Icma.az
close
up
RU
Pay torpaqları əhalinin əlindən alınacaq? Deputat AÇIQLADI

Pay torpaqları əhalinin əlindən alınacaq? Deputat AÇIQLADI

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, iyunun 11-də Milli Məclisdə “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr barədə ictimai dinləmə keçirilib.

Tədbirdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Dövlət Proqramının əsas istiqamətlərindən biri torpaq ehtiyatlarının səmərəli istifadəsidir. Bu məqsədlə kənd təsərrüfatı torpaqlarının parçalanmasının qarşısının alınması və torpaq konsolidasiyası mexanizmlərinin tətbiqi nəzərdə tutulur. Qeyd olunub ki, bu sahədə qanunvericilik dəyişiklikləri ilə hüquqi və institusional baza yaradılacaq, torpaqların birləşdirilməsi və səmərəli istifadəsi təmin ediləcək. 

Maraqlıdır, torpaqların birləşdirilməsi dedikdə əhalinin mülkiyyətində olan pay torpaqları onların əlindən alınacaq?

Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Razi Nurullayev Redaktor.az-a açıqlamasında bildirdi ki, pay torpaqlarının birləşdirilməsi məsələsi ilə bağlı cəmiyyətdə müəyyən narahatlıqlar var və bu, başadüşüləndir:

"Lakin qeyd etmək istəyirəm ki, pay torpaqları əhalidən alınmayacaq və vətəndaşların mülkiyyət hüquqları qorunacaq. Dünən keçirilən ictimai dinləmədə də bu məsələ ətrafında geniş müzakirələr apardıq. Torpaq konsolidasiyası dedikdə məqsəd torpaqların əlindən alınması yox, əksinə, bir fermerə məxsus müxtəlif yerlərdə səpələnmiş torpaq sahələrinin daha səmərəli idarə olunması üçün bir məkanda cəmləşdirilməsidir.

Bu gün elə fermerlər var ki, onların pay torpaqları onlarla fərqli sahədə yerləşir. Bu isə həm vaxt itkisinə, həm də məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Konsolidasiya prosesi qarşılıqlı razılaşmalar, müzakirələr və torpaq sahələrinin dəyişdirilməsi yolu ilə həyata keçiriləcək".

Millət vəkili vurğuladı ki, bu, uzunmüddətli və mərhələli bir prosesdir, qısa zamanda başa çatması mümkün deyil:

"Lakin düzgün yanaşma ilə həm fermerlərin işini asanlaşdıracaq, həm də kənd təsərrüfatında səmərəliliyin artmasına ciddi töhfə verəcək".

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 İyun 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri