Paytaxt küçələrində qardan sonra yaşananlar: Sakinlər Baku TV yə danışdı
Icma.az, Oxu.az saytına istinadən bildirir.
Baku TV qarlı-şaxtalı hava ilə bağlı paytaxt yollarında yaşanan vəziyyət barədə son məlumatları çatdırıb.
Bildirilib ki, Bakının Həsən Əliyev küçəsində şəhərin digər istiqamətləri ilə müqayisədə yollar daha çox buz bağlayıb.
Vurğulanıb ki, metronun "20 Yanvar" stansiyası ətrafında da intensiv qar yağıb.
Yolun hərəkət hissəsində hər hansı problem qeydə alınmasa da, səkilərdə vəziyyət ürəkaçan deyil.
Qeyd edilib ki, Bakı Dairəvi yolunda da avtomobillə hərəkət etmək xüsusilə çətindir və sürücülər bu istiqamətdə hərəkət edərkən diqqətli olmalıdırlar. Sakinlər də hava şəraiti ilə əlaqədar çətinlik yaşadıqlarını bildiriblər.
"Hər tərəf qardır. Sumqayıtdan bir saat yarıma gəlib çatmışam", - deyə sakin söyləyib.
Daha ətraflı videomaterialda:
Paytaxt küçələrində qardan sonra yaşananlar: Sakinlər Baku TV-yə danışdı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 27 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















