Icma.az
close
up
RU
Pasiyentin ölümünə səbəb olan həkimi verilişə çağırmaqlarını tənqid etdi

Pasiyentin ölümünə səbəb olan həkimi verilişə çağırmaqlarını tənqid etdi

Icma.az, Axsham.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Xatırlayırsınız, 2 ildir biz bir tamaşaya baxırdıq. “Gülə-gülə kullan” deyib insan həyatını oyuncağa çevirən saxta həkim Ülviyyə İlyasova… Öz qaynı arvadını salon şəraitində əməliyyat edib ölümünə səbəb olmuşdu. Bu cinayətin üstünü örtməkdə isə bəzən media belə rol oynayırdı. ARB kanalinin yayımladığı verlişi xatırlatmaq yerinə düşür. Bu gün isə pərdə qapandı".

Axşam.az xəbər verir ki, bu sözləri jurnalist Qənirə Ataşova sosial şəbəkədə yazıb. Amerikada yaşayan jurnalist Bakıda qaynı arvadını estetik əməliyyat edərək ölümünə səbəb olmaqda ittiham edilən “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasovanın günahının təsdiqlənməsinə münasibət bildirib. Jurnalist həkimin aylar əvvəl aparıcı İlqar Mikayıloğlunun verilişinə çıxıb, özünü müdafiə etməsini qınayıb:

"Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ülviyyə İlyasova 3 il 9 ay azadlıqdan məhrum edildi. Amnistiya ilə cəzası 6 ay azaldıldı. Zərərçəkmiş tərəfə isə ümumilikdə 72 min 516 manat təzminat ödənilməsi qərara alındı. Ən önəmlisi o, məhkəmə zalında həbs olundu.

Xatırladaq: Səbirə Vəliyeva həkim olmayan insan tərəfindən əməliyyat olunmuş, liposaksiya əməliyyatından sonra, həkim nəzarətindən kənarda saxlanıldığı üçün kəskin qanaxmadan həyatını itirmişdi. Və bu hələ son deyil…Ülviyyə İlyasova haqqında qanunsuz tibbi fəaliyyət və digər zərərçəkmişlərlə bağlı əlavə cinayət işləri də davam edir. Çünki o ölüm faktından sonra da saxta həkimliyə davam edirmiş… Bu, artıq tək bir insanın faciəsi deyil. Bu, sistemin, nəzarətin və ədalətin imtahanıdır. Bu cinayətin üstünün açılmasında əməyi olanlara Prezident Administrasiyasına, Azərbaycan mətbuatına və hüquq-mühafizə orqanlarına təşəkkür edirəm. Amma bu, son deyil.

Növbə Gəncədə VMR Estetik klinikasında həkim olmayan bir şəxs tərəfindən əməliyyat olunaraq həyatını itirən Gülbəniz Bayramovanın işinədir. Ədalət yarımçıq qalanda, vicdan da susmur. Bu dəfə də həqiqət sona qədər getməlidir. Bu mövzunu araşdıranda Vüqar doktor, Dilqəm doktor və Adil doktor söz vermişdilər ki, saxta həkimlərə qarşı mübarizə aparacaqlar. Amma real addım görmədim. Əksinə, bəzi hallarda bu “əməliyyatların” fəsadlarını ört-basdır edən yanaşmalarla qarşılaşdım. Hətta əllərinə qılınc alıb real həkimlərə hücum çəkdilər".

Qeyd edək ki, Ülviyyə İlyasovanın tibbi təhsili, o cümlədən müvafiq lisenziyası olmadığı halda müxtəlif ünvanlarda qanunsuz “liposaksiya-piysovurma, bədən şəkilləndirmə” cərrahi əməliyyatı, habelə digər cərrahi və estetik müdaxilələr etməsi nəticəsində Mila Əlibəyovanın səhhətində ağır nəticələrə səbəb olan mühüm zərər vurulmasına əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Bu, Ülviyyə İlyasova ilə bağlı ilk belə hadisə deyil. Belə ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova Bakıda evinin mətbəxində eltisi Səbirə Vəliyevanı qanunsuz olaraq bədənşəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilib. Bu ilin aprelində məhkəmənin hökmü ilə Ü. İlyasova 3 il müddətə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il 2 ay müddətə azadlıqdan məhrum edilib. Hökmdə onun cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi bildirilib.

Ü.İlyasovaya son cinayətə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi şərti il 3 il azadlıqdan məhrumetmə cəzası verilmişdi. Sonradan Ali Məhkəmə hökmü ləğv edərək yenidən araşdırmaya göndərib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://axsam.az
archiveBu xəbər 14 Aprel 2026 14:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri