Icma.az
close
up
RU
Статья не опубликована
Paşinyanın Qərbi Azərbaycan İcması barədə iddiaları reallığı təhrif edir Deputat

Paşinyanın Qərbi Azərbaycan İcması barədə iddiaları reallığı təhrif edir Deputat

Aznews.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın baş naziri Nikol Paşinyanın “Armenpress”də dərc olunan məqaləsi dünya ictimaiyyətinə növbəti manipulyasiya cəhdidir. Məqalədə yer alan Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşdığı və Qərbi Azərbaycan İcması ilə bağlı iddiaları ilə Paşinyan reallığı təhrif edir.

Bu sözləri Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, Azərbaycan sülhə təşəbbüs edən tərəfdir, sülh müqaviləsinin mətni də ölkəmiz tərəfindən hazırlanıb. Digər tərəfdən, Ermənistanın silahlandırılması uzun müddətdir ki, Qərb tərəfindən davam etdirilir. 2024-cü il iyulun 22-də Avropa İttifaqı Şurası Avropa Sülh Fondundan (EPF) Ermənistan silahlı qüvvələrinə 10 milyon avro dəyərində yardım paketini qəbul edib. Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi 2024-cü il 9 sentyabr tarixli hesabatına əsasən, 2023-cü ildə Fransa tərəfindən Ermənistana 11.500.000 avroluq hərbi təyinatlı məhsul verib. Hindistandan hərbi yardım da eynilə davam etdirilir. Prezident İlham Əliyevin dediyi kimi, kimisi silah verir, kimisi həm silah, həm siyasi dəstək verir və Ermənistanı revanşizm ideologiyası ilə bəsləyirlər. Bütün bu faktlar onu göstərir ki, Ermənistan müharibəyə hazırlaşır. Məqalədə yer alan Qərbi Azərbaycan İcmasının məqsədləri ilə bağlı iddialar isə bir daha Ermənistan tərəfinin bu məsələdə qeyri-konstruktiv mövqeyini göstərir.

Milli Məclisin deputatı qeyd edib ki, XX əsrdə 300 mindən çox azərbaycanlı Ermənistan ərazisindən dörd böyük deportasiyaya məruz qalıb. İnsanların öz yurdlarından deportasiya edilməsi tarixi faktdır və kifayət qədər sübutlar var ki, bu etnik təmizləmə baş verib. Beynəlxalq hüquq qaçqınların öz vətənlərinə qayıtmaq hüququnu təmin edir. Bu hüquq Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda və Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyasında təsbit olunub. Ermənistan rəhbərliyi tərəf olduğu Konvensiyaların və beynəlxalq hüququn tələblərinə zidd olaraq indiyədək azərbaycanlıların öz tarixi yurdlarına reinteqrasiyası ilə bağlı adekvat cavab verməyib. Halbuki, bu məsələdə dialoqun qurulması və kommunikasiyanın təmin edilməsi olduqca vacibdir. Qərbi azərbaycanlılar öz torpaqlarına sülh yolu ilə qayıtmaq istəyirlər.

“Qərbi Azərbaycan İcması olaraq, biz bu tələbimizlə Ermənistanın ərazi bütövlüyünü və suverenliyini sual altına almırıq. Bizim məsələmiz insan hüquqları ilə bağlıdır. Ermənistan hökumətini icmamızla dialoqa başlamağa, qayıdış məsələsini müzakirə etməyə və bizim doğulduğumuz və yaşadığımız torpaqlara sülh, təhlükəsizlik və ləyaqətlə geri dönməyimizi təmin etməyə və tarixi faktları təhrif etməməyə çağırırıq”, - deyə P.Vəliyeva qeyd edib.

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 13 Fevral 2025 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri