Icma.az
close
up
RU
Payız səyahətləri təhlükədə Ekspert çıxış yollarını açıqladı

Payız səyahətləri təhlükədə Ekspert çıxış yollarını açıqladı

Icma.az, News24 portalına istinadən məlumat verir.

Payız mövsümünün başlaması ilə birlikdə qeyri-sabit və yağışlı hava şəraiti müşahidə olunur. Belə havalarda insanlar səyahət planlarını dəyişə bilirlər. Maraqlıdır, payız turizmə necə təsir göstərir və bu mövsümdə vətəndaşlar hansı turizm növlərinə üstünlük verirlər?

News24.az-a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, yağışlı və qeyri-sabit hava xüsusilə çimərlik turizmi, dağ yürüşləri və kənd turizmi kimi açıq hava fəaliyyətlərinə mənfi təsir göstərir:

"Bu vəziyyət bölgələrdə yerləşən hotel və istirahət mərkəzlərinin doluluq səviyyəsinin azalmasına, son dəqiqə ləğvlərinin artmasına və bron göstəricilərinin aşağı düşməsinə səbəb olur. Turistlər mövcud hava risklərini nəzərə alaraq səyahətlərini təxirə salır və ya tamamilə ləğv edirlər ki, bu da daxili turizm axınında durğunluq yaradır". 

Ekspert əlavə edib ki, kəskin hava hadisələri nəqliyyat infrastrukturunda çətinliklər yaradaraq yolların bağlanmasına və hərəkətin məhdudlaşmasına səbəb ola bilər:

"Bu isə həm turistlərin, həm də turizm xidmət təminatçılarının fəaliyyətinə mənfi təsir göstərir. Buna baxmayaraq, əlverişsiz hava şəraiti alternativ turizm növlərinə marağı artırır. Belə şəraitdə şəhər turizmi, muzey və mədəniyyət turları, sağlamlıq və SPA mərkəzləri daha çox diqqət çəkir".

Ekspert qeyd edib ki, hava amili turizm bazarında istehlakçı davranışlarının fərqlənməsinə səbəb olur.

R.Quliyev ümumilikdə vurğulayıb ki, hava şəraiti turizmin planlaşdırılmasında strateji risk faktorudur:

"Azərbaycanda turizm siyasətində çevik yanaşmaların tətbiqi, mövsümi adaptasiya imkanlarının genişləndirilməsi və alternativ turizm növlərinin inkişafı bu risklərin azaldılması baxımından böyük əhəmiyyət kəsb edir". 

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:212
embedMənbə:https://news24.az
archiveBu xəbər 03 Oktyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see402

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see294

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see268

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see240

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see224

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see204

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see202

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see200

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see190

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see186

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see181

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see178

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see177

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see177

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see170

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see170

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see167

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see163

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see156

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri