatı Kremlə bağlıdır. Eləcə də, Ermənistanın ərzaq və başqa bu kimi sahələr üzrə təhlükəsizliyinin başlıca təminatçısı da RF-dir.

2023-cü ildə Rusiyadan Ermənistana 3.9 milyard dollar, 2024-cü ilin yanvar-aprel aylarında isə 1.1 milyard dollar pul köçürülüb. Son günlər Ermənistan mediasında RF-dən pul köçürmələrinin ən sadə yolları təbliğ və təşviq edilir. Bu da köçürmələrin artdığını isbatlayan başqa bir fakt sayıla bilər.

Bu, az qala hər erməni ailəsinə Rusiyadan pul göndərildiyini ehtimal etməyə əsas verir. Belə bir vəziyyət isə rəsmi İrəvanı şimal istiqamətində sərt ritorikasını yumşaltmağa vadar edir. Belə olanda isə Qərb ona təpki göstərir. Ermənistan nümayəndəsinin COP-29-a gəlməsinə heç bir maneə yox idi. Ancaq Fransa hakimiyyəti tədbirdə iştirak etmədiyindən rəsmi İrəvan da konfransa qatılmadı.

Bu da onların xaricdən idarə edildiklərinə dair başqa bir nümunədir.

Nikol Paşinyan çıxışlarında bəzən erməni xalqını fəlakətə aparan məsələləri açıq şəkildə etiraf edir. Ağrı dağın "Ararat" adlanmasını, "Qarabağ Azərbaycanındır" deməsi, reallığı olduğu kimi səsləndirməklə mənsub olduğu etnik qrupu yuxudan oyatmağa çalışır.

O, həm də ermənilərin orta statistik beynəlxalq imicinin "qurban-millət" kimi təqdim edir. Paşinyan bununla da yenidən ənənəvi "yazıq erməni" xəstə, əsassız ideyaya qayıtmış olur. Ermənilər kimin qurbanıdır? Tarixi hadisələr onu da sübut edir ki, bu etnos öz hikkə və kininin qurbanıdır. Dövləti olmadığı halda ona torpaq verib, dövlət qurmasına yardım edənlərə, göz yumanlara qarşı asi çıxmaqla öz əl-ayağını yemiş olur.

Daha bir məsələyə diqqət edək. Paşinyan iddia edir ki, bu "qurban-millət"in "ordu-millət" yaratması məntiqi nəticədir. Onun sözlərinə görə, Ermənistan ordusu düşmən olan iki dövlətin (Azərbaycan və Türkiyəni nəzərdə tutur - red.) silahlı birləşmələrindən güclü olmalıdır: "Yaxşı, biz iki ölkənin birləşmiş ordusundan daha güclü orduya sahib olmağı qarşımıza məqsəd qoya bilərik. Bəs üç, dörd, beş ölkə ilə problemimiz olduğu ortaya çıxarsa? Problemlərimizin təkcə düşmənlərimizlə deyil, "dostlarımızla" bağlı olduğu ortaya çıxsa? Nə qədər güclü ordumuz olmalıdır?"

O bu tip məsələlərin onları dalana dirənəcəyini etiraf etməklə yenidən dövlət quruculuğuna dair məsələyə qayıdır: "Yəni dövlətin konkret, beynəlxalq səviyyədə tanınmış ərazisi, konkret məsuliyyət zonası var. Yalnız və yalnız bu məsuliyyət zonasının maraqlarına uyğun fəaliyyət göstərir".

Çıxışının əvvəlində sülh bağlamaq istədiyi, münasibətləri normallaşdırmaq istədiyi dövlətlərin "qurbanı" olduğunu bəyan etməklə yanlış düşüncədən xilas ola bilmədiyni göstərib.

O, Rusiyaya münasibətdə də "vurnuxma" taktikasına üstünlük verir. Bir tərəfdən Moskvanın patronluq etdiyi təşkilatlardan çıxmaq istəklərini gizlətmir, o biri tərəfdən isə Ermənistan və Rusiyanın bir-birinə qarşı fəaliyyət göstərməsinin mümkünsüzlüyünü vurğulayıb.

Belə ehtimal etmək olar ki, Gürcüstan olaylarını ən çox izləyib, təhlil edənlərdən biri də Ermənistandır. Çünki son hadisələrə görə rəsmi Tbilisi ABŞ tərəfdən cəzalandırılır.

ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırmaq qərarı verib. Bundan başqa rəsmi Vaşinqton Gürcüstanın Aİ-yə üzvlük məsələsini dayandırmaq qərarından da təəssüflənib. ABŞ-nin yaydığı məlumata əsasən, hakim Gürcü Arzusu Partiyasının son addımları strateji tərəfdaşlığın əsas prinsiplərini pozub.

Düşdüyü vəziyyət perspektivdə Nikol Paşinyana, eləcə də Ermənistana da bənzər taleyi yaşada bilər.

Dekabrın 3-də Daşnaksütyun Partiyasının Fransada əlaqələndirmə şurasının başçısı Frank Murad Papazyana "Fəxri Legion" ordeni verilib.

2022-ci ilin iyulunda Nikol Paşinyanın əmri ilə o, Ermənistan üçün "arzuedilməz şəxs" elan olunmuşdu. Bir müddət sonra isə İnzibati məhkəmə Milli Təhlükəsizlik Xidmətini onun "qara siyahıdan" çıxmasına dair hökm çıxarıb.

Nikol Paşinyanın vəziyyəti Murad Papazyanın "qaralanması" vəziyyətinə çox bənzəyir. İndi o, Qərbdə tam etibarlı tərəfkeş olaraq yer tutmayıb, şimalda isə ona ayrılan yerdə gah oturur, gah imtina edir. Hökumətin yaratdığı belə bir vəziyyət isə cəmiyyətdə ümidsizlik yaradıb. Belə davam edərsə, Ermənistan cəmiyyəti də gürcüstanlılar kimi davrana bilər.

"Report" İnformasiya Agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Dekabr 2024 17:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see199

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see174

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri