Icma.az
close
up
RU
Paytaxt qışa təslim oldu Bakını buz kimi günlər gözləyir?

Paytaxt qışa təslim oldu Bakını buz kimi günlər gözləyir?

Pravda.az-dan əldə olunan məlumata əsasən, Icma.az xəbər verir Paytaxt qışa təslim oldu Bakını buz kimi günlər gözləyir?.

Qışın son ayında olmağımıza baxmayaraq, nəhayət ki, paytaxt Bakıya da qar yağdı. Şəhərdə olduqca soyuq hava müşahidə olunur. Son illərdə iqlim dəyişikliyinin təsiri Bakının qış mövsümündə də özünü göstərir.

Bəs soyuq və qarlı hava nə vaxtadək təsirli olacaq?

Meteoroloq Cavid Hüseynov bu barədə Yenisabah.az-a bəzi vacib nüansları açıqlayıb:

“Bakıda və Abşeron yarımadasında qışı mülayim, yayı quraq və isti keçən yarımsəhra və quru çöl iqlim tipi hakimdir. Bakı şəhərinin Xəzər dənizi sahilində yerləşməsi və dənizə yaxınlığının iqliminə əhəmiyyətli təsir göstərməsi qış fəslinin mülayim keçməsinə səbəb olur. Abşeron yarımadası və ona yaxın olan yerlərdə, orta çoxillik dövrdə qarlı günlərin sayı il ərzində 2–4 gün, qar örtüyünün ən böyük ongünlük qalınlıqlarının orta kəmiyyəti 3-5 sm təşkil edir”.

Ekspert son illərdə paytaxtda müşahidə olunan iqlim dəyişikliklərindən də söz açıb:

“Son onilliklərdə Günəş aktivliyi ilə əlaqədar radiasiya axınının dəyişməsi ilə yanaşı, sənayenin inkişafı ilə bağlı antropogen amillərin (üzvi yanacağın yanması nəticəsində atmosferin qaz tərkibinin dəyişməsi, atmosferin aerozol tərkibində dəyişikliklər, ətraf mühitə istilik emissiyalarının atılması, səthin strukturunda dəyişikliklər və s.) də regional iqlimə təsiri nəticəsində Bakıda və Abşeron yarımadasında orta illik temperaturun və isti günlərin sayının artması, həmçinin yağıntıların azalması tendensiyası müşahidə olunur”.

C.Hüseynov bildirib ki, bu dəyişikliklərin şəhər mühitinə əhəmiyyətli təsir göstərməsi şəhər infrastrukturunun yğunlaşdırılmasını və iqlim dəyişikliyinə davamlılığın artırılması üçün tədbirlərin həyata keçirilməsini tələb edir:

“Qış fəslinin iqlim xüsusiyyətlərinə görə, ölkəmiz, adətən yanvar və fevral aylarında tez-tez Arktik hava kütlələrinin təsirinə məruz qalır. Belə ki, fevralın son ongünlüyündə və mart ayının birinci yarısında temperaturun bəzi günlərdə qısa müddətə normadan aşağı düşəcəyi ehtimal olunur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://pravda.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see369

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see171

Qarabağ müharibəsinin iştirakçısı Xocalıda minaya düşdü

21 Fevral 2025 20:09see148

Xarici brendlərin Rusiyaya qaytarılması üçün şərtlər...

21 Fevral 2025 21:35see113

Hava şəraiti ilə bağlı son vəziyyət AÇIQLANDI

21 Fevral 2025 21:47see112

Tramp elan etdi: Rusiya ilə ikinci raund bu tarixdə bşlayır

23 Fevral 2025 01:37see112

Aİ ölkələri Rusiyadan nə qədər qaz alır? RƏQƏMLƏR KONKRET

21 Fevral 2025 17:47see111

Qvardiola: “İstənilən komanda ilə rəqabət apara bilərik“

21 Fevral 2025 20:20see111

Zoğal bu infeksiyanın qarşısını alır

21 Fevral 2025 20:14see111

Türkiyə ordusunun İraqda bir hərbçisi şəhid olub

21 Fevral 2025 11:05see110

Xarici İşlər Nazirliyi Xocalıda baş vermiş mina partlayışına münasibət bildirib

21 Fevral 2025 21:43see110

Əkrəm İmamoğluna qarşı diplom araşdırması

22 Fevral 2025 16:48see110

Çində insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar edilib

21 Fevral 2025 13:58see110

Su borusu partladı, maşınlar buz bağladı VİDEO

21 Fevral 2025 16:51see110

“Milan”da Sarri səsləri

21 Fevral 2025 18:46see109

Şəhid oğlu olan bu məşhurun toyudur Fotolar

21 Fevral 2025 21:39see109

Rusiyanın Ukraynadakı keçmiş casusu sirləri açdı: Bunu hamıdan gizlədirlər”

23 Fevral 2025 01:39see108

Gələcək hədəflər bəllidir

21 Fevral 2025 10:41see108

Xəbərdarlıq edildi: Yollarda GİZLİ BUZLAŞMA olacaq Bu gün gecədən...

21 Fevral 2025 16:53see106

Yer yaşayış üçün yararsız olacaq

22 Fevral 2025 12:34see106
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri