Pəhrizdə çörək əvəzinə nə yeyilməlidir?
Icma.az, Pravda.az portalına istinadən məlumat verir.
Pəhriz zamanı çörək istehlakını azaltmaq istəyənlər üçün bir sıra sağlam alternativlər mövcuddur.
Pravda.az bildirir ki, bulğur, kinoa, düyü kimi tam taxıllı məhsullar, kahı və kələm kimi tərəvəzlər, yulaf, qarğıdalı çörəyi, qreçkavə həmçinin badam, qoz kimi quru meyvələr çörəyi əvəz edə bilər.
Bu alternativlər aşağı qlisemik indeksə malik olduqları üçün qan şəkərini tənzimləyir və uzun müddət toxluq hissi yaradır. Xüsusilə pəhriz zamanı ağ çörək və digər emal olunmuş karbohidratlardan uzaq durmaq tövsiyə olunur.
Glutenə qarşı həssaslıq, şəkərli diabet və artıq çəki hallarında çörək növünün və miqdarının düzgün seçilməsi vacibdir. Pəhrizdə balanslı qidalanmanı təmin etmək üçün bu alternativlərin düzgün porsiyada və müxtəlif formada istehlakı tövsiyə olunur.
Əminə Bayramova


