Icma.az
close
up
RU
Pəhriz yağlarının xərçəngin böyüməsinə necə təsir etdiyi aşkarlanıb

Pəhriz yağlarının xərçəngin böyüməsinə necə təsir etdiyi aşkarlanıb

Icma.az bildirir, Lent az portalına istinadən.

Rutgers Robert Vood Johnson Tibb Məktəbinin biokimya və molekulyar biologiya professoru Estela Jacinto və onun komandası xərçəng hüceyrələrinin böyüməsinə təsir edən yeni bir mexanizm aşkarlayıblar.

Lent.az “MedicalXpress” portalına istinadla xəbər verir ki, həmin tədqiqat xərçəngin inkişafında qidalanmanın rolunu daha dərindən anlamağa kömək edərək gələcək müalicə strategiyalarına dair yeni perspektivlər yaradır.

Aparılan araşdırmaya görə, “omeqa-6 linoleik turşusu” adlı əsas yağ turşusu hüceyrələrin böyüməsini tənzimləyən “mTORC1” adlı siqnal yolunu aktivləşdirir. Bu proses “FABP5” adlı zülalın yağ turşusunu hüceyrə daxilində daşıması nəticəsində baş verir. Bu, xərçəng hüceyrələrinin sürətlə böyüməsinə və yayılmasına səbəb ola bilər. Bu tədqiqat göstərir ki, “omeqa-6 yağ turşusu” yalnız enerji mənbəyi kimi deyil, həm də hüceyrə böyüməsini stimullaşdıran bir faktor kimi çıxış edir. Beləliklə, qidalanma ilə xərçəngin inkişafı arasında daha sıx əlaqə olduğu müəyyənləşir. Bədənimiz həm omeqa-6, həm də “omeqa-3 yağ turşularını” sintez edə bilmir və onları qidalanma yolu ilə alırıq.

∙ “Omeqa-6 əsasən bitki yağlarında olur və “mTORC1” yolunu aktivləşdirir.

∙ “Omeqa-3” isə balıq və qoz-fındıqda daha çox rast gəlinir və “mTORC1”-in aktivliyinə təsir etmir.

Balanssız şəkildə həddindən artıq “omeqa-6” qəbulu bu siqnal yolunun həddindən artıq aktivləşməsinə və hüceyrə böyüməsinin nəzarətsiz qalmasına səbəb ola bilər.

Tədqiqatçılar müəyyən ediblər ki, “FABP5” zülalının səviyyəsi bəzi xərçəng növlərində, xüsusilə üçlü mənfi döş xərçəngində yüksək olur. Siçanlar üzərində aparılan təcrübələrdə “omeqa-6” ilə qidalanan heyvanlarda şişlərin daha sürətlə böyüdüyü müşahidə olunub. “FABP5” səviyyəsi yüksək olan xəstələr üçün “omeqa-6” qəbulunu məhdudlaşdırmaq faydalı ola bilər. Bundan əlavə, həm “mTOR” siqnal yolunu, həm də “FABP5” zülalını hədəf alan müalicələr xərçəngin qarşısını almaq və müalicə etmək üçün effektiv strategiya ola bilər. Bu tədqiqat, “omeqa-6” və “omeqa-3” yağ turşularının balanslaşdırılmasının sağlamlığa təsirini bir daha vurğulayır. Xərçəngin qarşısını almaq üçün “omeqa-6” qəbulunu nəzarətdə saxlamaq və “omeqa-3”lə zəngin qidaları daha çox istehlak etmək tövsiyə edilə bilər. Gələcək araşdırmalar pəhriz yağlarının xərçəngin inkişafına təsirini daha ətraflı öyrənəcək. Eyni zamanda, “FABP5” və “mTORC1” hədəf alan yeni müalicə üsullarının işlənib hazırlanması üzərində işlər davam edir. Bu tədqiqat, xərçəng metabolizmini və onun qidalanma ilə əlaqəsini anlamaqda mühüm addım hesab olunur və xərçəngin müalicəsi və qarşısının alınması üçün yeni imkanlar açır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:239
embedMənbə:https://lent.az
archiveBu xəbər 03 Aprel 2025 05:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri