Icma.az
close
up
RU
Paşinyanın “Rusiya sərhədçilərinə pul ödəyirik” açıqlaması NƏYƏ XİDMƏT EDİR?

Paşinyanın “Rusiya sərhədçilərinə pul ödəyirik” açıqlaması NƏYƏ XİDMƏT EDİR?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Ermənistan Baş naziri Nikol Paşinyanın ölkəsinin Rusiya sərhədçilərinə sərhədlərin mühafizəsi üçün pul ödədiyi və bu vəsaitin Ermənistanın öz sərhəd qoşunlarının inkişafına yönəldilə biləcəyi barədə açıqlaması müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, bu bəyanat Ermənistanda keçiriləcək seçkilər və İrəvanda gözlənilən Avropa sammiti fonunda verilib.
 

Şərhlərdə bildirilir ki, Paşinyan bu yolla həm daxili auditoriyaya “nəzarətin geri qaytarılması” mesajı verir, həm də Qərbə Ermənistanın Rusiyadan uzaqlaşdığı görüntüsünü göstərməyə çalışır.


Lakin Ermənistan-Rusiya müqavilələrinə əsasən, Rusiya sərhədçilərinin Ermənistanda yerləşdirilməsi 30 sentyabr 1992-ci il tarixli razılaşma ilə tənzimlənib. Həmin sənəddə Ermənistanın Türkiyə və İranla sərhədinin mühafizəsinin Rusiya sərhəd qoşunlarına həvalə edildiyi qeyd olunur.
Müqavilədə sərhədlərin tədricən Ermənistan tərəfinə verilməsi də nəzərdə tutulub. Ancaq bu prosesin Rusiya tərəfi ilə razılaşdırılmış şəkildə həyata keçirilməsi vurğulanır.
Bundan başqa, Rusiya Ermənistanın milli sərhəd qoşunlarının formalaşdırılmasına və kadr hazırlığına da yardım edib. Ermənistanlı kursantların Rusiya FTX-nin sərhəd institutlarında təhsil aldıqları bildirilir.
Maliyyə məsələsində də vəziyyətin Paşinyanın təqdim etdiyi qədər sadə olmadığı qeyd olunur. 25 yanvar 1994-cü il protokoluna əsasən, Ermənistandakı Rusiya sərhəd qoşunlarının saxlanılması hər iki tərəfin 50/50 nisbətində iştirakı ilə maliyyələşdirilir.
Bu baxımdan Paşinyanın “başqalarına ödəyirik, özümüzünkülərə ödəyək” məntiqi daha çox seçkiöncəsi siyasi ritorika kimi qiymətləndirilir.
Ekspertlər hesab edirlər ki, Ermənistanın öz sərhəd qoşunlarını inkişaf etdirməsi və sərhədlərə nəzarəti mərhələli şəkildə öz üzərinə götürməsi normal prosesdir. Lakin bunu “xarici sərhədçilərə pul ödəməkdən imtina” kimi deyil, Ermənistan-Rusiya sərhəd əməkdaşlığı modelinin siyasi şəkildə yenidən nəzərdən keçirilməsi kimi təqdim etmək daha doğru olardı.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 May 2026 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri